Xəbərlər
14.09.2026, 21:23
Bir bahar gecəsi.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olundum.Yeni yaranan İnşaat İnstitutunda hərbi kafedra olmadığından,Sovet Ordusu sıralarına hərbi xidmətə çağrıldım və 2 il Moskva yaxınlığında HHM(ПВО)qoşunlarında xidmətdə oldum.Moskva şəhərini hava hücumundan qoruyurduq.Xidmətimi başa vurmağa az qalmış, qardaşıma(indi mərhum) məktub yazaraq,sənədlərimi İnşaat institutundan geri götürməsini xahiş etdim və bildirdim ki,başqa instituta girəcəyəm.Elə də oldu.Lakin həmin ərəfələrdə, keçmiş SSRİ nin nüxtəlif şəhərlərində ali məktəblərdə oxumaq üçün ,xidmətini başa vurmaqda olan əsgərlər dəvət olunurdu.Bu bir qayda olaraq,hər il baş verirdi və imtahan yolu ilə ən yaxşıları seçilərək ali məktəblərin hazırlıq şöbələrinə qəbul olunurdular.Mən də Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsini seçdim və hərbi hissəmizdən 3nəfər (digərlərindən biri Moskvadan,o biri Belarusiyadan idi)hərbi hissənin komsomol təşkilatı olan bir zabitin müşayiəti ilə Moskvanın yaxınlığındakı Видны adlanan şəhərdə imtahan verdik.Mən riyaziyyat və fizika fənnindən imtahan verdim və 1 həftədən sonra MDU -nun hazırlıq fakultəsinə qəbul olunmağım barədə,hərbi hissəyə teleqramma daxil oldu.Dərslər dekabrın 1-dən başlanırdı.Xidmətimi başa vurandan sonra orada təhsilimi davam etdirməli olsam da,maddi vəziyyətimin çətinliyi üzündən gedə bilmədim və yenidən imtahan verərək, o vaxtkı D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna(indiki Azərbayan Dövlət İqtisad Universiteti) qəbul olunub,oranı fərqlənmə diplomu ilə bitirdim.Hərbi xidmətdən noyabr ayında tərxis olunduğumdan,yaya qəbul imtahanlarına kimi boş qalmamaq üçün Sumqayıt sintetik-kauçuk zavodunda çilingər vəzifəsinə işə düzəldim.Yaz gecələrinin birində,gecə növbəsindən işdən yataqxanaya qayıdarkən,ətrafdakı adamı məst edəcək dərəcədə ətir qoxuyan iydə ağaclarının heyrətamiz gözəlliyi altında belə bir şer yarandı.Bu ,1983 cü ilin yazı idi.
Bir bahar gecəsi.
Bir iydə qoxuyan bahar gecəsi,
Döndüm otağıma iş növbəsindən
Könlüm həvəslidir,bu söz həvəsi,
Yapışıb yuxumun bəbəklərindən,
Qoymur bir azacıq alam dincimi,
Qəlbimi oxşayan bahar gecəsi.
Düzülər bir sapa söz muncuqları,
Asılar o qızın baxışlarından.
O qıza hədiyyəm yazdığım şer,
Mənəsə o qızın həsrəti qalar.

Sumqayıt,13.06.1983
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


