Xəbərlər
14.09.2026, 13:13
“XATİRƏLƏR YAŞADIR MƏNİ” – YADDAŞIN, AĞRININ VƏ VƏTƏN BORCUNUN KİTABI
Bəzi kitablar var, onları oxumursan, onlara qulaq asırsan. Sözlər gözlə oxunur, amma kitabın içindən gələn səs qulaqla eşidilir. Elə kitablar da var ki, onları oxuduqca başa düşürsən: müəllif yazmayıb, yaşayıb. Yazı sonradan gəlib. Əvvəl həyat olub, sonra söz.
Birinci Qarabağ müharibəsinin veteran iştirakçısı,şəhid Sənanın məğrur atası, istedadlı qələm sahibi, müharibədən sonra süngüsünü qələmə çevirmiş Hacı Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabı da belələrindəndir.
519 səhifəlik bu kitabı yalnız xatirələr toplusu adlandırmaq, məncə, kitabın mahiyyətinə bir qədər haqsızlıq etmək olar. Çünki burada söhbət təkcə bir adamın keçmişini xatırlamasından getmir. Burada bir insanın şəxsi yaddaşı ilə xalqının yaddaşı biri-birinə qarışır. Müəllif öz həyatının səhifələrini açdıqca oxucunun qarşısına Ağdam çıxır, Qarabağ çıxır, səngər çıxır, əsgər çıxır, ata çıxır, oğul çıxır, şəhid çıxır, ana çıxır, ayrılıq çıxır. Və bütün bunların arxasından maraqlı sual boylanır: İNSAN YAŞADIĞI DÖVRÜ UNUDA BİLƏRMİ?
Əkbər müəllimin cavabı kitabın adındadır: XATİRƏLƏR YAŞADIR MƏNİ...
Bu, adi bir başlıq deyil, həm etiraf, həm hökm, həm də taledir. Çünki insanın yaddaşında elə günlər olur ki, onları unutmaq rahatlıq deyil, ikinci ölüm olar.
Xatirə nədir?
Xatirə keçmiş deyil. Keçmiş bitib. Xatirə isə bitmiş şeyin insanın içində davam etməsidir.
Müharibə qurtara bilər, amma müharibə iştirakçısının içindəki müharibə həmişə qurtarmır. Səngər dağıla bilər, amma səngərin səsi adamın qulağından çəkilməyə bilər. Dost itə bilər, amma dostun səsi yaddaşdan silinməz. Oğul şəhid ola bilər, amma ata üçün o oğulun ölümü heç vaxt “keçmiş zaman”a çevrilməz.
Hacı Əkbər Rüstəmovun kitabını maraqlı və qiymətli edən əsas cəhətlərdən biri də budur: müəllif xatirəyə yalnız nostalji kimi baxmır. Xatirə onun üçün mənəvi məsuliyyətdir.
Müəllifin həyat yolu özü bu kitabın ideya xəritəsidir. O, müəllim olub, idman müəllimi kimi fəaliyyət göstərib, gənclərlə işləyib, idmançılar yetişdirib. O, Bakıdakı 74 saylı və Ağdamdakı 50 saylı texniki peşə məktəblərində çalışıb, həmçinin “Qarabağ” futbol klubunun ilk bazasının yaradılmasında onun rolu əvəzsizdir.
Sonra zaman dəyişib. Daha doğrusu, zaman dəyişməyib, zaman adamı dəyişməyə məcbur edib.
bəzən bir neçə kilometr olmur. Bəzən bir xalqın taleyi qədər uzun olur. Əkbər müəllimin həyatında da belə olub. Müəllim əlində qələmlə başlayıb, sonra həmin qələmin yanına silah gəlib. Amma maraqlıdır ki, silah qələmi susdurmayıb. Əksinə, qələm daha çox danışmağa başlayıb.
Bu kitabın ən diqqətçəkən tərəflərindən biri müəllifin döyüşçü ilə yazarı eyni adamda birləşdirməsidir.
Döyüşən adam hadisəni yaşayır. Yazan adam isə həmin hadisənin yaddaşını qoruyur. Əkbər müəllim bu iki funksiyanı bir yerdə daşıyıb. O, müharibənin ilk günlərindən gündəlik yazıb, döyüşçülərin, əsgərlərin və komandirlərin həyatını qələmə alıb.
Bu, sadəcə yazıçılıq işi deyil, tarix qarşısında şahidlikdir. Çünki müharibə haqqında sonradan çox adam danışa bilər. Amma səngərdə olmuş adamın gördüyü canlı hadisə ilə müharibə haqqında kitabxanada oturub yazılan yüz kitab arasında fərq var: birində həyatın nəfəsi var, o birində isə məlumat.
Əkbər müəllimin yazılarının əhəmiyyəti də buradadır: o, müharibəni uzaqdan müşahidə etməyib, hadisələrin içində olub. Ona görə kitabın bəzi səhifələrində müəllifdən çox şahid danışır. Şahid isə həmişə yazıçıdan ağır danışır. Çünki şahidin sözünün arxasında məsuliyyət dayanır.
