
Xəbərlər
29.07.2026, 00:07
FƏLƏK, SƏNİN İNSAFINA NƏ DEYİM...
Zeynəb Cəmaləddin,
Şairə
Fələk, sənin insafına nə deyim,
Görürsən ki, yıxılmışam, vurma ta..
Nə olsun ki, qəmdə bişib, bərkidim,
Dönə-dönə qırılmışam, qırma ta..
Sən baxma ki, ömrün payız fəslidir,
Ümidlərim bəm olsa da, səslidir,
Şəkilləri dəyişsə də süslüdür,
Arzuların yollarında durma ta..
Şirin dillə gəl-gəl dedin bəndənə,
Bələd oldum şəkərinə, qəndinə.
Bənövşəyəm, gəlib düşdüm bəndinə,
Buruq olan bu boynumu burma ta..
Qəlb oyulur, içində bir burğu var,
Duz tökdüyün əlində göy sarğı var,
Hələ bir gün qiyamət var, sorğu var,
Həyat burda nə bucaqdır, sorma ta..
Fələk, sənin çərxin nədir, bilmədim,
Ha dolandım, axtardığım görmədim.
Bircə əlçim sevgi dedim, vermədin,
Daha çıxdım bu oyundan, yorma ta..
Bax, Zeynəbi hərdən sevib, öyürsən,
Düz yolunu nədən burub əyirsən?
Pəmbə, yaşıl rənglərə nə deyirsən,
Ağ günümü göy əsgiyə sarma ta..
27.04.2024
Şairə
Fələk, sənin insafına nə deyim,
Görürsən ki, yıxılmışam, vurma ta..
Nə olsun ki, qəmdə bişib, bərkidim,
Dönə-dönə qırılmışam, qırma ta..
Sən baxma ki, ömrün payız fəslidir,
Ümidlərim bəm olsa da, səslidir,
Şəkilləri dəyişsə də süslüdür,
Arzuların yollarında durma ta..
Şirin dillə gəl-gəl dedin bəndənə,
Bələd oldum şəkərinə, qəndinə.
Bənövşəyəm, gəlib düşdüm bəndinə,
Buruq olan bu boynumu burma ta..
Qəlb oyulur, içində bir burğu var,
Duz tökdüyün əlində göy sarğı var,
Hələ bir gün qiyamət var, sorğu var,
Həyat burda nə bucaqdır, sorma ta..
Fələk, sənin çərxin nədir, bilmədim,
Ha dolandım, axtardığım görmədim.
Bircə əlçim sevgi dedim, vermədin,
Daha çıxdım bu oyundan, yorma ta..
Bax, Zeynəbi hərdən sevib, öyürsən,
Düz yolunu nədən burub əyirsən?
Pəmbə, yaşıl rənglərə nə deyirsən,
Ağ günümü göy əsgiyə sarma ta..
27.04.2024
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

