BİR ÜNVANA DÖNDÜYÜMÜZ DÖNGƏDƏN,
AYRI SƏMTƏ AYRI YOLLAR VAR İMİŞ ...
Bir təbəssümün məna çaları

Vətən üçün, xalq üçün canından keçənlər ömrünü tək özləri üçün yaşamazlar. Onların həyatlarının mənası da elə ana, vətən, torpaq, xalq, insan , həyat,yaşamaq,əbədiyaşarlıq məfhumları yaşam kodeksinin əsasıdır. Məhz Təbriz də belə bir həyat tezisini yazanlardan biri idi.
Onun böyüdülmüş şəkli Qəbələnin mərkəzi küçələrindən birində , yaşayış binasının divarına vurulmuşdu. Hər gün işə gedib gələndə ogülümsər baxışlarla qarşılaşar, " salamlaşardıq" . Şəkil hələ uzaqdan öz müsbət aurası ilə- təbəssüm dolu siması ilə hər gün şəhərin sakinlərini və qonaqlarını " qarşılayar", " yola salardı". Üzündə " donub " qalmış o təbəssümlə şəklin qarşısında dayanıb söhbət etmək,onun həyat xronikasını öyrənmək istərdi insan. Təbrizin üzündəki o xoş təbəssüm onun yarım qalmış arzularının zənginliyi idi. Bu təbəssüm ürəyində " nisgil dağı " ilə yaşayan ata və ananın yarasına bir məlhəm damçısı idi .

İllərdən bəri sevgisini yaşayıb, gözəl bir ailə qurub,isti oçaq yaratdığı ömür gün yoldaşına həyata davam etmək üçün bir inam, güc simvolu idi. Bu təbəssüm onun can parçası olan, ona təyyarə ilə əsgəri xidmətinə - döyüş bölgəsinə " salam göndərən" körpə qızına olan bir ata sevgisinin sonsuzluğu idi . Onun həyat yolunun davamçısı olan Fatiməsinə varlığının və həmişəyaşarlığının həqiqət " cildi" idi. Xalqa baxışı olan bu təbəssüm xalqa sevgisi, sədaqət rəmzi idi. Bu təbəssüm igidliyin, qorxmazlığın bariz nümunəsidir. İndi o şəkil orada olmasa da şəklin vurulduğu və izi qaldığı o kiçik hissədən Təbriz həmişə boylanır...
Müəllim hərbçi
Hər bir insan ömrü bir dastandısa,hər igidin ömrü də bir igidlik salnaməsidir. Vərəqlədikcə də burada tarixi faktlarla rastlaşır, xalqın tarixi xronikasının zənginliyi ilə üzləşirsən . Axı hər bir igid oğul bu xalqın övladı, xalqın təcəmsüçüsüdür. Təbriz də qədim Qəbələnin ölümə " boy" verməyən oğullarından biridir. O, rayonumuzun. Yemişənli kəndində 1993- cü ilin fevral ayının 16- da doğulmuşdur. O , Yemişənli kənd orta məktəbində, 1999 -2008- ci illərdə orta təhsil almışdır. Təhsilini davam etdimək istəyən Təbriz ali təhsil ala bilməsə də, Şəki Pedoqoji Kollecində ibtidai sinif müəllimi ixtisası üzrə təhsilini davam etdirmişdir. O , 2011- ci ildə kolleci bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılmış, Sumqayıt şəhərində xidməti borcunu başa vurmuşdur. 2013 - cü ildə hərbi xidmətini başa vurduqdan sonra hərbiçi kimi xidməti fəaliyyətini davam etdirmişdir. O , 2015- 2018 - ci illərdə gizir rütbəsində xidmət etmişdir.

