Xəbərlər
3.08.2026, 12:38
Qaralma dəbinin yaratdığı böyük təhlükə: Xəbərdarlıq edildi
Son günlər solariumdan istifadə və günəş şüalarının ən güclü olduğu saatlarda qaralma dəbi yenidən populyarlaşıb. Mütəxəssislər isə bunun dəri xərçənginin ən aqressiv növünün yaranma riskini artırdığı barədə xəbərdarlıq edirlər.
ABŞ-ın Şimal-Qərb Universiteti Tibb Fakültəsinin araşdırmasına görə, solaariumdan istifadə edənlərdə melanoma inkişaf etmə riski istifadə etməyənlərlə müqayisədə üç dəfə yüksəkdir.
Alimlər bildirirlər ki, solaarium cihazları günəşdən təxminən 10 dəfə çox ultrabənövşəyi (UV) şüa yayır və bu da dəri hüceyrələrində DNT mutasiyalarını artıraraq xərçəng riskini yüksəldir.
Dünya Səhiyyə Təşkilatı solaarium cihazlarını tütün və asbestlə eyni kateqoriyada kanserogen maddələr kimi qiymətləndirir. Amerika Dermatologiya Akademiyasının məlumatına görə isə 20 yaşından əvvəl solaariumdan istifadə melanoma riskini 47 faiz artırır.
Mütəxəssislər valideynlərə yeniyetmələri dermatoloq müayinəsinə aparmağı və ultrabənövşəyi şüaların dəriyə vurduğu zədələri göstərən xüsusi UV müayinəsindən keçirməyi tövsiyə edirlər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay