
Xəbərlər
1.07.2026, 00:49
SEVİNC YUNUSLU : SƏNİ SEVİRƏM - FOTO
Yazmaq əlinə və beyninə məxsusdur insanın..Yazdığını hiss etmək isə ürəyinə..Bu şeiri indi hiss etdim..Və eynən yazdığım kimi hiss etdim..
Səni sevirəm
Min il görməsəm belə
Səni sevirəm
Hətta bu gün ölsəm belə..
Səni sevirəm
Milyonluq şəhərdə təksən mənim kimi
Səni sevirəm
Biryolluq bil, dəli kimi..
Səni sevirəm
Yuxuna gələcək qədər
Səni sevirəm
Uğruna öləcək qədər..
Səni sevirəm
Hətta ki, dara çəkilsəm
Səni sevirəm
Bağrıma yara çəkilsən..
Səni sevirəm
Yol getsəm yol uzunu
Səni sevirəm
Necə sevir körpə uşaq quzunu..
Səni sevirəm
Tutub yağışdan göyə çıxa bilərəm
Səni sevirəm
Bütün dinləri yıxa bilərəm..
Səni sevirəm
Ölsəm..darıxa bilərəm..
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