Sənan adı kitabın içində niyə belə ağır səslənir?
Bu kitab haqqında danışarkən Sənan adını kənarda saxlamaq mümkünsüzdür. Sənan yalnız müəllifin oğlu deyil, bu kitabın içində bir ata yarasıdır.
Əkbər müəllimin sğhbətlərinə görə, o, üç oğlu ilə birlikdə Qarabağ döyüşlərində iştirak edib və oğullarından Sənan şəhid olub. Sənanın ermənilər tərəfindən vurulan təyyarənin pilotlarını xilas etməyə çalışarkən şəhid olduğunu qeyd edib. Bu faktı bir cümlə ilə yazmaq asandır. Ancaq bir atanın oğlunu itirməsini bir cümləyə sığışdırmaq mümkün deyil.
Şəhid haqqında yazmaq asandır. Şəhidin atasının içində qalan səssizliyi yazmaq çətindir. Çünki şəhidlik xalq üçün uca bir zirvədir, ata üçün isə həmin zirvənin altında heç vaxt sağalmayan bir boşluq var. Burada böyük bir paradoks yaranır. Ata həm fəxr edir, həm yanır. Həm başını dik tutur, həm içində çökür. Həm “oğlum Vətən üçün öldü” deyir, həm də gecələr həmin oğulun səsini xatırlayır.
İnsan qəlbinin ən ağır həqiqətlərindən biri budur: qürur ağrını öldürmür, sadəcə, ağrıya xüsusi məna verir.
Sənanın taleyi kitabın yalnız bir hissəsi deyil, mənəvi oxlarından biridir. Onun adı ilə müəllifin ata kimliyi, döyüşçü kimliyi, vətəndaş kimliyi bir nöqtədə kəsişir.
Bu kitabda Qarabağ xəritədə göstərilən ərazi yox, bir yaddaşdır. Ağdam bir şəhərdən artıqdır. Kənd adları təkcə coğrafi ünvan deyil. Hər yerin adı müəllifin yaddaşında bir hadisə, bir insan, bir səngər, bir itki, bir ümid daşıyır. Əkbər müəllim hadisələri xronoloji ardıcıllıqla verir və yer adlarını həssaslıqla işlədərək oxucuya Qarabağın coğrafiyasını da tanıdır. Bu mənada kitabın digər xüsusiyyəti də ondan ibarətdir ki, o, Qarabağın yalnız harada olduğunu yox, nə olduğunu göstərməyə çalışır.
Qarabağ adamın doğulduğu yer ola bilər. Amma Qarabağ eyni zamanda adamın içində daşıdığı yerdir. Ona görə də yurdunu itirən adam yalnız evini itirmir. O, səhərlər açdığı pəncərəni, həyətini, qonşusunun səsini, uşaqlıq küçəsini, atasının basdığı torpağı və ən əsası, keçmişinin bir hissəsini itirir. Əkbər Rüstəmov isə yazmaqla həmin keçmişi geri qaytarmağa çalışır. Heç olmasa sözün içində.
Kitabın mühüm hissələrindən biri “Əsgər xatirələri”dir. Müəllif burada döyüşçülərin, komandirlərin və əsgərlərin portretlərini yaradır, onların hər birini yaddaşdan silinməyə qoymamağa çalışır. Bu yanaşma kitabın humanist tərəfini gücləndirir. Çünki müharibə tarix kitablarında bəzən rəqəmlərə çevrilir.
Neçə nəfər döyüşdü?
Neçə nəfər yaralandı?
Neçə nəfər şəhid oldu?
Neçə kənd işğal edildi?
Neçə rayon itirildi?
Amma rəqəmlərin bir çatışmazlığı var: onların üzü yoxdur.
Ad isə üz deməkdir. Əkbər müəllim insanlara ad verir. Adı olan insanın isə həyatı görünür. Ona görə kitabda döyüşçünün portretini yaratmaq, əslində, onun həyatını ölümün içindən çıxarıb yaddaşa qaytarmaqdır. Bir adam öləndə onun haqqında danışılmırsa, ikinci dəfə ölür. Kitab bu ikinci ölümə qarşı yazılıb.
Kitabın diqqət çəkən tərəflərindən biri də müəllifin döyüş yoldaşları və komandirlər haqqında xatirələridir. Məsələn, kitabdan Şirin Mirzəyevlə bağlı xatirələr sonradan ayrıca yazılarda da təqdim olunub. Bir mənbədə Hacı Əkbər Rüstəmovun Şirin Mirzəyevi sakit görünüşlü, lakin daxilən daim narahat olan, torpağın müdafiəsini və milli ideyanı ön plana çəkən komandir kimi xatırladığı göstərilir. Burada maraqlı bir məsələ var. Komandiri yalnız rəsmi bioqrafiyası ilə tanımaq başqa şeydir, onunla eyni səngərdə olmuş adamın yaddaşından tanımaq tamam başqa.
Tarixi sənəd deyir: O kim idi?
Xatirə isə soruşur: O necə insan idi?
Ədəbiyyatın üstünlüyü də bəzən elə budur. Sənə yalnız faktı vermir. Faktın arxasındakı insanı göstərir.
“Xatirələr yaşadır məni”nin başqa bir üstünlüyü onun materialının həyatın özündən gəlməsidir. Belə kitablarda həddindən artıq bəzəkli dil bəzən hadisənin özünə mane olur. Müharibənin ağrısını göstərmək üçün mütləq böyük sözlər lazım deyil. Bəzən “o gəlmədi” cümləsi “o qəhrəmancasına şəhid oldu” cümləsindən daha ağır səslənir. Çünki birincidə boşluq var.
Əkbər müəllimin yazılarında da əsas təsir mənbəyi hadisənin özüdür. Bu baxımdan onun yazılarını klassik mənada yalnız ədəbi mətn kimi yox, xatirə, sənəd, publisistika və şəxsi etirafın kəsişdiyi mətnlər kimi oxumaq daha doğru olar.
Kitabın içində şeir də var, poema da, publisistik yazı da, esse xarakterli düşüncələr də, gündəlik notları da. Bu janr müxtəlifliyi ilk baxışda kitabı dağınıq göstərə bilər. Amma başqa tərəfdən bu dağınıqlığın özündə həyatın təbiəti var. Həyatın özü də roman kimi səliqəli deyil.
Adam bir gün müəllim olur, bir gün ata.
Bir gün komandir, bir gün şəhid atasına çevrilir.
Bir gün jurnalistə danışır, bir gün xatirə yazır.
Bir gün köhnə şəkilə baxıb susur, sonra həmin susqunluq yazıya çevrilir.
Kitabın mənəvi açarlarından biri də “Yazmasam olmur” düşüncəsidir. Bu, yazıçılığın ən həqiqi səbəblərindən biridir. Yazmaq şöhrət üçün olanda söz bəzən süni görünür. Amma yazmaq insanın daxilindəki ağırlığı azaltmaq üçün olanda söz başqa cür doğulur. Əkbər müəllim üçün yazmaq həm də yaşamaq üsuludur. Çünki onun yaddaşında çoxlu insan, çoxlu hadisə, çoxlu itki, çoxlu yarımçıq arzu var… Bunların hamısını susdurmaq mümkün deyil.
Müəllifin şeir və poemalarında Qarabağ dərdi, şəhidlər, Vətən həsrəti və qələbəyə inamın biri-birinə bağlandığı məqamlar da xüsusi diqqət çəkir. Deməli, yazmaq onun üçün yalnız ədəbi fəaliyyət deyil, onun mənəvi müqavimətidir.
Kitabın dördüncü bölməsinin “UNUTMA” adlandırılması təsadüfi deyil. Əslində, bütün kitabı iki sözlə ifadə etmək lazım gəlsəydi, mən bu iki sözü seçərdim: Xatırla. Unutma.
Xatirə keçmişi qoruyur. “Unutma” isə gələcəyi qorumağa çalışır.
Müəllifin aforizmlərdən ibarət bu bölümündə gələcək nəsilə müraciət etdiyi və baş verənlərin unudulmamasını istədiyi qeyd olunur. Bu, kitabın ən ciddi ictimai funksiyalarından biridir. Çünki xalqın faciələri yalnız ağlamaq üçün xatırlanmamalıdır. Onlardan nəticə çıxarmaq üçün xatırlanmalıdır. Əgər tarix yalnız yas mərasiminə çevrilirsə, tarix öz funksiyasını itirir. Tarix həm də dərsdir. Şəhidin ölümü yalnız kədər deyil. O ölümün arxasında bir sual da dayanır: niyə?
Və ikinci sual: bir daha olmasın deyə nə etməliyik?
“UNUTMA” bölümü məhz bu ikinci suala gedən yoldur.
Hacı Əkbər Rüstəmovun şəxsiyyətini yalnız bir sözlə ifadə etmək çətindir.
O, müəllimdir, idmançıdır, döyüşçüdür, komandirdir, atadır, şəhid atasıdır, publisistdir, xatirəçidir. Amma bu adların arasında bir ümumi cəhət var: insan yetişdirmək!
Müəllim kimi gənc yetişdirib. Döyüşçü kimi Vətəni qoruyub. Ata kimi övlad böyüdüb. Yazar kimi yaddaş yetişdirir. Bu baxımdan onun kitabının ən mühüm oxucuları gənclər ola bilər. Çünki yaşlı nəsil Qarabağı yaşayıb. Gənc nəsil isə Qarabağı daha çox tarixdən, şəkildən, filmdən, kitabdan tanıyır.
