Xəbərlər
1.07.2026, 13:23
Peyvəndlər həqiqətən təhlükəlidirmi? - Həkimlər miflərdən danışdılar
Müasir tibbin böyük uğurları gözlənilməz bir problemlə nəticələnib. Ölümcül yoluxucu xəstəliklərin əksəriyyəti nəzarət altına alındığı üçün insanlar onların yaratdığı təhlükəni unutmağa başlayıb. Nəticədə peyvəndlərə inamsızlıq artır, sosial şəbəkələrdə və internetdə yayılan əsassız iddialar isə getdikcə daha çox insanı çaşdırır. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət qlobal miqyasda peyvəndlərə etimad böhranı yaradıb və bunun ictimai sağlamlıq üçün ciddi riskləri var.
Həkimlərin sözlərinə görə, insanlar çox vaxt peyvənddən sonra baş verən hər hansı təsadüfi əlaməti yanlış olaraq vaksinlə əlaqələndirirlər.
Yayılmış fikirlərdən biri də xəstəliyi keçirərək əldə olunan immunitetin peyvənddən daha güclü olmasıdır. Alimlər isə vurğulayırlar ki, belə immunitetin qiyməti ağır fəsadlar və hətta ölüm ola bilər.
Peyvənd isə orqanizmə həyat üçün təhlükə yaratmadan immun müdafiə formalaşdırmağı öyrədir.
Alimlər ən məşhur mifləri təkzib ediblər
Mütəxəssislər peyvənd əleyhdarları arasında geniş yayılmış bir sıra iddiaların elmi əsası olmadığını bildirirlər.
Peyvənd autizm yaradır
Alimlər qeyd edirlər ki, bu iddia yalnız bir saxtalaşdırılmış elmi araşdırmaya əsaslanır. Həmin araşdırma sonradan beynəlxalq yoxlamalardan sonra rəsmi şəkildə geri götürülüb və nəticələri etibarsız sayılıb.
Peyvənd immun sistemini yükləyir
Həkimlər bildirirlər ki, körpələr hər gün ətraf mühitdə minlərlə virus və bakteriya ilə qarşılaşırlar. Peyvəndlərin tərkibində olan antigenlərin miqdarı isə bununla müqayisədə çox azdır və immun sistemi üçün əlavə yük yaratmır.
Kollektiv immunitet başqalarının hesabına qoruyur
Ekspertlərin sözlərinə görə, kollektiv immunitet yalnız əhalinin böyük əksəriyyəti peyvənd olunduqda işləyir. Əks halda peyvənd oluna bilməyən körpələr, immun sistemi zəif olan insanlar və ağır xəstələr ciddi risk altında qalırlar.
Peyvəndlər ciddi nəzarətdən keçirilir
Mütəxəssislər vurğulayırlar ki, peyvəndlərin hazırlanması və sınaqdan keçirilməsi tibb sahəsində ən ciddi nəzarət olunan proseslərdən biridir.
Preparatlar istifadəyə verildikdən sonra da onların təhlükəsizliyi beynəlxalq səhiyyə qurumları tərəfindən davamlı şəkildə izlənilir. Hər hansı şübhə və ya sual yarandıqda isə insanlar mütləq həkimlə məsləhətləşməlidirlər.
Qərarlar elmi faktlara əsaslanmalıdır
Həkimlər bildirirlər ki, peyvəndlə bağlı qərarlar əsassız qorxulara və internetdə yayılan şayiələrə deyil, elmi cəhətdən sübut olunmuş məlumatlara əsaslanmalıdır.
Mütəxəssislər etibarlı informasiya mənbəyi kimi Ümumdünya Səhiyyə Təşkilatının rəsmi tövsiyələrinə müraciət etməyi məsləhət görürlər.
Onların sözlərinə görə, vaxtında aparılan immunizasiya hələ də qızılca, poliomielit və digər təhlükəli yoluxucu xəstəliklərdən qorunmağın ən təsirli üsullarından biri hesab olunur və cəmiyyətin kollektiv immunitetinin qorunmasında mühüm rol oynayır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay