İnsanın arzuları sonsuz olur.Əgər arzular olmasa yaşamaq da, elə ümumilikdə götürsək ,elə həyat da anlamsız, yaşamaq da mənasız olar.Arzular isə arzulardan doğular. Hər kəsin arzuları uğrunda mübarizəsi mübariz şəkildə davam etməz. Əgər davam etsəydi hər şəxs öz arzularına çatardı. Bütün arzular real olsaydı, o zaman da həyat yeknəsək olardı. Çünki arzular uğrunda mübarizə olmasa, o arzular öz şirinliyini itirər...

Öz arzuları uğrunda mübarizə aparmaq hələ kiçik yaşlarından onun " yolu" olmuşdur. Bu yolda yorulmamış, inadla arzularını reallaşdırmağa çalışmışdır. Hələ kiçik yaşlarından haqsızlığı qəbul etməmiş, həyatın reallıqlarını daha çox sevmişdir. Qarşılaşdığı həyat hadisələrini gördüyü və anladığı tərzdə qələmə alaraq rayon qəzetinə göndərərdi. Həm nəzmlə,həm nəsrlə bədii ədəbiyyat nümunələri, publisistik yazılarla dövrün məktəblilər üçün ən sevimli mətbuu orqanı olan " Azərbaycan pioneri" və rayonumuzun yeganə qəzeti olan " Qalibiyyət"(Sonralar qəzetin adı " Qəbələ" və " Qəbələ səsi" olmuşdur) qəzetlərində tez- tez maraqlı yazıları ilə çıxış etmişdi.Yaş üstünə yaş gəldikcə mətbuat adları dəyişir, yazdığı materiallar öz aktuallığını artırırdı.Şagirdlik çağlarında məhz Rizvan Cəbiyev, Mürşüd Dadaşov kimi qələm sahiblərinin yazılarını oxuyar, onlar kimi mübariz jurnalist olmaq istəyərdi. Bu arzusuna çatmaq üçün 4 il mübarizə aparmış, nəhayət 1980- ci ildə öz sevdiyi universitetə - ADU( hazırda BDU)- nun jurnalistika fakültəsinin qiyabi şöbəsinə qəbul olmuşdur. Elə həmin ildən " Qalibiyyət" qəzeti redaksiyasının mətbəəsində mürəttib kimi əmək fəaliyyətinə başlamış, korrektor, ədəbi işçi, məktublar şöbəsinin müdiri, məsul katib vəzifələrində çalışmışdır.
Bəzən arzular insanın yaşadığı mühitin " qurbanı" na da çevrilə bilir. Onun da bəzi arzuları ailə " qayğıları" nın kölgəsində qaldı...
Qəlbindəki " söz vulkanını" kitablara çevirmək, təhsilini davam etdirmək, elm sahəsində müəyyən titulları qazanmaq...arzularını qəlbində " dondurdu"...bəlkə illər sonra " gerçəkləşdirə " bilmək ümidilə.
Övladları böyüdü, tələbə sdı qazandı...

Bibixanım İsayeva ailəsinin yaşayış.yerini dəyişməsi ilə əlaqədar iş yerindən uzaq düşdü. Bakı şəhərində " Sağlamlıq və rifah" qəzetində bir müddət tələbə yoldaşı Zəminə xanım Cavadlı ilə birlikdə işlədi.
Övladları böyüdü, tələbə adı qazandı...Arzu- diləklərinin önəmvericisi- ömür- gün yoldaşı amansız xəstəlikdən dünyasını dəyişdi...Artıq o, arzularının reallaşmasını qəlbinə " gömdü".
Dəfələrlə " Qəbələ" qəzetindən iş təklifləri alsa da övladlarından uzaq yaşamaq istəmədi. Ancaq kitab yazmaq, Birinci Qarabağ Müharibəsi şəhidlərinin sənədli bir " dastanı" nı yazmaq onun arzusu idi.
2020- ci ilin iyun ayının sonuna yaxın sabiq iş kollektivinə qayıtdı.
Arzularını qismən də olsa həyata keçirmək istəyi övladlarını sevindirdi. O yenidən " Qəbələ" qəzeti kollektivinə qayıtdı və məsul katib kimi öz işinə davam etdi. İyul ayında baş verən Tovuz hadisələri və eloğlusu general- mayor Polad Həşimovun şəhid olması onu da sarsıtdı.O, general - mayor , Azərbaycan Milli Qəhrəmanı Polad Həşimov haqqında kitab yazmağı özlüyündə qərarlaşdırdı. Poladı tanımaq üçün onun ailəsi ilə dəfələrlə görüşdü...2021- ci ildə " İnsanlığın zirvəsi" adlı 354 səhifəlik kitab yazdı. 2023- cü ildə hərbi həkim, X T Q - nin baş.leytenantı Aqşin Ənvərli haqqında " Ağ işığın sehri" adlı 416 səhifəlik kitabı nəşr olundu.Daha sonra eloğlusu, gənc hərbiçi, anti- terror hadisələri zamanı şəhid olan Şəhriyar Əlibəyli haqqında " Qaya qartalı" adlı kiçik kitabı nər olundu. İşlədiyi qəzet səhifələrində bütün qəbələli şəhidlər, qazilər və döyüşçülə ,onların ailələri haqqında zarisovka, reportaj, oçerk və müsahibələri dərc olundu. Milli- mənəvi dəyərlər və vətənpərvərlik, şəhidlik mövzusunda 2025- ci ildə " Duyğu dənizində" şerlə kitabı nəşr olundu. Həmçinin təsisçisi və redaktoru olduğu " Zaman və həyat" adlı jurnalı da vətənpərvərlik mövzusuna həsr olunmuşdu.
Onun şəhidlər haqqında, sağlamlığını " şəhid" edən qazilər, psixoloji travmalar qazanan döyüşçü- veteranlar haqqında yazdığı hər sətirdə " göz yaşlarının " izi, scılarının hossi vardır. O şəhidlər haqqında tam səssizlik və tənha olduğu zaman, bir çox insanların şirin yuxuda olduqları zaman yazardı.Çünki onlardan yazarkən onların analarının yaşadığı hissləri yaşayaraq, göz yaşlarını kiminsə görməməsi üçün gecənin sükutlu anlarında qələmə alardı.Səhər açılanda onun üzünün və gözlərinin fərqliliyində şəhidlik mövzusunda yazdığını hiss edirdik və edirik.Dəfələrlə bu mövzuya fasilə ver,ürəyin dözməz desək də, o bizlərin - övladlarının sözünü eşitməz, bu mövzunu ömrüm varkən yazmalıyam deyərdi və deyir.Hər bir şəhid haqda heç olmasa ayrıca bir kitab yazmaq onun arzusu. Əlbəttə bu onun maddi imkanları xaricində.Ancaq arzu arzudan doğulur. Onun ən böyük arzusu nəşr olunan kitablarının tirajının çox olmasıdır...

