Sultanəli Qurbanov
YAP Səbail “Ü.Hacıbəyli-68”ƏPT-nın sədri, ADPU-nun dosenti

Bu gün görkəmli oftalmoloq Zərifə Əliyevanın doğum günüdür

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür. Beynəlxalq aləmdə Azərbaycan Oftalmologiya elmini layiqincə tanıdan yüksək intellekt sahibi, mənəvi təmizlik və paklıq nümunəsi, oftalmologiyası sahəsində ilk qadın akademik, oftalmologiya aləmində ən yüksək mükafata-SSRİ Tibb Elmləri Akdemiyasının akademik M.İ.Aberbax adına mükafata layiq görülən ilk qadın Zərifə Əziz qızı Əliyeva XX əsrin dünya şöhrəti qazanmış ən parlaq ziyalı qadınlarımızdandır. Zərifə xanım insanların gözünə nur verir, minlərlə insana gözəl dünyamızı görmək sevinci bəxş edirdi. O, keçdiyi mənalı həyat yolu elmin işığına sədaqəti olan ziyalı nəsillər üçün nümunədir.

Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. Azərbaycan səhiyyəsinin, tibb elminin əsas təşkilatçısı və yaradıcılarından biri olan, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyeva həkimlər ailəsinin müqəddəs ocağında böyüyüb, boya-başa çatmışdır. Zərifə xanım Əliyeva 1942-ci ildə Bakıda orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-proflaktika fakultəsinə daxil olmuşdur. Zərifə xanım bu institutu bitirdikdən sonra Moskva şəhərində Oftalmologiya üzrə həkimləri təkmilləşdirmə İnstitutunda təhsilini davam etdirmişdir. O, 1948-ci ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya əmək fəaliyyətinə başlamışdır.
1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti, professor, Görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.
1976-cı ildə Q.Helmholis adına Moskva Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti” mövzusunda dissertasiya müdafiə etmişdir. Oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlarını, cümlədən “Terapevtik oftalmologiya”, “İridadiaqnostikanın əsasları” nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanım Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir. Onun rəhbərliyi altında gənc elmi işçilər və həkim oftalmoloqlar nəsli yetişdirilmişdir. Dünyada ilk dəfə görmə orqanının peşə patalogiyasını araşdıran elmi tədqiqat laboratoriyası yaradılıb.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmologiyalar Cəmiyyəti Riyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin “Vestnik oftalmologiya” (Moskva jurnalı redaksiya heyətinin üzvü olmuşdur. Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.
Yüksək elmi nailiyyətinə görə 1980-ci ildə Azərbaycan Əməkdar Elm Xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafata layiq görülmüş ilk qadındır.

Zərifə xanım böyüdüyü ailəyə xas olan xüsusiyyətləri özündə cəmləşdirmişdir. O, öz övladlarına xüsusi münasibəti olan qeyri-adi bir Ana idi. O, ailəsinə bağlı, ailəsi və uşaqları ilə nəfəs alan analardan biri – əsil ANA idi.
Zərifə xanım Əliyevanın şah əsəri xalqımıza “Zəfər sevinci” yaşadan hörmətli Prezidentimiz İlham Əliyevdir. Xalqımız Heydər Əliyevin qurduğu Azərbaycan dövlətini, işıqlı arzularını, ideyalarını onun ən layiqli və ən etibarlı davamçısı olan İlham Əliyevlə böyük gələcəyə doğru aparacaq. Heydər Əliyevin nurlu dühası yolumuzu daima işıqlandırır.
Ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anası olan Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmişdir.

Son xəbərlər

Çağla Boz ev dustağı olacaq

QIZBƏS QƏBƏLƏ : OXU,ELNARƏ - ANA MUĞAMI - FOTO

Elxas Comərd : DANIŞIR - FOTO

Məşhur amerikalı modelyer vəfat etdi

Bakının işğaldan azad edilməsindən 108 il ötür

Məlahət Behbudqızı : Sən olan yeri - FOTO

Türkiyədə daha bir əməliyyat keçirildi - 1600-dən çox adam saxlanıldı

Zabitə Alıyevanın toyudur - Fotolar

BƏXTİYAR ƏMİRASLANOV – MƏZARSIZ QƏHRƏMANIN ŞƏRƏFLİ ÖMÜR YOLU

Hacıməmməd Məmmədov : Tərifdən uca duran insan - Sərkar Mərdanov-73

Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama

Ayda nəhəng yaşayış məntəqəsi qurulacaq: Evlər belə olacaq

Süni intellektin böyük təhlükəsi: 10 il ərzində insanlıq məhv ola bilər

Azərbaycanda əməyin təhlükəsizliyi üzrə yeni dövət standartları qəbul edildi

Bir neçə gün yatmamaq ölümə səbəb ola bilər - Həkimdən dəhşətli xəbərdarlıq

Bir bahar gecəsi.

BİR GÖZƏL İNSAN DA BU DÜNYADAN KÖÇDÜ...

Sizi sevən bütün ürəklərin sevgisi daim Sizinlə olsun - FOTO

Tələbəlik illərindən başlayan ömür yolu

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Nazir: Təhsilin keyfiyyəti aşağı olan kənd məktəblərinin bağlanması məsələsinə baxılır

Şeyxülislam: İslamdaxili dialoq olduqca aktual və zəruridir

KİV: Rusiyanın 51-ci ordusunun komandanı Sergey Milçakov öldürülüb

Azərbaycanın AİB ilə əməkdaşlığı üzrə 5,6 mlrd. dollarlıq maliyyələşmə həyata keçirilib

ÖMRÜN İŞIQLI TƏRƏFİ

“XATİRƏLƏR YAŞADIR MƏNİ” – YADDAŞIN, AĞRININ VƏ VƏTƏN BORCUNUN KİTABI

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930