Tarixi yaşamayan nəsilə tarixi çatdırmağın ən təsirli yolu isə insan talelərindən keçir. Bir xəritə göstərmək başqa şeydir. Bir insanın o xəritədə doğulduğunu, böyüdüyünü, döyüşdüyünü və orada dostunu itirdiyini oxumaq tamam başqa.
Maraqlıdır, kitabın əsas qəhrəmanını yalnız Hacı Əkbər Rüstəmov hesab etmək doğru olarmı? Məncə, yox. Əsas qəhrəman YADDAŞdır.
Əkbər Rüstəmov müəllifdir. Amma YADDAŞ kitabın qəhrəmanıdır. Çünki kitabda müəllif özü də zaman-zaman öz yaddaşının arxasınca gedir.
Bir insanı xatırlayır. Bir hadisəni yada salır.
Bir yeri xatırlayır. Bir səngərə qayıdır.
Bir dostla yenidən görüşür. Bir şəhidin adını çəkir.
Bir şəkilə baxır. Və bütün bunların içindən öz həyatını yenidən yaşayır.
Bu səbəbdən kitabın adı çox dəqiq seçilib: “Xatirələr yaşadır məni”.
Adı dəyişsəydi, kitabın fəlsəfəsi də bir qədər dəyişərdi. “Xatirələrimi yazdım” desəydi, sadəcə, müəllifin gördüklərindən danışmış olardıq. Amma “Xatirələr yaşadır məni” deyəndə məsələ dəyişir. Burada müəllif xatirələrin sahibi deyil. Sanki xatirələr onun sahibidir.
Bir neçə kitabın müəllifi Hacı Əkbər Rüstəmovun həyatında Ağdam xüsusi yer tutur. Bu şəhər onun üçün təkcə doğma məkan deyil, həyatının ən böyük hadisələrinin səhnəsidir. Ağdamın adı çəkiləndə burada təkcə bir şəhər xatırlanmır. Bir dövr, bir həyat tərzi, insanların biri-birinə münasibəti, evlər, məktəblər, idman meydançaları, dostluqlar, səngərlər, itkilər və gözləntilər xatırlanır. Bu mənada kitabın qiymətli tərəflərindən biri də odur ki, müəllif şəxsi yaddaşını kollektiv yaddaşa bağlayır. Bu, ədəbiyyatda və xatirə janrında vacib məsələdir. Çünki insan özündən danışanda yalnız özündən danışmır. Əgər onun taleyi bir dövrün taleyi ilə kəsişirsə, şəxsi xatirə ictimai sənədə çevrilir. “Xatirələr yaşadır məni”ni dəyərli edən əsas xüsusiyyətlərdən biri də budur.
Bu kitabın ən ağır səhifələri mütləq ən çox ağlamaq haqqında olan səhifələr deyil, insanın özünü möhkəm göstərməyə çalışdığı səhifələrdir.
Şəhid atası olmaq yalnız ağlamaq deyil. Şəhid atası olmaq həm də başqalarının yanında dik dayanmaqdır. “Vətən sağ olsun” deməkdir. Amma “Vətən sağ olsun” deyəndə oğlunun yoxluğu yoxa çıxmır. Bu cümlə yalnız ağrının mənasını dəyişir. Əkbər müəllimin həyatında Sənanın şəhidliyi belə bir mənəvi sınaqdır.
Bir tərəfdə ata ürəyi, o biri tərəfdə Vətən.
Və insan bəzən bu ikisini biri-birindən ayıra bilmir. Çünki oğul da Vətənin bir parçasıdır.
Oğulun torpağa verilməsi ilə torpağın azadlığı arasında insanın qəlbində çox ağır bağ yaranır. Kitabın ən böyük emosional enerjisi də buradan gəlir.
“Xatirələr yaşadır məni” təkcə bir kitab deyil, bu, bir adamın keçmişinə qayıdışı kimi başlayır, amma oxuduqca məlum olur ki, müəllif əslində öz keçmişinə yox, xalqının yaddaşına qayıdır. Orada özünü tapır.
Orada Sənanı tapır.
Orada dostlarını tapır.
Orada Ağdamı tapır.
Orada itirilmiş günləri tapır. Və ən nəhayət, orada özünün niyə yazdığını tapır.
Bu kitabın ən böyük dəyəri bəlkə də ondadır ki, müəllif öz xatirələrini özünə saxlamayıb.
Onları bizə verib. Çünki xatirənin ən böyük mənası paylaşılmaqdır. Bir insanın yaddaşı bir xalqın yaddaşına çevriləndə kitab yaranır. Bir atanın oğul itkisi bir millətin şəhidlik yaddaşına bağlananda tarix yaranır. Bir döyüşçünün gündəliyi gələcək nəsillərə çatanda sənəd yaranır. Bir insan bütün bunları ürəyindən keçirib sözə çevirəndə isə ədəbiyyat yaranır.
Hacı Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabına bu üç tərəfdən baxmaq mümkündür: şəxsi etiraf, tarixi yaddaş və milli məsuliyyət.