Bu kitab " Vətənpərvərlik epopeyası" dır. Bura Qəbələ.şəhidləri- 44 günlük Vətən Müharibəsinin ,antiterror hadisələrinin şəhadət yolçuları, qazi və döyüşçü veteranlar haqqında müəllifin yazdığı , hamısı olmasa da bir çox yazıları toplanmışdır. Burada bir qəlbin döyüntüləri , bir ürəyin çırpıntı dolu anları, gözlərindən qəlbinə axan göz yaşları, bir " mənəvi" ananın acıları ilə yazılmış yazılar vardır. Bu kitab sabahkı nəsillər üçün bu günün qəhrəmanlığının sənədli tarixidir. Ən azından bir neçə nəsil yaşayan bir tarix. Tarix millətini, dövlətini sevənlər tərəfindən silinməz, şəcərələrlə nəsillərə ötürülər. Bax , bu inamla yaşayır və yazır müəllif! O müəllif sakit bir " vulkan". Övladları və işlədiyi kollektiv isə o " vulkanın " toxunulmaz sərhədləri! Şəhidlik mövzusu tarixin qan yaddaşı! Müəllif isə bu qan yaddaşını qorumağa çalışan biri...Bu mənim gerçək düşüncəm.Çünki bu müəllif mənim Anam...

Müəllifin övladları adından,
Fariz İsrayılov.

Son xəbərlər

ŞƏFAQƏT RƏSULOV – 75

Çap və onlayn mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb - ƏLAVƏ OLUNUB

Xəzərə 400 min ədəd nərə cinsli balıq körpəsi buraxıldı - FOTOLAR

İtkin-şəhid Yarməmməd Nuriyev Xaçmazda dəfn olundu

Sabah 35 dərəcə isti olacaq

Sabiq rektor Nurlana Əliyeva vəfat etdi

ŞƏHİDLİK MÖVZUSU TARİXİN QAN YADDAŞI - FOTO

Elgiz Əkbərin anası vəfat etdi

Peyvəndlər həqiqətən təhlükəlidirmi? - Həkimlər miflərdən danışdılar

"BakıKart" bahalaşdı

Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib

İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib

Ukrayna Penzaya zərbə endirib, zavodlardan birinin ərazisində yanğın baş verib

Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişib

Leyla Əliyeva Şəkidə uşaq evinin sakinləri ilə görüşdü - FOTOLAR

"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək

“Monaco Residence” - “Sea Breeze”də Ayparanın önündə möhtəşəm layihə

Oktay Kaynarca Fahriye Evcenlə tərəf müqabili oldu

Serialdakı gəlinlik düşərli oldu - Evlənəcək

Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib

Azərbaycan - İrlandiya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümüdür

İran, ABŞ və Livan birgə komitə yaradacaqlar

"Şamaxı Peşə Liseyi" PHŞ-də 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə "Məzun Günü" tədbiri keçirildi - FOTOLAR

Sanksiyaların dayandırılmasından sonra İran nefti 20% bahalaşıb - Qalibaf

İLK İNSANDAN BU GÜNƏ QƏDƏR SEVGİNİN TƏKAMÜLÜ

Fransa İsveçə qarşı

SEVİNC YUNUSLU : SƏNİ SEVİRƏM - FOTO

ƏSL MÜƏLLM və yaxud QƏLBLƏRƏ İŞIQ PAYLAYAN INSAN - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031