Yubiley ili (yubiley yaşı) geniş təqdirdə sözü ümumi dərkdən çıxarmaq cəhdidir; sözün mahiyyətində illərin çək-çevirini aparmaq missiyasıdır. Fərdi (individual) yanaşmada (isə) yubiley ili subyektiv-zəminçi prosesdir, həyatında doğru-dürüst nə varsa, incələmək məcburiyyətidir...

Cəmil Zəbhullaoğlu – 65

Bizim Cəmil Zəbhullaoğlu - qədim Şamaxımızın söz sərkərdəsi, insanlıq cövhəri olan Cəmilimiz də ömrünün 65-ci mərtəbəsinin kandarındadır, könül verdiyi illərin sürət qatarı onu (da) bir sakin kimi 1-dən 65-ə çatdırıb. Fəqət, bəlkə də bu, ona yuxu kimi gəlir; yəni, 65 yaşına nə vaxt yetdi, müdrik yaşına nə vaxt salam verdi, arxadakı illəri necə yola saldı və s. Xoşbəxtdir ki, 65 illik ömründə yalan-yanlış (məna) yoxdur, hətta zərrəbinlə (lupa ilə) də baxsaq, xırda bir yanlış tapmarıq. Nə üçün? Çünki Cəmil müəllim övliya (tütyə) bir kişinin oğludur...
Söz yox, ideal, nöqsansız tək Allahdır. Ancaq (unutmayaq ki,) Allah insanlardan bir neçəsini özünəbənzər yaradır...
Bax, bizim Cəmil Zəbhullaoğlu belələrindəndir...
Cəmil Zəbhullaoğlu (Cəmil Zəbhulla oğlu Dadaşov), mənbənin də dediyi kimi, 1961-ci il avqustun 9-da Şamaxı şəhərində anadan olub. Tanınmış Azərbaycan jurnalisti və satirik şairdir. Hazırda "Ədalət və həqiqət" qəzetinin və "Turaz.tv" xəbər saytının baş redaktorudur. Yaradıcılığı əsasən vətənpərvərlik, təbiət və ictimai mövzuları əhatə edir. Xocalı soyqırımı və Qarabağ müharibəsi haqqında əsərləri ilə tanınır. Cəmiyyətdəki nöqsanları tənqid edən satirik yazıları ilə də məşhurdur. Eyni zamanda, elm və təhsil mövzularında da sanballı məqalələri var. O, həmçinin, qadınların cəmiyyətdəki rolu kimi sosial mövzularda da müsbət fikirləri ilə seçilir və s.
Qısa tərcümeyi-halından (da) bəlli olur ki, inşallah, bu il avqustun 9-da Şamaxımızın parlaq zəkalı oğlu, istiqanlı şairi və jurnalisti, həm də mülayim, utancaq, eyhamçı, satirik “bomba”sı Cəmil Zəbhullaoğlunun 65 yaşı tamam olacaq. Yəni, düppədüz 1 il (boyu) Cəmil müəllim özünün şərəfli yubiley yaşını qeyd edəcək...
Cəmil Zəbhullaoğlunun yubiley yaşına qısa bir rakurs etmək istədik, nədənsə, yadımıza onun məşhur “Gənclik illəri” şeiri düşdü.
Şeir belədir:


Nə tez ötüb keçdi ömürdən illər,
Qocalıq suyunda boyanmışam mən.
Uşaqlıq ötübdür, cavanlıq solub,
Vida sərhədində dayanmışam mən.

Çevrilib baxanda bir daha geri,
Seyr edir xəyalım doğma elləri.
Paklıq, halallığın göynəyir yeri,
Ötür həyatımın gənclik illəri.

Bəlkə də xoş günlər arxada qaldı,
Ona nə şər çatar, nə haray çatar.
Cəmil, neçə fikrə, xəyala daldı,
Çətin ki, saflığa o, haram qatar.


Bu şeirdə, demək olar ki, Cəmil müəllim özünü, öz həyatını poetik təqdim edib. Bu şeir tütyə bir kişinin oğlu, əsl insan Cəmil müəllimin bir növ, özünün özünə etirafıdır.
Əslində, bu şeirdə şüuri fikir batini məqsəddədir, (bu şeir) müəllifin səmimi etirafının ideal haqqıdır. Biz buradakı dürüst qənaəti Cəmil müəllimin pak zatının diqtəsi kimi də yozmaq iqtidarındayıq. Çünki biz heç vaxt onu təməlsiz iddiada görmədik, bura qədər nə aşıladısa, istedadının gücü ilə aşıladı - əxz etdi...

Cəmil müəllim sözə vurğun olduğu qədər də insanlara vurğundur. O, hələ ki, yaxşılıq etməkdən, yaxşı düşünməkdən bezməyib, düşüncəsi hələ də parlaq libasdadır. Onun qəlb aynasında ancaq işıq görürük. O, belə deyək, Allahı, Allah sevgisini cəmiyyətə göstərən işıqlı (bir) Aynadır...
Bir insan ki, həm doğulduğu bölgədə, həm də fəaliyyət göstərdiyi əhatədə birmənalı qarşılanır, haqqında yalnız xoş fikirlər deyilir, deməli, həqiqi insandır, içində Allah xofu və mərhəmət... var. Biz (bu rakursda) Cəmil müəllimi həm Şamaxıda, həm də Bakıda məhz belə gördük, belə sezdik...
Cəmil müəllim şamaxılıdır, demək ki, həm də klassik janra müraciət edir. Onun Sabiranə yazdıqları buna misaldır.
Məsələn:

Getdi abır, getdi həya, getdi ar,
Qalmadı heç kimsədə bir ixtiyar.
Günbəgün artır, çoxalır modalar,
Lüt dolanır, guya ki, azaddı bu.
Bu, nə modadı, nə cürə zatdı bu.


Bu hay-harayda bir Sabir ürəyi, bir Sabir təntənəsi var. Cəmil müəllim eyham silahı ilə cəmiyyəti dopdoğru yerindən vurur, təəssüfünü gizlətmir...
Qısaca olaraq deyək ki, Cəmil Zəbhullaoğlu şeiri ya lirik, ya da satirik təcəssümdə tənqidçi isrardadır, həqiqət timsallıdır...
Bu yazıda biz Cəmil müəllimin daha çox yubiley yaşına yer vermək əzmindəyik. Onu 65 yaşında necə xarakterizə etməliyik ki, heç bir fikrimiz səthi don geyinməsin?! Bax, bu yazının əsas missiyası bu tərəddüddür...

Hörmətli Cəmil Zəbhullaoğlu! 65 yaşına yazdığımız bu kiçik həcmli yazıda nəyi necə dedik fərqindəyik, ümumiyyətlə, dediklərimiz təhlilə oturdumu? Sözlərimizin çoxu sətiraltıdır. Poetik müdaxilələrinə eyhamçı nəzər və baxış sərgiləmək bizim üçün çox xoşdur...
Allahdan sənə can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq. Bu kiçik yazını bizdən yubiley yaşına bir qardaş ərməğanı hesab et!
İnşallah, Allah nəsib etsin, 80 yaşına ehtiramla salama gələk!

Son xəbərlər

Sabunçuda yol qəzası olub, ölən və yaralanan var

Azərbaycan və Türkiyə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib

"Türk Dünyası Həftəsi"nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar

Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb

Türküstana üz tutan Tbilisi – "şimalın soyuğundan", "cənubun istisindən" qorunan Gürcüstan - ŞƏRH

"Al Hadath": İran və ABŞ arasında dolayı danışıqların yeni raundu iyulun 18-də başlayacaq

TORPAĞA SƏCDƏ BÖYÜKLÜKDÜR - FOTOLAR

Növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Xalqa və dövlətə xidmət təntənəsi - Azərbaycan polisi 108-ci ilini qeyd edir

Məşhur şaman dünya çempionunun adını açıqladı

Kallasın şöbəsinin yüzlərlə işçisi stressdən əziyyət çəkir

İtkin düşmüş şəxslərlə bağlı Onlayn Sorğu Mərkəzi istifadəyə verildi

Niyə insanlar eyni kitabları yenidən oxuyurlar? Psixoloqların CAVABI

İyulun 12-də imtahan verəcək abituriyentlərin nəzərinə

Telefonlar əvvəlcədən yığılacaq - İmtahan kimi toy

Tbilisidə 21 yaşlı Fatimənin dəhşətli qətli - Təfərrüat

Hikmət Məlikzadə : Tütyə kişinin oğlu, tütyə insan - FOTO

Sabah Bakıda 35 dərəcə isti olacaq

Rauf Umud – ömrünü işığa, sənətə və yaddaşa həsr edən fotoqraf - FOTOLAR

Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq

Qəzənfər Məsimoğlu : NOLA BU CIĞIR GƏTİRƏ - FOTO

Ukrayna Rusiyadakı "Lukoyl-Nijeqorodnefteorqsintez" NEZ-ə zərbə endirib

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib

Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunda işlərin 86 %-i yekunlaşıb

Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib

"Brent"in qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb

İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında

Güllü Karanfil: Xurşidbanu Natəvanın izlərini Ağdamda görmək xüsusi bir duyğudur

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031