Müasir Azərbaycan poeziyasında Səadət Cahangir imzası həmişə mənim üçün dəyərli olub. Bu, təkcə onun müxalif mövqedə dayanması ilə bağlı deyil. Əsas səbəb odur ki, o, çoxlarımızın cəsarət edib deyə bilmədiklərini dilə gətirir, ürəyimizdən keçən fikirləri açıq şəkildə ifadə edir və bu mübarizəni ləyaqətlə, şərəflə aparır.

Mən onu bir oxucu kimi uzun illərdir izləyirəm. Şeirlərini maraq və sevgi ilə oxuyur, yaradıcılığını daim diqqətdə saxlayıram. Təsadüfi deyil ki, ingilis dövlət xadimi və yazıçısı Uinston Çörçill deyirdi: “Cəsarət təkcə ayağa qalxıb danışmaq deyil, həm də oturub dinləməyi bacarmaqdır.”
Səadət Cahangirin yaradıcılığı ilə ictimai-siyasi fəaliyyəti bir-birini tamamlayan bütöv bir şəxsiyyət portreti yaradır. Onun poeziyasında da, ictimai mövqeyində də eyni prinsipiallıq, eyni iradə və eyni cəsarət hiss olunur.
Məşhur ingilis yazıçısı Samuel Smaylsın dediyi kimi: “Cəsarət – heç bir vəziyyətin sarsıda bilməyəcəyi enerji mənbəyi, möhkəm iradənin təzahürüdür.” Bu fikri Səadət Cahangirin şəxsiyyətinə aid etdikdə, onun iradəsini qıra bilməyən daxili gücü və mənəvi enerjisi aydın görünür.
XIII əsrin böyük sufi mütəfəkkiri, şair və filosofu Mövlana Cəlaləddin Rumi isə yazırdı: “Cəsarət ağıldan gəlirsə – cəsarətdir, məlumatsızlıqdan gəlirsə – cəhalət.”

Bu fikir üzərində düşünəndə anlayırsan ki, yaradıcı insanın sözü də, mövqeyi də məhz düşüncədən, idrakdan və mənəvi məsuliyyətdən qaynaqlanmalıdır. Səadət Cahangirin yaradıcılığı əsl cəsarət və elə bu dəyərlərin üzərində qurulur.
Samuel Smaylsın başqa bir fikri də bu baxımdan diqqətəlayiqdir: “Cəmiyyətin qınağı, hansı ki əxlaqın təməlidir, Allah qorxusu isə dinin mahiyyətidir — insanı idarə edən əsas qüvvələr bunlardır.”

Həqiqətən də, cəmiyyətin mənəvi nəzarəti zəifləyəndə, insanın daxilindəki məsuliyyət hissi də sarsılır. Belə hallarda həm vicdanın, həm də mənəvi dəyərlərin təsir gücü azalır. Buna görə də cəsarət yalnız danışmaq deyil, həm də vicdan, məsuliyyət və həqiqət qarşısında dürüst qala bilməkdir.
Bu gün Səadət Cahangirin Facebooko səhifəsində qarşıma çıxan şeiri bir vətəndaş olaraq illərlə rastlaşdığım narazıçılığımın elə bil sözlə çəkilmiş rəsmi idi. Deyərdim ki, bu şeir, məcmunca ictimai-siyasi, etiraz ruhun özündə cəm edən, vətəndaş narahatçılığı ilə seçilən güclü bir poetik nümunədir. Səadət xanım bu şeirdə hamımızın gördüyü cəmiyyətin ağrılarını, ədalətsizliklərini və ümidsizlik içində çırpınan insanların vəziyyətini fərdi hisslərindən çıxarıb qələmə alıb.
Şeirin əsas mövzusu hüququn, ədalətin və azad düşüncənin böhran yaşadığı bir cəmiyyətin mənzərəsidir. Səadət xanım yaşadığı mühitdə müşahidə etdiyi haqsızlıqları, saxta ümidləri və insanların qorxu içində susmasını bədii dillə ifadə edir.
Əsas ideya ondan ibarətdir ki, cəmiyyətdə qanun və ədalət öz yerini itirəndə, azad fikir təqib olunanda və insanlar qorxu altında yaşamağa məcbur ediləndə, ölkənin gələcəyi təhlükə altına düşür.

"Bu yoxsul məmləkətdə oğrular vəkildisə,
məhkəmələr oyuncaq, hakimlər şəkildisə:
hökmlər ertələnməz, silahlar çəkildisə-
boşalıb, təzədən bir ölümə qurulunca..."

Şeir çox sərt və ittihamedici misralarla başlayır. Burada "oğrular vəkildir", "hakimlər şəkildir" ifadələri məcazi məna daşıyır. Amma, bir həqiqəti mənim üçün ortaya qoyur. Bu günə qədər işim düşən ondan yuxarı hakimin iddialarım qarşısında cavab verə bilməmək halını görüb, doğurdanda "şəkil" olduğunu bu şeiri oxuyandan sonra başa düşdüm və bu sözün gözəl bir tapıntı kimi düşündüm.

Bununlada şair, hüquq sisteminin mahiyyətini itirdiyini, ədalətin formal xarakter aldığını vurğulayır.
"Silahlar çəkildisə" - ifadəsi isə artıq sözün, qanunun deyil, gücün hökm sürdüyünü göstərir. Son misradakı:
-"boşalıb, təzədən bir ölümə qurulunca..."- fikri həyatın davamlı şəkildə faciələr üzərində qurulduğunu ifadə edən təsirli bir bənzətmədir.