Kitabın əsas mesajı isə çox sadədir: unutmaq olmaz! Çünki unudulan insan ikinci dəfə ölür. Unudulan şəhər ikinci dəfə itirilir. Unudulan şəhid ikinci dəfə torpağa tapşırılır. Unudulan tarix isə bir gün yenidən qarşımıza çıxır. Ona görə Əkbər müəllim yazır, xatırlayır və susmur. Və bəlkə də kitabın adındakı “məni” sözünün arxasında əslində daha böyük bir “biz” dayanır.
Xatirələr onu yaşadır. Amma onun yazdığı xatirələr bizi də yaşadır. Çünki yaddaşını itirən insan necə özünü itirirsə, yaddaşını itirən xalq da özünü itirir.
Hacı Əkbər Rüstəmovun kitabı bu mənada keçmişə açılan pəncərə yox, gələcəyə qoyulan bir işarədir. Pəncərədən keçmiş görünür. İşarə isə gələcəyi göstərir. Və o işarənin adı birdir: UNUTMA!..
Daşdəmir ƏJDƏROĞLU
Bakı-Naftalan-Bakı

DƏRSDƏN SƏNGƏRƏ GEDƏN YOL
bəzən bir neçə kilometr olmur. Bəzən bir xalqın taleyi qədər uzun olur. Əkbər müəllimin həyatında da belə olub. Müəllim əlində qələmlə başlayıb, sonra həmin qələmin yanına silah gəlib. Amma maraqlıdır ki, silah qələmi susdurmayıb. Əksinə, qələm daha çox danışmağa başlayıb.
BİR ƏLİNDƏ SİLAH, BİR ƏLİNDƏ QƏLƏM
Bu kitabın ən diqqətçəkən tərəflərindən biri müəllifin döyüşçü ilə yazarı eyni adamda birləşdirməsidir.
Döyüşən adam hadisəni yaşayır. Yazan adam isə həmin hadisənin yaddaşını qoruyur. Əkbər müəllim bu iki funksiyanı bir yerdə daşıyıb. O, müharibənin ilk günlərindən gündəlik yazıb, döyüşçülərin, əsgərlərin və komandirlərin həyatını qələmə alıb.
Bu, sadəcə yazıçılıq işi deyil, tarix qarşısında şahidlikdir. Çünki müharibə haqqında sonradan çox adam danışa bilər. Amma səngərdə olmuş adamın gördüyü canlı hadisə ilə müharibə haqqında kitabxanada oturub yazılan yüz kitab arasında fərq var: birində həyatın nəfəsi var, o birində isə məlumat.
Əkbər müəllimin yazılarının əhəmiyyəti də buradadır: o, müharibəni uzaqdan müşahidə etməyib, hadisələrin içində olub. Ona görə kitabın bəzi səhifələrində müəllifdən çox şahid danışır. Şahid isə həmişə yazıçıdan ağır danışır. Çünki şahidin sözünün arxasında məsuliyyət dayanır.
Sənan adı kitabın içində niyə belə ağır səslənir?
Bu kitab haqqında danışarkən Sənan adını kənarda saxlamaq mümkünsüzdür. Sənan yalnız müəllifin oğlu deyil, bu kitabın içində bir ata yarasıdır.
Əkbər müəllimin sğhbətlərinə görə, o, üç oğlu ilə birlikdə Qarabağ döyüşlərində iştirak edib və oğullarından Sənan şəhid olub. Sənanın ermənilər tərəfindən vurulan təyyarənin pilotlarını xilas etməyə çalışarkən şəhid olduğunu qeyd edib. Bu faktı bir cümlə ilə yazmaq asandır. Ancaq bir atanın oğlunu itirməsini bir cümləyə sığışdırmaq mümkün deyil.
Şəhid haqqında yazmaq asandır. Şəhidin atasının içində qalan səssizliyi yazmaq çətindir. Çünki şəhidlik xalq üçün uca bir zirvədir, ata üçün isə həmin zirvənin altında heç vaxt sağalmayan bir boşluq var. Burada böyük bir paradoks yaranır. Ata həm fəxr edir, həm yanır. Həm başını dik tutur, həm içində çökür. Həm “oğlum Vətən üçün öldü” deyir, həm də gecələr həmin oğulun səsini xatırlayır.
İnsan qəlbinin ən ağır həqiqətlərindən biri budur: qürur ağrını öldürmür, sadəcə, ağrıya xüsusi məna verir.
Sənanın taleyi kitabın yalnız bir hissəsi deyil, mənəvi oxlarından biridir. Onun adı ilə müəllifin ata kimliyi, döyüşçü kimliyi, vətəndaş kimliyi bir nöqtədə kəsişir.
