Xəbərlər
1.07.2026, 00:36
ƏSL MÜƏLLM və yaxud QƏLBLƏRƏ İŞIQ PAYLAYAN INSAN - FOTO
TƏBRİK EDİRİK!
Hər bir peşənin cəmiyyətdə öz yeri, öz çəkisi var. İnsanlar binalar ucaldır, körpülər salır, kosmosa peyklər göndərir, həyatımızı xilas edən dərmanlar kəşf edirlər. Lakin bütün bu peşələrin, yaradılışların fövqündə dayanan, onlara can verən, yol göstərən bir peşə var: Müəllimlik!
O, sadəcə, bir ixtisas, diplom və ya sinif otağında keçən dərs saatı deyil, bir missiyadır, fədakarlıq dastanıdır. Bəs əsl müəllim kimdir? Əsl müəllim sinif otağına daxil olduğu andan etibarən bütün şəxsi qayğılarını, yorğunluğunu qapının arxasında qoyan insandır. Onun üçün lövhə qarşısına keçmək bir aktyorun səhnəyə çıxması, bir rəssamın ağ kətana ilk fırça zərbəsini vurması qədər müqəddəs bir andır. O, dərsi, sadəcə, kitab rəflərindəki quru cümlələrlə, düsturlarla keçmir; o, biliyi öz səmimi qəlbinin süzgəcindən keçirib şagirdlərinin ruhuna köçürür. Onun ən böyük peşə sevinci, çətin bir mövzunu izah edərkən parta arxasında əyləşən bir uşağın gözlərində birdən-birə parıldayan o idrak qığılcımını, "anladım" deyən o səmimi baxışı görməkdir. Əsl müəllim təkcə elm öyrətmir, o, insan yetişdirir. Şagirdlərinə riyaziyyatı, tarixi, fizikanı sevdirməklə yanaşı, onlara dürüstlüyü, vətənpərvərliyi və mənəvi ucalığı aşılayır. O, hər bir uşağın daxili dünyasına bələd olan səmimi bir psixoloqdur. Sinifdəki ən sakit, özünə qapanmış uşağın belə qəlbinə gedən cığırı tapmağı bacarır, onun daxilindəki gizli istedadı üzə çıxarır. Onun verdiyi qiymət sadəcə jurnal səhifələrində qalmır, o, gələcək nəsillərin xarakterini formalaşdırır...
Belə pedaqoqlarımızdan biri də Şəfaqət Rəsulovdur. Şəfaqət müəllim 1951-ci ilin iyun ayında İsmayıllının qədim və gözəl guşələrindən biri olan Mican kəndində (indiki İsmayıllı şəhərində) zəhmətkeşliyi, dürüstlüyü, xeyirxahlığı və yüksək mənəviyyatı ilə seçilən bir ailədə doğulub Atası Həbib kişi rayonun tanınmış ağsaqqallarından biri kimi sözünün bütövlüyü, mərdliyi, əməksevərliyi və insanlara göstərdiyi qayğı ilə böyük hörmət sahibi olub.
Ailədə aşılanmış yüksək tərbiyə, elmə, biliyə həvəs, maraq onu ali təhsil almağa ruhlandırıb. O, 1968-ci ildə İsmayıllı şəhər 1 nömrəli orta məktəbini müvəffəqiyyətlə başa vurduqdan sonra H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Kimya fakültəsinə qəbul olunub, 1972-ci ildə bitirib. Bundan sonra Şəfaqət Rəsulovun müəllimlik dövrü başlayıb. Əvvəlcə Quşencə kənd tam orta məktəbində çalışıb, təcrübə toplamağa, işi yüksək səviyyədə öyrənməyə çalışıb. Az zaman kəsiyində çalışdığı kollektivin hörmətini qazanıb.
Bu çalışqanlığı, təşəbbüskarlığı ona uğurlar gətirib. Belə ki, 1976-cı ildə şəhər qiyabi məktəbinə direktor müavini, daha sonra 1979-cu ildə rayon təhsil şöbəsində metodist, 1985-ci ildə metodkabinet müdiri, 1987-ci ildən isə rayon təhsil şöbəsinin müdir müavini kimi fəaliyyət göstərib.
Ş.Rəsulov bütün vəzifələrdə prinsipiallığı, obyektivliyi, tələbkarlığı və humanistliyi ilə sübut edib ki, əsl müəllim necə olur. Şəfaqət müəllim də çalışdığı peşənin şərəfini, nüfuzunu daim qoruyub.
"Müəllim peşəsi şərəflidir" ifadəsi, sadəcə, bir şüar deyil, bəşəriyyətin formalaşdığı ilk gündən bəri təsdiq olunmuş tarixi və mənəvi bir həqiqətdir. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram". Bu peşənin şərəfi onun maddiyyatla ölçülməyən ali məqsədindən – insan yetişdirmək missiyasından qaynaqlanır. Müəllimlik sənətini cəmiyyətin ən şərəfli zirvəsinə ucaldan Şəfaqət Rəsulov da onu tanıyanlar üçün müqəddəsdir.
Getdikcə Şəfaqət müəllimin həyatında dəyişikliklər, irəliləyişlər baş verir. Bu sahədəki cəfakeşliyini və fədakarlığını müşahidə edən rayon təhsil şöbəsinin rəhbərliyi ona etimad göstərir, onu 1997-ci ildə İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 nömrəli tam orta məktəbə direktor təyin edir. O, həmin məktəbə 20 il fasiləsiz rəhbərlik edir, burada sağlam mənəvi mühitin yaradılmasına, müəllim kollektivinin peşəkarlığının yüksəlməsinə, şagirdlərin elm yarışlarında, olimpiadalarda və ali məktəblərə qəbul zamanı yüksək göstəricilər əldə etmələrinə nail olur.
