Xəbərlər
4.08.2026, 00:20
Vurulan Türkiyə gəmisinin heyəti Rusiyaya təxliyə edildi - YENİLƏNİB
Novorossiysk yaxınlığında dron hücuma məruz qalan "Nadhezna" gəmisinin heyəti Rusiya limanına təxliyə edilib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, gəmidə 22 heyət üzvü olub, onlardan 13-ü Türkiyə vətəndaşıdır. İlkin məlumatlara görə, üç dənizçinin vəziyyəti ağırdır.
O əlavə edib ki, Ukrayna hücumu gəminin yaşayış məntəqələrinə və burnuna zərər vurub və gəmidə yanğın davam edir.
*** 22:46
Qara dənizdə Türkiyəyə məxsus “Nadhezna” gəmisinə edilən dron hücumu nəticəsində dörd nəfər xəsarət alıb.
"Unikal" xəbər verir ki, avqustun 3-də Samsundan Novorossiysk limanına təzə meyvə və tərəvəz daşıyan gəmi Novorossiyskdən 30 mil məsafədə yerli vaxtla saat 16:30-da hücuma məruz qalıb.
Hadisə nəticəsində yaralanan dörd heyət üzvündən üçünün Türkiyə vətəndaşı olduğu bildirilir. Gəminin kapitanı Yalçın Şahin hücum zamanı 6-7 drondan istifadə edildiyini açıqlayıb.
Hücumdan sonra gəmidə baş verən yanğının qarşısını almaq üçün heyət özü müdaxilə edib. Bölgədə hələ də digər dronların mövcudluğu səbəbindən Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin dərhal köməyə gələ bilmədiyi qeyd olunur.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay