Turaztv.az » Xəbərlər » NURA NUR : QIŞDAN YAZA DÖRD ADDIM - FOTO
Xəbərlər

NURA NUR : QIŞDAN YAZA DÖRD ADDIM - FOTO

17.03.2026, 20:56 166
Dörd çərşəndə - dörd sirr kim,
Qışın bağrında yanan bir nur kimi.
Hərəsi bir ümid, bir nəfəsdir,
Bahara açılan gizli səsdir.

SU ŞƏRŞƏNBƏSİ - axan arzular,
Köhnə dərdləri yuyar, aparar.
Bir damla ümid düşər qəlbə,
Səssizcə həyat yenidən başlar.

OD ÇƏRŞƏNBƏSİ - alovun dili,
Yandırar içimdə qalan kədəri.
Kül olar qorxular, izsiz gedər,
İşıq salar qaranlıq gecələrə.

YEL ŞƏRŞƏNBƏSİ - pıçıltı kimi,
Könlümdən keçəni deyər sanki.
Uçar arzular göyün üzünə,
Bir az azadlıq toxunar ruhuma.

TORPAQ ÇƏRŞƏNBƏSİ - ana kimi,
Bağrında gizlədər min bir sirri.
Həyat boylanar bir toxumdan,
Ümid çiçək açar səssiz - səssiz.

Dörd çərşənbə keçər, yaz gələr,
Ürək yenidən sevməyi öyrənər.
Hər bitiş bir başlanğıcdır əslində,
Həyat hər il bizi yenidən sınayır...

Oxşar xəbərlər