“ağ atlı oğlan” deyə, aldandıq bir süvara,
azad fikrin damğası –“sərxoş”, “səfil”, “avara”,
iki gənc küçəmizdə şüar yazdı divara,
polis özün yetirdi, döngədən burulunca..."


Azərbaycan və ümumiyyətlə Şərq təfəkküründə "ağ atlı oğlan" xilaskar obrazıdır. Şair xalqın böyük ümidlər bəslədiyi bir liderə və ya ideyaya aldandığını bildirir.
Azad düşüncəli insanların, “sərxoş”, “səfil”, “avara” kimi damğalanması cəmiyyətlərdə fərqli düşüncəyə qarşı dözümsüzlüyün göstəricisidir.
İki gəncin divara şüar yazması isə etirazın simvoludur. Polis obrazı dərhal meydana çıxır:-"polis özün yetirdi, döngədən burulunca..."
Bu misra nəzarətin, qorxunun və təzyiq mexanizmlərinin hər yerdə mövcudluğunu göstərir.

"elə bil həbs yatır bu evlər, bu çatılar,
həyat qaranlığına nə acılar qatılar,
bağlı pəncərələrə hardansa daş atılar,
kimsənin səsi çıxmaz şüşəsi qırılınca..."


Bu bənddə ümumi qorxu atmosferi yaradılır: - "elə bil həbs yatır bu evlər, bu çatılar..."
Burada evlər belə azadlıq məkanı deyil, həbsxana təsiri bağışlayır.
"bağlı pəncərələrə hardansa daş atılar, kimsənin səsi çıxmaz şüşəsi qırılınca..."
Bu misralar xüsusilə uğurludur. Şair insanların təhlükə yaxınlaşana qədər susduğunu, hadisələr onların öz qapısını döyməyincə reaksiya vermədiyini göstərir. Bu, vətəndaş laqeydliyinə yönəlmiş incə bir tənqiddir.
Şeirin ən ümidli, eyni zamanda ən düşündürücü hissəsi son bənddir.

mürgülü xor içində beş-on oyanıq hələ,
başımdan tüstü qalxır, çəkər bu yanıq hələ,
qarğaşada çalxanan yurdum bulanıq hələ,
lilindən kimlər çıxar suları durulunca...


Cəmiyyətin böyük hissəsi yuxudadır, lakin hələ də ayıq qalan insanlar mövcuddur.
"başımdan tüstü qalxır, çəkər bu yanıq hələ..."
Burada müəllifin daxili narahatlığı və vətəndaş ağrısı hiss olunur.
Şeir çox güclü bir sualla tamamlanır:
"qarğaşada çalxanan yurdum bulanıq hələ, lilindən kimlər çıxar suları durulunca..."
Bu misralarda həm ümid, həm də narahatlıq var. Şair soruşur: bu qarışıq dövr keçəndən, həqiqətlər üzə çıxandan sonra meydanda kimlər qalacaq? Kimlər təmiz çıxacaq, kimlər ifşa olunacaq?
Bu şeir sadəcə narazılığın ifadəsi deyil. O, bir vətəndaşın cəmiyyətin taleyi ilə bağlı keçirdiyi ağrının poetik manifestidir. Şair ümidsizlikdən danışsa da, son bənddəki "beş-on oyanıq" obrazı göstərir ki, o, hələ də tam ümidsiz deyil. Onun inamına görə, bulanıq sular nə vaxtsa durulacaq və həmin vaxt həm həqiqətlər, həm də həqiqi insanlar görünəcək.
Bu baxımdan şeir həm etiraz poeziyası, həm də vətəndaş məsuliyyəti daşıyan fəlsəfi düşüncə nümunəsi kimi dəyərləndirilə bilər.
Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin üzvü, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.

Son xəbərlər

ƏZİZƏ AGAHÜSEYNQIZI : ATA YURDUM BEYLƏQANIM - FOTO

HÜQUQUN,ƏDALƏTİN və AZAD DÜŞÜNCƏNİN BÖHRAN YAŞADIĞI CƏMİYYƏTİN POETİK OBRAZI...

SEVİNC YUNUSLU : Sənə sinəmin altda qürub saxlamışdım axı.. - FOTO

Ürəyinizin tezliklə dayanacağını necə bilmək olar - dərhal nə etməklazımdır?

Aralıq dənizində zəlzələ baş verdi

FHN əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

"Ömer"in aktrisası yeni serialda - FOTO

"A.B.İ"nin aktyoru əməliyyat olundu - FOTO

DÇ-2026-nın açılış mərasimi baş tutdu

Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri+Video

Sabah Biləsuvarın 10 kəndində qaz kəsiləcək

Tramp: Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam

Bakıda və rayonlarda külək güclənəcək

Korsikanın siyasi qələbəsi: Fransa yeni reallığı qəbul edir - ŞƏRH

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA

Sabah Bakıda 30 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

"İşləmək üçün dəfələrlə efirdən qurumlara müraciət etmişəm" - Eldəniz Məmmədov

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Beren Saat, Kenan Doğulu və bəzi məşhurlar saxlanıldı

ADNSU-da Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb - FOTOLAR

NEYROTEXNOLOGİYADA YENİ ERA: Çin Maskın Monopoliyasına Son Qoyur

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, 2 nəfər ölüb, 36 nəfər yaralanıb

Doktoranturaya qəbul olmaq istəyənlər üçün qeydiyyat elan edilib

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930