Xəbərlər
5.08.2026, 22:35
Azərbaycanda sosial şəbəkələrlə bağlı yeni mərhələ: Uşaqlar necə qorunacaq?
Xəbər verdiyimiz kimi, Azərbaycanda 16 yaşdan aşağı uşaqların sosial media platformalarından istifadəsinin məhdudlaşdırılması istiqamətində qanunvericiliyə mühüm dəyişikliklər edilib. Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda edilmiş dəyişiklikləri təsdiqləyib. Yeni tənzimləmələrin məqsədi azyaşlıların rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsi və onları zərərli məzmunun mənfi təsirlərindən qorumaqdır.
Bəs bu dəyişikliklər cəmiyyətə və uşaqların inkişafına necə təsir göstərəcək?
Mövzu ilə bağlıaçıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirdi ki, bu istiqamətdə atılan addımlar məhz sosial şəbəkələr üzərindən həyata keçirilən hüquqazidd fəaliyyətlərin qarşısının alınmasına xidmət edir.
Onun sözlərinə görə, bəzi istifadəçilər sosial şəbəkələrdən qanunvericiliyə zidd məqsədlərlə istifadə edirdilər:
“27 fevral 2026-cı ildə dövlət başçısı tərəfindən rəqəmsal mühitdə uşaqların və yeniyetmələrin zərərli informasiya və kontentdən qorunması ilə bağlı sərəncam imzalanıb. Həmin sərəncamda Nazirlər Kabinetinə sosial şəbəkələrdən düzgün istifadə mexanizminin hazırlanması, eləcə də sosial şəbəkələrdən istifadədə yaş məhdudiyyətinin tətbiqi ilə bağlı hüquqi mexanizmlərin işlənib hazırlanaraq dövlət başçısına təqdim edilməsi tapşırılıb. Eyni zamanda bu sahədə qabaqcıl ölkələrin təcrübəsindən istifadə olunması da tövsiyə edilib.
Sərəncamda həmçinin qeyd olunur ki, məktəbəqədər təhsil müəssisələrində və ümumtəhsil məktəblərində tədris proqramlarına sosial şəbəkələrdən təhlükəsiz və düzgün istifadə ilə bağlı maarifləndirici mövzular daxil edilməlidir.
Bundan başqa, 19 mart 2025-ci ildə süni intellekt texnologiyaları ilə bağlı Milli Strategiya qəbul olunub, “Telekommunikasiya haqqında” qanuna dəyişikliklər edilib. Eyni zamanda Cinayət Məcəlləsinin 148.1-ci maddəsinə əlavələr olunaraq sosial şəbəkə seqmenti də nəzərə alınıb”.
Ekspert vurğuladı ki, bütün bunlar Azərbaycanda sosial şəbəkələrin fəaliyyətini tənzimləyən yeni hüquqi reallığın formalaşdığını göstərir:
“Bu baxımdan İnzibati Xətalar Məcəlləsində də sosial şəbəkələr üzərindən hüquqazidd fəaliyyət göstərən, qanun pozuntularına yol verən istifadəçilər, həm hüquqi, həm fiziki şəxslər, eləcə də sosial şəbəkə platformalarının provayderləri ilə bağlı məsuliyyət tədbirləri nəzərdə tutulub.
Bununla yanaşı, hesab edirəm ki, təkcə inzibati və hüquqi tənzimləmə tədbirləri kifayət deyil. Xüsusilə uşaqlar və yeniyetmələrlə bağlı maarifləndirici, “yumşaq” mexanizmlərin tətbiqinə də ehtiyac var. Valideynlərin rəqəmsal savadlılığının artırılması da bu prosesdə mühüm rol oynayır.
Düşünürəm ki, həyata keçirilən bu tədbirlər nəticəsində yaxın perspektivdə Azərbaycanda sosial şəbəkələr daha təhlükəsiz istifadə platformalarına çevriləcək və uşaqların sosiallaşdığı rəqəmsal mühit onlar üçün zərərsiz olacaq”.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay