VƏTƏN GÖYLƏRİNDƏ YAŞAYAN AD - FOTOLAR
CƏMİL HABİL OĞLU MƏMMƏDLİ HAQQINDA ELEGİYA

Bəzən bir insanın ömrü illərlə deyil, Vətən yolunda göstərdiyi fədakarlıqla ölçülür. Elə insanlar var ki, onlar dünyaya uzun yaşamaq üçün deyil, adlarını xalqın yaddaşına əbədi yazdırmaq üçün gəlirlər. Şəhidlik zirvəsinə ucalan belə insanlar artıq yalnız bir ailənin övladı deyil, bütöv bir xalqın qüruruna çevrilirlər.İsmayıllının igid oğlu Cəmil Məmmədli də belə unudulmaz ömür sahiblərindən biridir. Onun həyatı qısa olsa da, mənası böyük, izi dərin olub. O, Vətənin ən ağır günündə öz borcunu dərk edən, torpağın müqəddəsliyini canından üstün tutan qəhrəman oğullardan biri kimi tarixə düşüb.

ŞƏHİDLİK ADI ÖLÜM DEYİL

Şəhidlik insanın öz həyatını başqalarının azadlığı, doğma yurdun bütövlüyü və gələcək nəsillərin rahatlığı naminə fəda etməsidir. Cəmil Məmmədlinin adı da məhz bu müqəddəs fədakarlığın - Qarabağ torpaqlarının ermənilərin işğalından azad olunmasının rəmzinə çevrilib.
İnsan ömrü bəzən illərlə yox, hansı iz qoyması ilə ölçülür. Elə adamlar var ki, uzun illər yaşayır, amma adları bir neçə nəfərin yaddaşından o yana keçmir. Elə adamlar da var ki, ömür yolu qısa olur, amma onların adı bir kəndin, bir rayonun, bir xalqın yaddaşına həkk olunur. Belə insanlar həyatdan köçəndən sonra da sanki aramızda qalırlar. Onların səsi xatirələrdə eşidilir, baxışları doğmalarının gözlərində yaşayır, adları isə Vətən sözünün yanında çəkilir.
İsmayıllı torpağı həmişə mərd, qeyrətli, Vətən sevgisi ilə yaşayan övladları ilə tanınıb. Bu qədim yurdun dağları, meşələri, bulaqları neçə-neçə igidin sorağını yaşadır. Cəmil də bu torpağın yetirdiyi mərd oğullardan biri idi.

ONUN HƏYATINDA VƏTƏN SEVGİSİ, SADƏCƏ, SÖZ DEYİLDİ

Bu sevgi onun əməlində, davranışında, son nəfəsinə qədər daşıdığı müqəddəs amalında görünürdü.
Valideyn, xüsusilə də Ana üçün övlad itkisi dünyanın ən ağır dərdidir. Şəhid analarının göz yaşlarında həm sonsuz kədər, həm də böyük qürur var. Onlar övladlarını itirsələr də, ciyərparələrinin adları ilə təsəlli tapırlar. Çünki bilirlər ki, onların oğulları xalqın azadlığı və Qarabağ adlı düşmən caynağında qalmış torpaqların müqəddəsliyi uğrunda canlarından keçiblər.
Cəmilin anası Aygün xanımın , atası Habilin ürəyində indi iki duyğu yaşayır: sonsuz həsrət və sonsuz fəxarət. Həsrət ona görə ki, oğul səsi evdən kəsilib. Fəxarət ona görə ki, o səs artıq bir elin, bir xalqın səsinə çevrilib.
Şəhid haqqında danışmaq çətindir. Çünki adi sözlər böyük fədakarlığın qarşısında kiçik görünür. Bir insanın canını Vətən yolunda fəda etməsi haqqında nə qədər danışsan da, yenə də sözlər yetmir. Çünki şəhidlik anlatmaqla deyil, hiss etməklə başa düşülür.

BU DÜNYADA HƏR KƏSİN BİR GƏLİŞİ, BİR DƏ GEDİŞİ VAR…


Amma elə gedişlər var ki, adamın ürəyini yandırsa da, başını uca edir. Şəhid gedişi belədir. Şəhid gedən insan torpaq altında yox, xalqın yaddaşında yaşayır. Onun adı bir evin divarından çıxıb bir elin adına çevrilir.
Cəmil Məmmədlinin adı bundan sonra İsmayıllının yaddaşında, Azərbaycan xalqının qəlbində yaşayacaq. Onun qəhrəmanlığı gələcək nəsillərə Vətən sevgisinin, sədaqətin və mərdliyin nümunəsi olacaq.
O, adi bir insan həyatı yaşamadı. O, öz ömrünü Vətənin taleyi ilə birləşdirdi.
Bəzən ana övladını böyüdəndə düşünür ki, onu uzun ömürlü, xoşbəxt görsün. Onun toyunu görsün, nəvələrini qucağına alsın, qocalığında oğul nəfəsi ilə təsəlli tapsın. Amma Vətən çağıranda bəzi analar öz arzularından da böyük bir həqiqətlə üz-üzə qalırlar. Onların oğulları xalqın oğluna çevrilir. Şəhid Cəmilin anası Aygün xanım kimi!..
Şəhidlərin ruhu qarşısında sözlər bəzən aciz qalır. Çünki onların göstərdiyi fədakarlığın ölçüsü yoxdur. Onlar bizə ən böyük həqiqəti öyrətdilər: Vətən sevgisi yalnız danışmaqla deyil, lazım gəldikdə onun yolunda dayanmaqla sübut olunur.