QARABAĞ BURADA COĞRAFİYA DEYİL
Bu kitabda Qarabağ xəritədə göstərilən ərazi yox, bir yaddaşdır. Ağdam bir şəhərdən artıqdır. Kənd adları təkcə coğrafi ünvan deyil. Hər yerin adı müəllifin yaddaşında bir hadisə, bir insan, bir səngər, bir itki, bir ümid daşıyır. Əkbər müəllim hadisələri xronoloji ardıcıllıqla verir və yer adlarını həssaslıqla işlədərək oxucuya Qarabağın coğrafiyasını da tanıdır. Bu mənada kitabın digər xüsusiyyəti də ondan ibarətdir ki, o, Qarabağın yalnız harada olduğunu yox, nə olduğunu göstərməyə çalışır.
Qarabağ adamın doğulduğu yer ola bilər. Amma Qarabağ eyni zamanda adamın içində daşıdığı yerdir. Ona görə də yurdunu itirən adam yalnız evini itirmir. O, səhərlər açdığı pəncərəni, həyətini, qonşusunun səsini, uşaqlıq küçəsini, atasının basdığı torpağı və ən əsası, keçmişinin bir hissəsini itirir. Əkbər Rüstəmov isə yazmaqla həmin keçmişi geri qaytarmağa çalışır. Heç olmasa sözün içində.
“ƏSGƏR XATİRƏLƏRİ”: ADLARIN ARXASINDAKI İNSANLAR
Kitabın mühüm hissələrindən biri “Əsgər xatirələri”dir. Müəllif burada döyüşçülərin, komandirlərin və əsgərlərin portretlərini yaradır, onların hər birini yaddaşdan silinməyə qoymamağa çalışır. Bu yanaşma kitabın humanist tərəfini gücləndirir. Çünki müharibə tarix kitablarında bəzən rəqəmlərə çevrilir.
Neçə nəfər döyüşdü?
Neçə nəfər yaralandı?
Neçə nəfər şəhid oldu?
Neçə kənd işğal edildi?
Neçə rayon itirildi?
Amma rəqəmlərin bir çatışmazlığı var: onların üzü yoxdur.
Ad isə üz deməkdir. Əkbər müəllim insanlara ad verir. Adı olan insanın isə həyatı görünür. Ona görə kitabda döyüşçünün portretini yaratmaq, əslində, onun həyatını ölümün içindən çıxarıb yaddaşa qaytarmaqdır. Bir adam öləndə onun haqqında danışılmırsa, ikinci dəfə ölür. Kitab bu ikinci ölümə qarşı yazılıb.
ŞİRİN MİRZƏYEV VƏ KOMANDİR YADDAŞI
Kitabın diqqət çəkən tərəflərindən biri də müəllifin döyüş yoldaşları və komandirlər haqqında xatirələridir. Məsələn, kitabdan Şirin Mirzəyevlə bağlı xatirələr sonradan ayrıca yazılarda da təqdim olunub. Bir mənbədə Hacı Əkbər Rüstəmovun Şirin Mirzəyevi sakit görünüşlü, lakin daxilən daim narahat olan, torpağın müdafiəsini və milli ideyanı ön plana çəkən komandir kimi xatırladığı göstərilir. Burada maraqlı bir məsələ var. Komandiri yalnız rəsmi bioqrafiyası ilə tanımaq başqa şeydir, onunla eyni səngərdə olmuş adamın yaddaşından tanımaq tamam başqa.
Tarixi sənəd deyir: O kim idi?
Xatirə isə soruşur: O necə insan idi?
Ədəbiyyatın üstünlüyü də bəzən elə budur. Sənə yalnız faktı vermir. Faktın arxasındakı insanı göstərir.
KİTABIN DİLİ: BƏZƏN SADƏLİK ƏN BÖYÜK ƏDƏBİ VASİTƏDİR
“Xatirələr yaşadır məni”nin başqa bir üstünlüyü onun materialının həyatın özündən gəlməsidir. Belə kitablarda həddindən artıq bəzəkli dil bəzən hadisənin özünə mane olur. Müharibənin ağrısını göstərmək üçün mütləq böyük sözlər lazım deyil. Bəzən “o gəlmədi” cümləsi “o qəhrəmancasına şəhid oldu” cümləsindən daha ağır səslənir. Çünki birincidə boşluq var.
Əkbər müəllimin yazılarında da əsas təsir mənbəyi hadisənin özüdür. Bu baxımdan onun yazılarını klassik mənada yalnız ədəbi mətn kimi yox, xatirə, sənəd, publisistika və şəxsi etirafın kəsişdiyi mətnlər kimi oxumaq daha doğru olar.
Kitabın içində şeir də var, poema da, publisistik yazı da, esse xarakterli düşüncələr də, gündəlik notları da. Bu janr müxtəlifliyi ilk baxışda kitabı dağınıq göstərə bilər. Amma başqa tərəfdən bu dağınıqlığın özündə həyatın təbiəti var. Həyatın özü də roman kimi səliqəli deyil.
Adam bir gün müəllim olur, bir gün ata.
