5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu əlamətdar günün qeyd edilməsində məqsəd cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, dünyanın hər yerində təhsil sahəsində heç kimin unudulmaması, geri qalmaması üçün səy göstərən müəllimlərin əməyinə diqqət çəkməkdir.

Birləşmiş Millətlər Təşkilatının saytı xəbər verir ki, bu il Beynəlxalq Müəllimlər Günü “Müəllimlər təhsilin bərpasının mərkəzində” mövzusuna həsr olunub. Məqsəd COVID-19 böhranının başlamasından bir il yarım sonra bərpa prosesinə tam töhfə verə bilmək üçün müəllimləri dəstəkləməkdir.
Beynəlxalq Müəllimlər Günü çərçivəsində beşgünlük qlobal və regional tədbirlər silsiləsi pandemiyanın müəllim peşəsinə təsirini nümayiş etdirəcək, təsirli və perspektivli siyasi tədbirləri vurğulyacaq və müəllim heyətinin öz potensialını tam inkişaf etdirməsi üçün lazım olan addımları müəyyənləşdirməyə çalışacaq.

UNESCO-nun Baş direktoru Odre Azule, Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Qay Rayder, UNICEF-in icraçı direktoru Henrietta For və Beynəlxalq Təhsilin Baş katibi David Edvards Beynəlxalq Müəllimlər Günü münasibətilə ictimaiyyətə birgə müraciət ünvanlayıblar. Müraciətdə qeyd olunur ki, COVID-19 pandemiyası səbəbindən bu gün də ölkələrin bir çoxunun təhsil sistemində böyük problemlər yaşanır. Təxminən 60 ölkədə şagird və müəllimlər məktəblərin tamamilə və ya qismən bağlanması vəziyyətində yaşamağa davam edirlər. Eyni zamanda, şagirdlərin əyani və ya distant təhsil almalarından asılı olmayaraq, tədris prosesində müəllimlər əsas rol oynayır. Pandemiya cəmiyyətə müəllim peşəsinin əvəzolunmaz olduğunu daha aydın dərk etməyə, eləcə də bir çox müəllimin işləməli olduğu çətin şərtləri görməyə imkan verdi. Məktəblərin bağlanması zamanı müəllimlər öyrənmə prosesinin davamlılığını təmin etmək və xüsusilə əhalinin ən həssas qruplarından olan şagirdlərə sosial və emosional dəstək vermək üçün böyük səy göstərdilər. Bu gün onlar şagirdlərin əldə etmədikləri bilik və bacarıqların miqyasını qiymətləndirməli, müxtəlif metodlardan istifadə etməklə tədris prosesindəki pozuntuları minimuma endirməlidirlər.

Müəllimlərin müstəsna rolunu tanımaq və istedadlarını ortaya çıxarmaq üçün lazımi kömək göstərmək və iş şəraiti yaratmaqla onlara təlim və peşəkar inkişaf imkanları verməyin vaxtıdır.

Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Müəllimlik sənəti şərəfli bir sənətdir” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılması qayğısına qalıb.
Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar müəllim nüfuzunu daha da yüksəldib.

Son dövrdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəblər tikilib. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən nəinki fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri əhatə edir. Yeni, müasir məktəblər, təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir.

Qeyd edək ki, bu il Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram edir. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib. Bu müharibədə 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri müxtəlif dərəcəli medallarla təltif edilib. Şəhid təhsil işçilərindən 19 nəfəri “Vətən uğrunda”, 7-si “Şuşanın azad olunmasına görə”, 3-ü “Füzulinin azad olunmasına görə”, 2-si “Xocavəndin azad olunmasına görə”, 4-ü “Cəsur döyüşçü”, 4-ü “Döyüşdə fərqlənməyə görə”, 5-i “Qubadlının azad olunmasına görə”, 5-i “Cəbrayılın azad olunmasına görə”, 2-si “Laçının azad olunmasına görə”, 1 nəfəri “İgidliyə görə”, 1 nəfəri “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Son xəbərlər

Azərbaycan komandası "Microsoft Office Specialist" dünya çempionatında yüksək nəticə göstərib

“Jiquli”ni belə hazırlayırmışlar... - Fotolar

Vurulan Türkiyə gəmisinin heyəti Rusiyaya təxliyə edildi - YENİLƏNİB

Ceki Çan Bakıya gəldi - FOTO

Araz Ağalarovun ikinci nikahından olan övladları - FOTO

Qardaşı oğlu ilə dənizdə batan Arifin - Fotosu

Güllünü doğma qızı öldürübmüş - İstintaq yekunlaşdı

Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu

Ürək dayansa nə etməli? - Həkimdən həyati əhəmiyyətli xəbərdarlıq

“Yaprak Dökümü”nün aktyoru “Uzak Şehir”də

Tovuzun suyu, Arif Həsənovun yeni yaşı və solmayan xasiyyəti - FOTOLAR

Estoniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi

Bakıda bir ailənin faciəsi... - 2 qardaş öldü - Yenilənib

Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü

Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

YÜKSƏK BAL TOPLAYAN MÜƏLLİM

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Qaralma dəbinin yaratdığı böyük təhlükə: Xəbərdarlıq edildi

İndi də toylarının bu həftəsonu olacağı deyilir

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31