Həyatını insanların sağlamlığına həsr edən, peşəsinə sevgiylə bağlanan fədakar həkimlərimiz cəmiyyətimizin mənəvi sütunlarıdır. Tibb elminin çətin yollarında inamla addımlayan, eyni zamanda ruhunun incəliklərini poeziyanın dili ilə ifadə edən belə ziyalılardan biri də təcrübəli terapevt Leyla Mahmud qızı Bayramovadır.
Onun keçdiyi ömür yolu həm gənc nəslə nümunə, həm də həkim fədakarlığının gözəl bir təzahürüdür.
Leyla Bayramova 1969-cu ildə Azərbaycanın qədim mədəniyyət və ziyalılar ocağı olan Qazax şəhərində anadan olub. Elmə, biliyə olan sonsuz marağı onu hələ erkən yaşlarından həmyaşıdlarından fərqləndirib. 1975-1985-ci illərdə Qazax şəhər 1 saylı tam orta məktəbində təhsil alan Leyla xanım yüksək istedadı, çalışqanlığı və nümunəvi davranışı ilə müəllimlərinin rəğbətini qazanıb. Orta məktəb illərini yüksək nailiyyətlərlə başa vuraraq qızıl medala layiq görülüb. Bu parlaq uğur onun gələcək tibb karyerasının təməl daşı olub. Həkimlik kimi müqəddəs bir peşəni seçən Leyla Bayramova 1985-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. Tələbəlik illərində də dərin zəkası ilə seçilərək 1991-ci ildə universiteti əla qiymətlərlə bitirib və terapevt ixtisasına yiyələnib.
Ali təhsilini başa vurduqdan sonra Leyla xanım doğma yurduna qayıdaraq Səhiyyə Nazirliyinin təyinatı ilə fəaliyyətə başlayıb. O, 1994-1999-cu illərdə Qazax Kardioloji Xəstəxanasında gənc həkim kimi ilk peşəkar addımlarını atıb. Bu illər ərzində o, xəstələrin sevimlisinə çevrilib, insanların sağlamlığının bərpası üçün gecə-gündüz fədakarlıqla çalışıb.Təcrübəli həkim sonradan pedaqoji fəaliyyətlə də məşğul olaraq gənc nəslin yetişməsində rol oynayıb. 2001-2008-ci illərdə Azərbaycan Dillər Universitetinin Tibbi biliklər kafedrasında müəllim işləyərək tələbələrə tibbin sirlərini aşılayıb. 2008-ci ildən etibarən isə Leyla Bayramova fəaliyyətini Bakı şəhər 7 saylı Poliklinikasında terapevt-həkim kimi davam etdirir. Bu gün də poliklinikaya pənah gətirən hər bir pasiyentə yüksək peşəkarlıqla, ana nəvazişi və həkim həssaslığı ilə yanaşır, onların şəfa tapmasına vəsilə olur.


Leyla həkimin ailəsi ölkəmizin elmi və vətənpərvərlik salnaməsində xüsusi yeri olan bir ziyalı ocağıdır. Onun həyat yoldaşı Hacı Məsmalıyev Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır olan qəhrəmanlarımızdandır. O, 1993-1999-cu illərdə könüllü olaraq Birinci Qarabağ müharibəsində iştirak edib, döyüş yollarından şərəflə keçib. Ehtiyatda olan mayordur. Hacı müəllim həm də respublikamızın dəyərli elm adamlarından biridir. O, riyaziyyat üzrə fəlsəfə doktorudur və hazırda Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat kafedrasında çalışaraq gələcəyin alimlərini və mütəxəssislərini yetişdirir. Bu nümunəvi ailə həm elmi nailiyyətləri, həm də Vətənə olan bağlılıqları ilə cəmiyyətdə böyük hörmət sahibidir.
Leyla Bayramova təkcə insanların cisminə şəfa verən bir loğman deyil, həm də ruhun dərinliklərinə nüfuz edən zərif qəlbli bir şairədir. Onun poeziyaya olan sevgisi hələ orta məktəbin yuxarı siniflərində oxuyarkən başlayıb. Həmin illərdə qəlbindən süzülən ilk misraları böyük bir təvazökarlıqla heç kimə bildirmədən, gizlicə qələmə alıb. Tibb sahəsinin gərginliyinə və məsuliyyətinə baxmayaraq, Leyla xanım daxilindəki yaradıcılıq işığını heç vaxt söndürməyib. Onun misralarında gah doğma yurda olan böyük sevgi və çağırış, gah da insan qəlbinin dərin, kövrək intizarları boy göstərir. Doğma Qazax elindən, uca dağlardan uzaq düşənlərə xitabən yazılan bu misralar onun vətən sevgisinin bariz nümunəsidir:

Elindən yurdundan uzaq olanlar,
Arada bir yurda siz dönün barı.
Çiçək gül ətrinə həsrət qalanlar,
Yaxından seyr edin uça dağları...

Onun qələmindən çıxan digər sətirlərdə isə təbiətin təsviri ilə insan duyğularının və zamanın axarının vəhdəti göz önündə canlanır, oxucunu xəyal dünyasına aparır:

Susur dəniz dərdə düşübdü yaman,
Sakit-sakit pıçıldayır peşiman.
Saat donub sənsiz getmir bax zaman,
Dəniz gözlüm gözləyənim ağlayır.


Poeziya onun üçün həm bir təsəlli, həm də həyata, insanlara olan sevginin bədii ifadəsidir. Leyla Mahmud qızı Bayramova həm şərəfli həkimlik peşəsi, həm ziyalı xanım obrazı, həm də daxili dünyasının zənginliyini əks etdirən yaradıcılığı ilə ölkəmizin fəxr edəsi xanımlarındandır. Ona həm çətin və məsuliyyətli işində, həm də rəngarəng poeziya dünyasında yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayırıq.
Hüseyn İsaoğlu,
yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü.

Son xəbərlər

Sabah 33 dərəcə isti olacaq

Azərbaycanın xarici dövlət borcu azalıb

Baş nazir kimi 62 illik rekordu yenilədi

“Qarabağ”ın rəqiblərinin adları bəlli oldu - “Ferentsvaroş”la qarşılaşacaq

İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir - FOTOLAR

ŞƏRƏFLİ HƏKİM ÖMRÜ VƏ ZƏRİF POEZİYA DÜNYASI: Leyla Bayramovanın işıqlı həyat yolu

MƏMMƏD QƏDİR : Qəbir də yerində, daş da yerində... - FOTO

Adil Kərimli Mədəniyyət Nazirliyinin kitabxanaları bağlamasına dair iddiaları rədd edib

Belfastda 18 yaşlı tələbənin öldürülməsi iğtişaşlara səbəb olub

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb

Serenay Sarıkayanın yeni layihəsi məlum oldu

Barı gəlirəmmi yuxularına? - FOTO

Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Qırğızıstanda terror aktları hazırlamaqda şübhəli bilinən 31 nəfər saxlanılıb

“Real”ın baş məşqçisi klubdan ayrıldı

Tramp: ABŞ-ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

Rusiyada azərbaycanlı “qanuni oğru” saxlanıldı

“Renault” kütləvi PUA istehsalına başlayır

Rusiyanın hücumu zamanı ayağını itirən gimnast qızıl medal qazandı - FOTO

Şahzadə xanımı və uşaqları ilə Londona gələcək

Bakının bu rayonlarında işıq olmayacaq - Xəbərdarlıq

Atlaz Rzayi : Sirli qadın (HEKAYƏ) - FOTO

ZÜLFİYYƏ İSMAYILOVA : Dünya sevgi dünyasıdır - FOTO

XATİRƏ İSMAYILOVA : “El qınağı” yoxsa “sosial şəbəkə hökmü” - FOTO

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

Niyə yuxu görürük? - 4 elmi fərziyyə, biri qorxuludur

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930