Bir gün komandir, bir gün şəhid atasına çevrilir.
Bir gün jurnalistə danışır, bir gün xatirə yazır.
Bir gün köhnə şəkilə baxıb susur, sonra həmin susqunluq yazıya çevrilir.
“YAZMASAM OLMUR”
Kitabın mənəvi açarlarından biri də “Yazmasam olmur” düşüncəsidir. Bu, yazıçılığın ən həqiqi səbəblərindən biridir. Yazmaq şöhrət üçün olanda söz bəzən süni görünür. Amma yazmaq insanın daxilindəki ağırlığı azaltmaq üçün olanda söz başqa cür doğulur. Əkbər müəllim üçün yazmaq həm də yaşamaq üsuludur. Çünki onun yaddaşında çoxlu insan, çoxlu hadisə, çoxlu itki, çoxlu yarımçıq arzu var… Bunların hamısını susdurmaq mümkün deyil.
Müəllifin şeir və poemalarında Qarabağ dərdi, şəhidlər, Vətən həsrəti və qələbəyə inamın biri-birinə bağlandığı məqamlar da xüsusi diqqət çəkir. Deməli, yazmaq onun üçün yalnız ədəbi fəaliyyət deyil, onun mənəvi müqavimətidir.
“UNUTMA” — KİTABIN ƏN SƏRT SÖZÜ
Kitabın dördüncü bölməsinin “UNUTMA” adlandırılması təsadüfi deyil. Əslində, bütün kitabı iki sözlə ifadə etmək lazım gəlsəydi, mən bu iki sözü seçərdim: Xatırla. Unutma.
Xatirə keçmişi qoruyur. “Unutma” isə gələcəyi qorumağa çalışır.
Müəllifin aforizmlərdən ibarət bu bölümündə gələcək nəsilə müraciət etdiyi və baş verənlərin unudulmamasını istədiyi qeyd olunur. Bu, kitabın ən ciddi ictimai funksiyalarından biridir. Çünki xalqın faciələri yalnız ağlamaq üçün xatırlanmamalıdır. Onlardan nəticə çıxarmaq üçün xatırlanmalıdır. Əgər tarix yalnız yas mərasiminə çevrilirsə, tarix öz funksiyasını itirir. Tarix həm də dərsdir. Şəhidin ölümü yalnız kədər deyil. O ölümün arxasında bir sual da dayanır: niyə?
Və ikinci sual: bir daha olmasın deyə nə etməliyik?
“UNUTMA” bölümü məhz bu ikinci suala gedən yoldur.
ATA, MÜƏLLİM, KOMANDİR, YAZIÇI
Hacı Əkbər Rüstəmovun şəxsiyyətini yalnız bir sözlə ifadə etmək çətindir.
O, müəllimdir, idmançıdır, döyüşçüdür, komandirdir, atadır, şəhid atasıdır, publisistdir, xatirəçidir. Amma bu adların arasında bir ümumi cəhət var: insan yetişdirmək!
Müəllim kimi gənc yetişdirib. Döyüşçü kimi Vətəni qoruyub. Ata kimi övlad böyüdüb. Yazar kimi yaddaş yetişdirir. Bu baxımdan onun kitabının ən mühüm oxucuları gənclər ola bilər. Çünki yaşlı nəsil Qarabağı yaşayıb. Gənc nəsil isə Qarabağı daha çox tarixdən, şəkildən, filmdən, kitabdan tanıyır.
Tarixi yaşamayan nəsilə tarixi çatdırmağın ən təsirli yolu isə insan talelərindən keçir. Bir xəritə göstərmək başqa şeydir. Bir insanın o xəritədə doğulduğunu, böyüdüyünü, döyüşdüyünü və orada dostunu itirdiyini oxumaq tamam başqa.
BU KİTABIN ƏSAS QƏHRƏMANI KİMDİR?
Maraqlıdır, kitabın əsas qəhrəmanını yalnız Hacı Əkbər Rüstəmov hesab etmək doğru olarmı? Məncə, yox. Əsas qəhrəman YADDAŞdır.
Əkbər Rüstəmov müəllifdir. Amma YADDAŞ kitabın qəhrəmanıdır. Çünki kitabda müəllif özü də zaman-zaman öz yaddaşının arxasınca gedir.
Bir insanı xatırlayır. Bir hadisəni yada salır.
Bir yeri xatırlayır. Bir səngərə qayıdır.
Bir dostla yenidən görüşür. Bir şəhidin adını çəkir.
Bir şəkilə baxır. Və bütün bunların içindən öz həyatını yenidən yaşayır.
Bu səbəbdən kitabın adı çox dəqiq seçilib: “Xatirələr yaşadır məni”.
Adı dəyişsəydi, kitabın fəlsəfəsi də bir qədər dəyişərdi. “Xatirələrimi yazdım” desəydi, sadəcə, müəllifin gördüklərindən danışmış olardıq. Amma “Xatirələr yaşadır məni” deyəndə məsələ dəyişir. Burada müəllif xatirələrin sahibi deyil. Sanki xatirələr onun sahibidir.
