Şənbə günü 1350 namizəd incəsənət məktəb və mərkəzlərinə işə qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 8-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavini, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə müəllim vəzifələri üzrə işə qəbul imtahanı keçirəcək.

Bu barədə DİM-dən məlumat verilib.

İmtahan iki növbədə təşkil olunur və saat 10:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra binaya gələn namizədlər imtahana buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. "İmtahana buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, yer, bina, zal, başlanma vaxtı və namizədin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. İştirakçılar "Yaddaş kitabçası" ilə buradan tanış ola bilərlər.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əsli;
"İmtahana buraxılış vərəqəsi".
İmtahan müddәti direktor vә direktor müavinlәrinin işә qәbulu imtahanında 3 saat, müәllimlәrin işә qәbulu imtahanında isә 2 saatdır.

Direktor və direktor müavinlərinin işə qəbulu imtahanında namizədlərin fəaliyyət istiqaməti üzrə normativ hüquqi aktlar, pedaqogika və pedaqoji psixologiya, məntiqi düşünmə və ümumi dünyagörüşü səviyyələri yoxlanılır. Namizədlərə müvafiq normativ hüquqi aktlar üzrə 50, pedaqogika və pedaqoji psixologiya üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 15 və ümumi dünyagörüşü üzrə 20 qapalı tipli tapşırığı təqdim olunur (ümumilikdə 100 qapalı tipli tapşırıq).

Müəllimlərin işə qəbulu imtahanında namizədlərin müvafiq sahə üzrə ("Musiqi", "Təsviri sənət", "Xoreoqrafiya") ixtisas bilikləri, pedaqogika və pedaqoji psixologiya, məntiqi təfəkkür və ümumi dünyagörüşü səviyyələri yoxlanılır. Musiqi istiqamətində ixtisas bilikləri üzrə tapşırıqlar namizədlərin ixtisaslarından asılı olaraq "Milli musiqi" və "Klassik musiqi" istiqamətində təqdim olunur. Namizədlərə ixtisas bilikləri üzrə 40, pedaqogika və pedaqoji psixologiya üzrə 10, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 və ümumi dünyagörüşü üzrə 10 qapalı tipli tapşırıq təqdim olunur (ümumilikdə 70 qapalı tipli tapşırıq).

Hər test tapşırığı üzrə doğru cavab 1 balla qiymətləndirilir. Nəticələr hesablandıqda səhv cavablar ümumi nəticəyə təsir göstərmir.

İmtahan kompüterlər vasitəsilə Bakıda DİM-in elektron imtahanlar korpusunda və Naxçıvanda 4 saylı tam orta məktəbdə təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 1350 namizəd (121 nəfər direktor, direktor müavini, 1229 nəfər isə müəllim vəzifəsinə işə qəbul) qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 15 zal administratoru, 89 nəzarətçi‑müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahanda 5 nəfər fiziki məhdudiyyətli (görmə məhdudiyyətli) namizəd də iştirak edəcək. Bu namizədlərin rahat şəkildə imtahan verməsi üçün zalda müvafiq şərait yaradılıb, tapşırıqların oxunması, cavab kartının doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.

Son xəbərlər

Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış olub

Şənbə günü 1350 namizəd incəsənət məktəb və mərkəzlərinə işə qəbul imtahanı verəcək

Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK

UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"su ilə qarşılaşacaq

Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb

Tramp administrasiyası idxalçılara 100 milyard dollarlıq gömrük rüsumunu geri qaytarıb

22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Sulutəpədə avtoservisdə yanğın baş verib

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”

Daşdəmir ƏJDƏROĞLU : BİR ÖMRÜN İŞIĞI - FOTOLAR

Makron Ukraynanı terror törətməyə çağırıb

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

"Mənə aid edilən bəzi fikirlər təhrif olunub" - Hikmət Hacıyev

“Yeraltı”nın aktyorları sevgilidir - “Melek”in atası prokurorluğa şikayət etdi

45 yaşını belə qeyd etdi - Foto

AZƏRBAYCAN ƏHALİSİNİN CƏMİ 4.6 FAİZİ 70 YAŞ HƏDDİNİ KEÇİR

Azərbaycanda sosial şəbəkələrlə bağlı yeni mərhələ: Uşaqlar necə qorunacaq?

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31