Azərbajcan Ordusunun 2020- ci il sentyabrın 27- də başlanan Vətən müharibəsində Təbriz könüllü olaraq döyüşlərdə iştirak etmişdir. O, Fizuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə igidliklə döyüşmüşdür. Hər dəfə döyüşə ailəsi göz önündə- körpə qızının gülüşü, anasının,ömür- gün yoldaşının əlləri duada, atasının isə hər ürək döyüntüsündə Allaha ümid hissini duymuş və döyüşlərə onların xoşbəxt,qorxusuz həyat yaşamaları , Vətən torpaqlarının azadlığı uğrunda düşüncələri ilə getmişdi.
Həyatın yaşayış qayğılarından, müharibə dəhşətlərindən uzaq, körpəsinin çöhrəsində qəm- kədər izləri, qorxu hissi deyil, nikbinlik, qürur, sevinc görmək istəyi ilə daha da şücaətlə döyüşən Təbriz bu müharibənin zəfərlə bitəcəyinə inanırdı. Xalq ilə Ordunun, Ali Baş komandan ilə əsgər və döyüşçülərinin yalnız bir məqsədi vardır- Torpaqların azad olunması ! Fikir və əməl yekdilliyi qələbənin labüd olmasını hiss etdirirdi . Əsgər döyüşə qorxu hiss etmədən, qələbə ümidi və inadı ilə başlarsa , Zəfərə daha yaxın olduğunu Təbriz həm bir pedoqoq,həm də bir əsgər kimi bilirdi.
O, Fizuli uğrunda gedən döyüşlərdən birində şəhid oldu; həm də müharibənin qurtarmasına bir neçə gün qalmış...Şuşanı azad görmək istəyirdi,Zəfər bayrağının dalğalanmasını duymaq igid döyüşçünün arzusu idi . Ancaq xain düşmən gülləsinə noyabr ayının 5- də tuş gəldi ...Atası Ramizin, anası Dilarənin, qardaşı Farizin, bacısı Gülnarənin, ömür- gün yoldaşı Ayselin dünyası qaraldı, ümidləri " pərən- pərən" düşdü, " qəm çələngi" ürəklərinə " büründü"... Bəs balaca Fatiməyə necə deyiləcək bu acı xəbər? Ata həsrəti onun uşaqlıq çağlarını nağıllı bir dünyaya çevirəcək, balaca qız o nağılın gerçəkliyini axtaracaq, gözləyəcək. Yaş üstünə yaş gəldikcə o nağılın elə nağıl olacağını, atasının qəhrəmanlıq dastanının real surəti olduğunu görəcək, onunla bir ömür boyu qürur duyacaqdı.
Anası ona atasının arzularından danışdıqca, Fatimə bu arzuları özünə " yaşıl işıq" seçərək həyatına davam edəcək .
Təbriz isə cismən olmasa da ruhən şad olacaq! Üzündə elə gənc ikən əbədi qalan , nikbinlik simvolu olan " gülümsərlik" Ayselə və Fatiməyə həyat yollarında bir inam işığı. Təbriz Qasımov doğulduğu məkanda Yemişənli kəndində dəfn olunmuşdur. Ruhu isə göylərin maviliyində, azad olunmuş torpaqlarımızın seyrində...
Həqiqət libaslı arzular
Arzular arzulardan doğar . Təbriz ta uşaqlıqdan arzularını həyata keçirmək, həyata reallıqla baxmaq istəyirdi. Təhsilini davam etdirmək istədi, qismən arzusuna çatdı, müəllim adı qazandı,sevdiyi insanla ailə qurdu, övlad sevinci yaşadı,hərbiçi işləmək istədi, işlədi də. Ata- anasına layiqli övlad ,obların qüruru olmaq daim onun qəlbində, diqqətində olan başlıca arzu idi. Vətəninin təəssübkeş vətəndaşı,vicdanının səsinə səs verən bir insan olmaq, bacı- qardaşına fəxrli qardaş, ömür- gün yoldaşına sevgisinə layiq baş tacı, körpəsinə isə bir ömür boyunca ən gözəl ata adı bəxş etmək- əməli və insanlığı ilə bu adın təsdiqini aydınlatmaq Təbrizin arzusu... Ancaq o bilirdi ki, bütün bu arzular azad,bütov torpaqları olan; 30 il 20 faiz torpaqları düşmən tapdaqları altında qalan bir vətənin zəfər tarixindən sonra həyata keçə bilərdi. Elə bu arzuları reallaşdırmaq üçün Təbriz və onun kimi oğullar qətiyyətlə döyüşdülər; öz canlarını qurban verdilər, şəhid oldular...
Təbrizin qəhrəmanlığı Ali Baş Komandan tərəfindən " Vətən uğrunda", "Fizulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olundu .
Arzularını isə onun əzizləri həyata keçirməyə çalışır. Hər bir vətənpərvər insanın qəlbində əbədi yaşayan, əbədilik,ölməzlik qazanaraq, zəfər tarixini yenidən yazaraq öz adını da tarixin qan yaddaşına yazdı Təbriz. Bu gün Aysel xanım onun arzularının davamçısıdır. O, Təbrizin həyat arzularını həyata keçirərək ona olan sevgisini yaşadır. Təbrizin yadigarı olan Fatiməni atasının adına layiq bir övlad kimi böyüdür, bütün çətinlikləri, mənəvi sarsıntıları qəlbinə gömərək həyata, yaşamağa davam edir. O,ali məktəb tələbəsidir. Fatimə ilə birgə Təbriz ocağının işığının daha gur yanması və ruhunun şad olması üçün onun arzularını reallaşdırmaq onun həyatının ən başlıca meyarı! ..

BİBİXANIM.

Son xəbərlər

Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib

ŞƏFAQƏT RƏSULOV – 75

Çap və onlayn mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb - ƏLAVƏ OLUNUB

Xəzərə 400 min ədəd nərə cinsli balıq körpəsi buraxıldı - FOTOLAR

İtkin-şəhid Yarməmməd Nuriyev Xaçmazda dəfn olundu

Sabah 35 dərəcə isti olacaq

Sabiq rektor Nurlana Əliyeva vəfat etdi

ŞƏHİDLİK MÖVZUSU TARİXİN QAN YADDAŞI - FOTO

Elgiz Əkbərin anası vəfat etdi

Peyvəndlər həqiqətən təhlükəlidirmi? - Həkimlər miflərdən danışdılar

"BakıKart" bahalaşdı

Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib

İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib

Ukrayna Penzaya zərbə endirib, zavodlardan birinin ərazisində yanğın baş verib

Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişib

Leyla Əliyeva Şəkidə uşaq evinin sakinləri ilə görüşdü - FOTOLAR

"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək

“Monaco Residence” - “Sea Breeze”də Ayparanın önündə möhtəşəm layihə

Oktay Kaynarca Fahriye Evcenlə tərəf müqabili oldu

Serialdakı gəlinlik düşərli oldu - Evlənəcək

Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib

Azərbaycan - İrlandiya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümüdür

İran, ABŞ və Livan birgə komitə yaradacaqlar

"Şamaxı Peşə Liseyi" PHŞ-də 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə "Məzun Günü" tədbiri keçirildi - FOTOLAR

Sanksiyaların dayandırılmasından sonra İran nefti 20% bahalaşıb - Qalibaf

İLK İNSANDAN BU GÜNƏ QƏDƏR SEVGİNİN TƏKAMÜLÜ

Fransa İsveçə qarşı

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031