AĞDAMDAN BAŞLAYAN BÖYÜK YADDAŞ
Bir neçə kitabın müəllifi Hacı Əkbər Rüstəmovun həyatında Ağdam xüsusi yer tutur. Bu şəhər onun üçün təkcə doğma məkan deyil, həyatının ən böyük hadisələrinin səhnəsidir. Ağdamın adı çəkiləndə burada təkcə bir şəhər xatırlanmır. Bir dövr, bir həyat tərzi, insanların biri-birinə münasibəti, evlər, məktəblər, idman meydançaları, dostluqlar, səngərlər, itkilər və gözləntilər xatırlanır. Bu mənada kitabın qiymətli tərəflərindən biri də odur ki, müəllif şəxsi yaddaşını kollektiv yaddaşa bağlayır. Bu, ədəbiyyatda və xatirə janrında vacib məsələdir. Çünki insan özündən danışanda yalnız özündən danışmır. Əgər onun taleyi bir dövrün taleyi ilə kəsişirsə, şəxsi xatirə ictimai sənədə çevrilir. “Xatirələr yaşadır məni”ni dəyərli edən əsas xüsusiyyətlərdən biri də budur.
KİTABIN EMOSİONAL AĞIRLIĞI
Bu kitabın ən ağır səhifələri mütləq ən çox ağlamaq haqqında olan səhifələr deyil, insanın özünü möhkəm göstərməyə çalışdığı səhifələrdir.
Şəhid atası olmaq yalnız ağlamaq deyil. Şəhid atası olmaq həm də başqalarının yanında dik dayanmaqdır. “Vətən sağ olsun” deməkdir. Amma “Vətən sağ olsun” deyəndə oğlunun yoxluğu yoxa çıxmır. Bu cümlə yalnız ağrının mənasını dəyişir. Əkbər müəllimin həyatında Sənanın şəhidliyi belə bir mənəvi sınaqdır.
Bir tərəfdə ata ürəyi, o biri tərəfdə Vətən.
Və insan bəzən bu ikisini biri-birindən ayıra bilmir. Çünki oğul da Vətənin bir parçasıdır.
Oğulun torpağa verilməsi ilə torpağın azadlığı arasında insanın qəlbində çox ağır bağ yaranır. Kitabın ən böyük emosional enerjisi də buradan gəlir.
YAŞADAN XATİRƏ, QORUYAN SÖZ
“Xatirələr yaşadır məni” təkcə bir kitab deyil, bu, bir adamın keçmişinə qayıdışı kimi başlayır, amma oxuduqca məlum olur ki, müəllif əslində öz keçmişinə yox, xalqının yaddaşına qayıdır. Orada özünü tapır.
Orada Sənanı tapır.
Orada dostlarını tapır.
Orada Ağdamı tapır.
Orada itirilmiş günləri tapır. Və ən nəhayət, orada özünün niyə yazdığını tapır.
Bu kitabın ən böyük dəyəri bəlkə də ondadır ki, müəllif öz xatirələrini özünə saxlamayıb.
Onları bizə verib. Çünki xatirənin ən böyük mənası paylaşılmaqdır. Bir insanın yaddaşı bir xalqın yaddaşına çevriləndə kitab yaranır. Bir atanın oğul itkisi bir millətin şəhidlik yaddaşına bağlananda tarix yaranır. Bir döyüşçünün gündəliyi gələcək nəsillərə çatanda sənəd yaranır. Bir insan bütün bunları ürəyindən keçirib sözə çevirəndə isə ədəbiyyat yaranır.
Hacı Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabına bu üç tərəfdən baxmaq mümkündür: şəxsi etiraf, tarixi yaddaş və milli məsuliyyət.
Kitabın əsas mesajı isə çox sadədir: unutmaq olmaz! Çünki unudulan insan ikinci dəfə ölür. Unudulan şəhər ikinci dəfə itirilir. Unudulan şəhid ikinci dəfə torpağa tapşırılır. Unudulan tarix isə bir gün yenidən qarşımıza çıxır. Ona görə Əkbər müəllim yazır, xatırlayır və susmur. Və bəlkə də kitabın adındakı “məni” sözünün arxasında əslində daha böyük bir “biz” dayanır.
Xatirələr onu yaşadır. Amma onun yazdığı xatirələr bizi də yaşadır. Çünki yaddaşını itirən insan necə özünü itirirsə, yaddaşını itirən xalq da özünü itirir.
Hacı Əkbər Rüstəmovun kitabı bu mənada keçmişə açılan pəncərə yox, gələcəyə qoyulan bir işarədir. Pəncərədən keçmiş görünür. İşarə isə gələcəyi göstərir. Və o işarənin adı birdir: UNUTMA!..

Bakı-Naftalan-Bakı
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay