5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür - Tahir RƏCƏBOV
Dostlar, 5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.Bütün müəllim adina layiq olan Muəllimləri təbrik edirəm! Şəxsən mənim nəzərimdə ÖZÜNÜ MÜƏLLİMLİYƏ HƏSR ETMİŞ İNSAN ƏN ŞƏRƏFLİ İNSANDIR.
Savadsız insan meyvəsiz ağaca bənzər. Və bu ağacı yetişdirən məhz müəllimdir. Bizə yüksək bilik, savad bəxş edən , bəşəriyyətin inkişafında duran müəllimlərimizdir.
Müdriklərdən biri müəllim haqqında belə deyib: Valideyinlərim məni yerdən göyə qaldırıb, müəllimim isə göydən yerə endirib.Təhsil bəşəriyyətin mənəvi tacıdırsa, müəllim bəşəriyyətin mənəvi tacının brilyant qaşıdır. Müəllim ilahi elçidir, müəllim ömrü yanan şamdır.Bu peşə sahibləri haqqında nə qədər gözəl sözlər, xatirələr danışsaq, yenə də azdır. Çünki Prezidenti də, həkimi də, aqronomu da, mühəndisi də, alimi də, millət vəkilini də yetişdirən, onlara elmin sirrlərini durmadan dərindən öyrədən, əllərindən tutub “ana, vətən” sözlərini yazdıran və vətənə layiqli övlad kimi tərbiyə edən müəllimdir.Böyük alim jurnalist Həsən Bəy Zərdabi bu şərəfli, müqəddəs və çətin peşə sahibləri haqqında belə deyib.”Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdir, mən o zaman iftixarla deyərdim: müəllimlik”. Şairlər də bu şərəfli, müqəddəs peşə sahiblərinə hörmətlə yanaşıb, onlara çoxlu şeirlər həsr ediblər.
Müəllim adını daşıyan hər kəs
Nadan qarşısında əyilə bilməz.
Həyat yollarında mərddir müəllim
Hünər meydanında mərddir müəllim.

Peşəsi müqəddəs, vicdanı təmiz
Arzusu, əməli nurdur müəllim.
Neçə yaşa dolub qocalsaq da biz
Harda görsə bala deyir müəllim.

Biz bir biçinçiyik, o barlı zəmi
Bizdən gizlətmədi sevinci, qəmi.
Al-əlvan toxunan xalılar kimi
Ömrümə min naxış vurdu müəllim.

“Həyatda ən çox güvəndiyim şəxs müəllimdir. Çünki müəllimdir. Çünki onun silahı kitabdır və bu silahla istənilən düşməni çökdürmək mümkündür” (O. Kont).
“Müəllim aynadır, şagird ona baxıb özünü düzəldir və həmişə müəllimini öyrənir” (M. Monten)...
Müəllimin öz şagirdinə verdiyi qiymət onun öz vicdanına verdiyi qiymətdir.
İstər alim olsun, istərsə həkim
Müəllim olmadan əsla yetişməz.
Bu adın çəkisi ağırdır, hər kim
Müəllim adını daşıya bilməz!!!

 5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür - Tahir RƏCƏBOV

Son xəbərlər

Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNİB

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İshaq Dar və Hakan Fidan müzakirə apardılar

Rusiyanın Oryol şəhərinə dron hücumu - Ölən var

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib - FOTOLAR

Azərbaycanın rayonlarında yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

BELA ZƏNGİBASARLI : ,,ZƏNGİBASAR YALLISI" - FOTO

Deputat: Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsidir

Mirzəxan Xəlilov-80

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olunub - FOTO

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

Milli Qurtuluş Günü və müstəqil məhkəmə sisteminin institusional təməlləri

MƏMMƏD QƏDİR : Qulağının dalın görərsən - FOTO

Mehriban xanım Əliyeva: Şəfqət və xeyirxahlıq simvolu

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Dünya çempionatı - Qətər son dəqiqə qolu ilə xilas oldu

VƏTƏNƏ XİDMƏTLI BİR ÖMÜR YAŞADI...

Moskva da yağışlara tab gətirmədi - Şəhəri su basdı

“Kokain lazımdır, təcili!” - Məşhur aktrisanın yazışmaları üzə çıxdı

Azərbaycanda 814 min insanın səhhəti təhlükədədir

Meksikada şəhər meri güllələnərək öldürülüb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

Yaşar müəllimin şərəfli həyat yolunun mənəvi işığında - FOTO

Netanyahu təcili iclas çağırdı

Hicran Fuad Əhmədli : Bitirək Savaşı - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930