CƏMİLİN ÖMRÜ QISA OLDU…

Torpaq qəribə yaddaşa malikdir. O, üzərində gəzən hər kəsi unuda bilər, amma uğrunda canını verənləri heç vaxt unutmur. Şəhid qanı torpağı müqəddəsləşdirir. Bu gün Azərbaycanın hər qarışı kimi, İsmayıllı torpağı da öz oğullarının xatirəsini qoruyur.
Cəmil, sən bəlkə də yarımçıq qalan arzularınla getdin. Bəlkə də görmək istədiyin günlər, yaşamaq istədiyin illər vardı. Amma sən elə bir zirvəyə qalxdın ki, oradan baxanda zaman da, illər də kiçik görünür.

Sənin ömrün qısa oldu, amma mənası böyük oldu.
Sən bir evin övladı idin, indi bir xalqın övladısan.
Sən bir ailənin sevinci idin, indi bir elin qürurusan.
Sən bir insan idin, indi bir xatirəsən.

Amma elə xatirələr var ki, onlar heç vaxt köhnəlmir. Onlar hər bahar çiçəklənən ağac kimi yenidən doğulur. Məktəblərdə sənin adın çəkiləndə, bayrağımız dalğalananda, Vətən sözü səslənəndə sənin kimi oğullar yada düşür.
Sən 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda anadan olmuşdun. 2020-ci il oktyabrın 14-dən 15-ə keçən gecə II Qarabağ müharibəsi zamanı şəhid oldun.

ŞƏHİDLƏR ÖLMÜR DEYİRLƏR…


Bu söz, sadəcə, təsəlli deyil. Çünki həqiqətən də şəhidlər insan yaddaşının ən uca yerində yaşayırlar. Onlar bizim dualarımızda, xatirələrimizdə, qürurumuzda yaşayırlar. Dünən, yəni iyulun 28-də dostların yenə başına yığışmışdılar, səni anmaq, şirin, kövrək xatirələrini yada salmaq üçün. Məzarın üstə gəlmişdilər. Xeyli adam var idi burada. Hər il belə coşqu ilə səni yad edirlər. Çünki Cəmil Məmmədli hələ də onu sevənlərin qəlblərində, yaddaşlarında, xatirələrində yaşayır…
İsmayıllının dağlarında əsən küləkdə, bulaqlarından axan suda, anaların duasında, Vətənini sevən insanların qəlbində yaşayır.

Sən torpağa əmanət olmadın.
Sən torpağın özünə çevrildin.
Sən bir ömür yaşamadın.
Sən bir xalqın yaddaşında əbədi qalacaq bir dastan yazdın.
Ruhun qarşısında baş əyirik, Cəmil!


Daşdəmir ƏJDƏROĞLU






























Son xəbərlər

ÖMRÜN MÜDRİKLİK ÇAĞINDA SÖZƏ SƏDAQƏT - FOTOLAR

İlhamə QARAYEVA – bir ömrün sözlə yazılan salnaməsi - FOTOLAR

VƏTƏN GÖYLƏRİNDƏ YAŞAYAN AD - FOTOLAR

"Fənərbağça" növbəti mərhələdə

100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi

Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?

Azərbaycan millisi dünya ikincisi oldu

Məşhur musiqiçi yol qəzasında öldü

PÜSTƏ RƏVAN : NƏSİHƏT - FOTO

Bu musiqi məktəbinə Habil Əliyevin adı verildi

Magistratura üzrə 4 minə yaxın plan yeri boş qaldı

Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

"Azərbaycan dilinin qorunması hər bir vətəndaşın borcudur" - DEPUTAT

12-ci illərini belə təbrik etdi - Fotolar

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb

Zelenski: Trampın xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir

Bakıda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Taha Akgül Firdovsi Umudovun qonağı oldu - Qonaqpərvərliyə görə Azərbaycana təşəkkür etdi

BİR QƏLƏMİM, BİR VARAĞİM, BİR DƏ MƏN... - FOTO

BMU-nun 22 məzunu dünyanın nüfuzlu ali təhsil müəssisələrində

Sonuncu vidalar,bu son gedişlər - FOTO

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Son 12 ildə readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031