
Xəbərlər
16.09.2022, 23:49
OĞLU ŞƏHİD OLANLAR - Təranə MƏFTUN
OĞLU ŞƏHİD OLANLAR.
*************************
*************************
Yıxılır bir dağ kimi,
Qırılır budaq kimi.
Sökülür saçaq kimi,
Oğlu şəhid olanlar.
Titrəyir varaq kimi,
Bölünür daraq kimi.
Kor olur çıraq kimi,
Oğlu şəhid olanlar.
Saralır sünbül kimi,
Qaralır bir kül kimi,
Dil açır bülbül kimi,
Oğlu şəhid olanlar.
Ağlayır bulud kimi,
Haray salır ud kimi.
Lal olur sükut kimi,
Oğlu şəhid olanlar.
Qıvrulur ilan kimi,
Qovrulur yanan kimi.
Sovrulur saman kimi,
Oğlu şəhid olanlar.
Arayır uman kimi,
Əriyir duman kimi.
Yox olur güman kimi,
Oğlu şəhid olanlar.
Şəhidiylə ucalır,
Bu vüqardan güc alır.
Saniyəylə qocalır,
Oğlu şəhid olanlar.
16.09.2022 V gün 22:50 TƏRANƏ MƏFTUN
Qırılır budaq kimi.
Sökülür saçaq kimi,
Oğlu şəhid olanlar.
Titrəyir varaq kimi,
Bölünür daraq kimi.
Kor olur çıraq kimi,
Oğlu şəhid olanlar.
Saralır sünbül kimi,
Qaralır bir kül kimi,
Dil açır bülbül kimi,
Oğlu şəhid olanlar.
Ağlayır bulud kimi,
Haray salır ud kimi.
Lal olur sükut kimi,
Oğlu şəhid olanlar.
Qıvrulur ilan kimi,
Qovrulur yanan kimi.
Sovrulur saman kimi,
Oğlu şəhid olanlar.
Arayır uman kimi,
Əriyir duman kimi.
Yox olur güman kimi,
Oğlu şəhid olanlar.
Şəhidiylə ucalır,
Bu vüqardan güc alır.
Saniyəylə qocalır,
Oğlu şəhid olanlar.
16.09.2022 V gün 22:50 TƏRANƏ MƏFTUN
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











