Xəbərlər
Bizə öyrətdiyiniz hər bir söz, hər bir cümlə bu gün də xatirimizdədir. - FOTO
Əziz və dəyərli Həqiqət müəllim! Ad gününüz mübarək olsun!
Siz bizə təkcə Qöte və Şillerin dilini öyrətmədiniz, həm də həyatın ən gözəl həqiqətlərini aşılamağı bacardınız. Bizə öyrətdiyiniz hər bir söz, hər bir cümlə bu gün də xatirimizdədir.
Məktəb illərində bizə açdığınız o xarici dil pəncərəsi bu gün dünyanı daha yaxşı anlamağımıza kömək edir. Sizin dərslərinizdəki o peşəkarlıq, səbir və mehribanlıq heç vaxt unudulmur. Adınız kimi həyatınız da hər zaman saf, doğru və gözəl həqiqətlərlə dolsun. Alman dili dərslərində bizə bəxş etdiyiniz biliklər və gözəl xatirələr üçün sizə minnətdaram. Yaxşı ki bizim müəllimimiz olmusunuz.
Həyatı elmlə bəzəyən, adı kimi hər addımı doğruluq və işıq olan əziz müəllimim! Bu özəl gününüzdə sizə dünyanın ən gözəl nemətlərini – cansağlığı, könül xoşluğu və hüzur arzulayıram. Yetişdirdiyiniz hər bir şagird sizin qəlbinizin bir parçasıdır.
Arzum budur ki, Sizə alman dəqiqliyi ilə qurulmuş nizamlı bir ömür, bundan sonrakı yaşamınızda da tükənməz enerji və cansağlığı nəsib olsun.