Müəllimi yanan şama bənzətmək, sadəcə, bədii bir metafora deyil, bu peşənin daşıdığı təmənnasız fədakarlığı, səmimi sevgini və mənəvi ucalığı ifadə edən ən gözəl bəşəri həqiqətdir. Şam ətrafındakı qaranlığı işıqlandırmaq üçün öz bədənini əritdiyi kimi, əsl müəllim də şagirdlərinin gələcəyi, millətin savadlanması naminə öz ömrünü, enerjisini və gözünün nurunu fəda edir. Şəfaqət Rəsulov da məhz belə pedaqoqlarımızdan olub.
Şəfaqət müəllimin fəaliyyəti təkcə öyrətməklə bitməyib. O, İsmayıllı rayonun ictimai-siyasi fəallarından biridir. Bu gün də həmin missiyanı şərəflə yerinə yetirir.
Yaxşı xatırlayıram, Prezident İlham Əliyevin İsmayıllıya səfərlərindən biri zamanı rayon ictimaiyyəti adından dövlət başçısını ilk qarşılayan və çıxış edən ziyalılardan biri də məhz Şəfaqət müəllim olub. Onun şirin ləhcə ilə səmimi, dolğun çıxışını bu gün də ismayıllılılar xatırlayırlar.
Şəfaqət müəllim həm pedaqoq, həm fəal ictimaiyyətçi, mahir təşkilatçı, ləyaqətli vətəndaş, həm də nümunəvi ailə başçısıdır. Yaşadığı şərəfli 75 illik ömür yolu hər bir ismayıllılının gözləri önündədir.
***
Dünyada elə peşələr var ki, onların sərhədini fəaliyyət sahəsi ilə, zamanını isə iş saatları ilə ölçmək qeyri-mümkündür. Müəllimlik məhz belə bir ilahi missiyadır. Müəllimlik, sadəcə, sinif otağında, yazı lövhəsinin qarşısında keçən dərs saatı deyil, bütöv bir ömrün təmənnasız olaraq başqalarının gələcəyinə, işıqlı sabahlara fəda edilməsi dastanıdır. Ona görə də müəllim fədakarlığı bəşəriyyətin sahib olduğu ən ali, ən səmimi mənəvi dəyərlərdən biridir.
Müəllimi əbəs yerə yanan şama bənzətmirlər. Şam ətrafındakı qaranlığı qovmaq, ətrafa aydınlıq saçmaq üçün öz varlığını, öz bədənini əridir. Əsl müəllim də məhz bu fəlsəfə ilə yaşayır. O, sinif otağına daxil olduğu andan etibarən bütün fərdi qayğılarını, yorğunluğunu qapının arxasında qoyur. Onun üçün qarşısında oturan hər bir uşaq hələ yazılmamış ağ bir vərəq, kəşf olunmağı gözləyən bənzərsiz bir dünyadır. Müəllim öz gözünün nurunu, qəlbinin hərarətini və elminin zənginliyini hissə-hissə o uşaqların ruhuna köçürür. Onun ən böyük peşə sevinci, çətin bir mövzunu izah edərkən parta arxasından boylanan bir cüt səmimi gözün parıldaması, o idrak qığılcımının alovlanmasıdır. O qığılcım üçün müəllim bir ömrü fəda etməyə hazırdır. Müəllim fədakarlığı, sadəcə, quru elmi bilikləri ötürməklə bitmir; o, insan xarakterini formalaşdırır, qəlblərə vətənpərvərlik və mənəviyyat toxumları səpir. Şagirdinə doğma dilinin saflığını, ulu tarixinin şərəfli səhifələrini öyrədərkən müəllim əslində gələcəyin sarsılmaz vətəndaşını yetişdirir.
75 il ömür sürmüş Şəfaqət Rəsuovda da bu xüsusiyyətlər cəmlənib. O, görkəmli, tanınmış elm, maarif xadimi kimi, həm yetirmələrinin, həm də ona hörmət bəsləyən yurddaşlarının da qəlblərinə köçüb. Onu öz rahatlığını cəmiyyətin tərəqqisinə qurban verən səssiz bir qəhrəmana bənzədirəm. Onun ömrünü yanıb bitən, lakin heç vaxt sönməyən bir məşəllə də müqayisə edirəm.
İllər keçib, saçlarına dən düşüb. Onun vaxtilə dərs dediyi nəsillər bir-birini əvəz edir. Lakin həyatın hər bir çətin döngəsində, qazanılan hər bir uğurda bizə ilk dəfə qələm tutmağı öyrədən, əlimizdən tutub bizi mənəvi asimana ucaldan o səmimi insanı – Şəfaqət Həbib oğlu Rəsulovu hələ sağlığında minnətdarlıqla xatırlayırıq. O, fədakarlığı ilə şagirdlərinin, onu tanıyan insanların qəlblərində bərqərar etdiyi mənəvi ucalıqda əbədi olaraq yaşayır və yaşayacaq.
75 illik yubileyiniz mübarək olsun, Şəfaqət müəllim!
Daşdəmir ƏJDƏROĞLU,
jurnalist
Şəfaqət Rəsulovun yaşadığı şərəfli 75 illik ömür yolu hər bir ismayıllılının gözləri önündədir

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay