HƏCƏR QƏBƏLƏ.

Salam əziz qəmim, əzabkeş qəmim.
Xoş gəldin bu küskün könlümə mənim.
Əyləş; baş tərəfdə, açıq süfrəmin.
Yeyək ; topladığım cəmin eşqinə.
"İçək "tənhalığın, qəmin eşqinə.

Baxma ətrafımda doludur aləm.
Bu qapımdan nə ötən var, nə nə gələn.
Yeyək; bir az zülüm, bir az da ələm.
Süz! Ey könül dostum, sənin eşqinə.
"İçək" tənhalığın, qəmin eşqinə.

Bu sərxoş halimə gülməsin dərdim.
Nadana, nakəsə könlümü verdim.
Üzünü çevirdim, astarın gördüm.
Köklə, könül sazın, bəmin eşqinə.
"İçək" tənhalığın, qəmin eşqinə.

Gedək qapısına xəyal qardaşın.
Əridək buzunu soyuq qar, daşın.
Könül badəsində acı göz yaşım.
Süz! Yerdə sürünən "dəmin" eşqinə.
"İçək " tənhalığın, qəmin eşqinə.

Çəkilək küncünə zil qaranlığın.
Uzanaq qoynuna səssiz otağın.
Baxaq şöləsinə, sönən çırağın.
Bir "sağlıq " deyən yox, dindirəm,dinə.
"İçək " tənhalığın, qəmin eşqinə.

Ölsəm bəzəyərsən qara toppağı.
Üstümdə salarsan ayrılıq bağı.
Çəkib gözlərindən hicran bulağı.
Yazarsan üstünə sənin eşqinə.
"İçək " tənhalığın, qəmin eşqinə.

Xiffətdən Həcərin gül rəngi soldu.
Əridi, " bir şamın " gözünə doldu.
Bu fani dünyada kimsəsiz qaldı.
Yaşadı, qırılan simin eşqinə.
"İçək " tənhalığın, qəmin eşqinə.

28.06.26.

Son xəbərlər

Güllü Karanfil: Xurşidbanu Natəvanın izlərini Ağdamda görmək xüsusi bir duyğudur

"İÇƏK " QƏMİN EŞQİNƏ - FOTO

Tramp: Panama kanalının Çinin nəzarətinə keçməsinə imkan verməyəcəyik

ÜST: Sudanda vəba epidemiyasının son dalğasında 120 nəfər ölüb

Paytaxtın bu rayonlarında işıq kəsiləcək

"Şamaxı"dan yeni transfer

Ərəb dənizində ABŞ helikopteri qəzaya uğradı

Leyla Əliyeva Yevlaxda - Fotolar

Faciəvi şəkildə həlak olan DSX hərbçisinin - Fotosu

Venesuelada zəlzələ qurbanlarının sayı 2295 nəfərə çatdı

"Uzak şehir"in aktyoru yeni serialda - FOTO

Belçika Seneqala qarşı - Yenilənir

ŞƏHİDLİK MÖVZUSU TARİXİN QAN YADDAŞI - FOTO

Bu ürəkdir - FOTO

Türkiyədə bir gündə 20 zəlzələ olub

Yaşlanmanın insan orqanizminə təsirinin əsas SƏBƏBİ

Nəm salfetlərin satışı qadağan edilir - SƏBƏB

İyunda Azərbaycanda maksimal temperatur 40 dərəcəyə çatıb

"Maykl" filmindən tarixi rekord

6 min ton ev quşu isti hava səbəbindən tələf oldu

Viktor Uillis vəfat etdi

Zəlzələyə görə 7 günlük matəm elan edildi

Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib

DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar

Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib

ŞƏFAQƏT RƏSULOV – 75

Çap və onlayn mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb - ƏLAVƏ OLUNUB

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031