Turaztv.az » Xəbərlər » QIZBƏS QƏBƏLƏ : OXU,ELNARƏ - ANA MUĞAMI - FOTO
Xəbərlər

QIZBƏS QƏBƏLƏ : OXU,ELNARƏ - ANA MUĞAMI - FOTO

15.09.2026, 00:32 5

(Anamı düşünərkən qəfildən Elnarə Abdullayevanın “Ana muğamı” çıxdı qarşıma)

QIZBƏS QƏBƏLƏ : OXU,ELNARƏ - ANA MUĞAMI - FOTO

Nə bildin, yadıma anam düşübdür,
Qarşıma çıxdın sən bu muğam ilə?
Neçə illər keçib, ay ötüşübdür,
Yenə yada düşür o axşam ilə.

Elə sızlatdın ki, qəlbimin telin,
Qərib bir ney kimi inlədi ürək.
“Ana muğamı”nın, Segah, Zabulun,
Həsrət nisgilinə dözəsən gərək.

İnsanı varından yox eyləyirsən.
Bilmirəm, nə qüdrət var ki, səsində.
Sən bir möcüzəsən, ya da ki, sirsən,
Batırıq səsinin dərinliyində.

Oxu, Elnarəcan, oxu, dayanma,
Xəyallar içində dinləyim səni.
Bizi yandırsan da, sən özün yanma,
Bu gün sən özümdən almısan məni.

Oxşar xəbərlər