...Çalış adın gələndə, rəhmət oxunsun sənə,
Dünyada səndən qalan axırda bir ad olur...

Məhəmmədhüseyn Şəhriyar


Ayrılıq əbədiyyətdir, sonsuzluqdur. Bir gözəl insan da bu dünyadan köç etdi. Mejdun Sultanlı sonsuzluğa doğru yol alaraq bu müvəqqəti dünyaya “əlvida” deyib gözlərini yumdu, bizləri tərk edərək haqqın dərgahına (07.09.2026) qovuşdu...
Sultanlı Mejdun Sultan oğlu 1951-ci il dekabrın 12-də Sabirabad şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1969-cu ildə M.Ə. Sabir adına şəhər orta məktəbini bitirmişdir. Azərbaycan Tibb İnstitutunun sanitar-gigiyena fakültəsinə ( indiki Azərbaycan Tibb Universitetinin proflaktiki təbabət və tibbi biologiya fakültəsi) qəbul olmuşdur. Ali məktəbdə təhsil aldığı müddətdə institutun ictimai işlərində fəal iştirak etmişdir. Fakültə həmkarlar komitəsinin sədri, institut həmkarlar komitəsi rəyasət heyətinin üzvü olmuşdur.

Tələbəlik illərində tələbə-inşaat dəstəsində həkim kimi 1973-cü ildə Şuşa şəhərində fəaliyyət göstərmişdir. 26 iyun 1974-cü ildən 26 iyun 1976-cı ilə qədər Azərbaycan LKGİ MK-nın nəzdində respublika tələbə-inşaat dəstəsinin baş sanitar həkimi təyin edilmişdir. 1976-cı ildə institutu yaxşı və əla qiymətlərlə bitirmişdir. Bakıda iş təklif olunmasına baxmayaraq, həmin vaxt rayonda daha çox xeyir verə biləcəyini nəzərə alaraq Sabirabada qayıdıb. 1976-cı ildə Sabirabad rayon Sanitar-Epidemioloji Stansiyasında həkim-epidemioloq kimi əmək fəaliyyətinə başlayıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının qərarına əsasən işgüzarlığı və bacarığı nəzərə alınaraq o, 1980-ci il mayın 13-də Sabirabad SES-in baş dövlət sanitar həkimi təyin edilmişdir. Onu da qeyd edək ki, rayon SES-i o vaxtlar respublikada üçüncü dərəcəli şəhər tipli sanitar-epidemioloji stansiyası sırasında olub. 1989-cu ilin avqustuna kimi SES-in baş həkimi işləyən Mejdun Sultanlı işlədiyi müddət ərzində 1980-ci ildə rayon Sovetinin, iki dəfə isə (1985-1987-ci illərdə) şəhər Sovetinin deputatı seçilib. 1989-cu ilin avqustundan rayon Gigiyena və Epidemiologiya Mərkəzi parazitoloji şöbəsinin müdiri işləyib. Əsl epidemioloq kimi səriştəsi və bacarığı ilə fərqlənib. Harada çalışıbsa, vəzifəsinin öhdəsindən layiqincə gəlib. Onun SES-ə rəhbərlik etdiyi dövrdə malyorogen zonalardan hesab edilən Sabirabadda malyariyanın, eləcə də digər yoluxucu xəstəliklərin qarşısı demək olar ki, tamamilə alınmışdır.
İşlədiyi müddətdə 1979-cu ildə Kazan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda peyvənd işinin təşkili üzrə kurs keçmiş və əla qiymətləndirilmişdir. Baş həkim işlədiyi vaxtda 1981-ci ildə baş həkimlər üçün Ukraynanın paytaxtı Kiyev şəhərində sosial gigiyena və sanitar epidemioloji xidmətinin təşkili üzrə 2 aylıq kurs keçərək əla qiymətləndirilmişdir. 1985-ci ildə Qırmızı əmək bayrağı ordenli Belarus Həkimləri Təkmilləşdirmə İnstitutunda tibb xidmətinin mülki müdafiəsi (GEM baş həkimləri üzrə) kurs keçmiş, əla qiymətlər almışdır. 1989-cu ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda parazitoloji xəstəliklər üzrə 1 aylıq kurs qurtarmışdır. 1996-cı ildə epidemiologiyanın seçilmiş sualları üzrə bir ay yarımlıq kurs keçmişdir. Respublika Səhiyyə Nazirliyinin 29 dekabr 1997-ci ildə həkimlərin attestasiyası barədə əmrə əsasən ali dərəcəli həkim-parazitoloq olmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə 2009-cu il martın 20-dən 21 aprelə qədər Akademik Seçenov adına Moskva Həkimləri Təkmilləşdirmə Akademiyasında malyariyanın aktual problemləri ixtisası üzrə kurs keçmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Qlobal Fondunun dəstəyi ilə 12-14 yanvar 2010-cu ildə keçirilən epidemiologiya hazırlığı cavablandırılması konfransında treninqdə iştirak etmişdir və sertifikat almışdır. Bakı şəhərində Ümumdünya Səhiyyə təşkilatının Avropa Regional Bürosu tərəfindən təşkil olunmuş 10-21 iyun 2013-cü ildə kurs keçərək Ümumdünya Səhiyyə Təşkilatının sertifikatını almışdır. 12 dekabr 2011-ci ildə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov tərəfindən Sabirabad rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-parazitoloqu Mejdun Sultanlıya səhiyyə sistemində uzun illər səmərəli fəaliyyəti və 60 illik yubileyi ilə əlaqədar təşəkkür elan edilmişdir. 23 yanvar 2013-cü ildə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində epidemiologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. 21 iyun 2018-ci ildə sertifikatın müddəti daha beş il artırılmışdır. Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə 23-25 fevral 2015-ci ildə Gürcüstanın Batumi şəhərində malyariyanın təkrar baş qaldırmasının qarşısını almaq məqsədilə keçirilən seminarda sertifikat almışdır. 2017-ci ildə Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində biogermitlərin yayılmasının qarşısını alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının seminarında olub, sertifikat almışdır. O, eyni zamanda fəal ictimaiyyətçi kimi də tanınırdı. 63 saylı Sabirabad birinci Seçki Dairəsinin dairə seçki komissiyasının üzvü olmuşdur. Onun haqqında respublikanın bir sıra mətbu orqanlarında yazılar verilmişdir. Mejdun Sultanlı işlədiyi illərdə dəfələrlə Fəxri Fərmanlar və digər mükafatlar almışdır.
Hələ orta məktəbdə oxuyarkən müəllimləri onun gələcəkdə seçilən bir ziyalı olacağına daim ümid bəsləmişlər. O da həmişə çalışıb ki, müəllimlərinin bu inamını doğrultsun. Ümumiyyətlə, onunla vaxtilə bir sinifdə oxuyan şagirdlərin demək olar, hamısı ali təhsil almış, cəmiyyətdə yüksək mövqe tutmuşlar.
Məsləki və amalı millətinə xidmət etmək üstündə köklənən, elinə, obasına sonsuz sevgilərlə bağlanan Mejdun Sultanlı özünün fərasəti, əməksevərliyi, işə məsuliyyətlə yanaşması sayəsində seçilən və sevilən ziyalı səviyyəsinə yüksəlmişdir.
Bu xüsusiyyət ona atasından keçmişdir. Halal zəhməti, yüksək intellektual səviyyəsi ilə seçilən mərhum atası öz dövrünün çox hörmətli, sayılıb-seçilən insanlarından olmuşdur. Anası Zəkiyyə xanım da atası kimi müəllim olmuşdur.
Allah hər ikisinə rəhmət eləsin.
Mejdun Sultanlı sadə, təvazökar, mehriban, qayğıkeş, qonaqpərvər olmaqla yanaşı, eyni zamanda mənəvi dünyası bütün varlığı ilə ailəyə, qohuma, dost-tanışa, qonum-qonşuya, el-obaya, işlədiyi kollektivə, sözün geniş mənasında xalqa, Vətənə bağlı şəxsiyyət idi. Bunu onun yaxınları, dost-tanışları, iş yoldaşları deyirlər.
Mejdun Sultanlı eyni zamanda zəngin dünyagörüşünə malik bir insan idi. Mütaliəni çox sevir, daim yeniliklərlə maraqlanırdı. Tarixdən tarixçi kimi, ədəbiyyatdan ədəbiyyatçı kimi danışır, həmişə də fikrini elmi faktlarla əsaslandırırdı. Mejdun Sultanlı poeziya vurğunu idi və özü də arabir ilhama gəlib şeirlər yazırdı. Bir kitab müəllifi idi. Bədii əsərləri kitab-almanaxlarda, qəzet və jurnallarda işıq üzü görmüşdür.
Mejdun Sultanlı həyat yoldaşı Tükəzban xanımla bir kollektivdə çalışmışlar. Tükəzban xanım da haqq dünyasındadır. Allah rəhmət eləsin, qəbri nurla dolsun. Mejdun Sultanlının dörd övladı vardır. Övladlarının hamısı layiqli vətəndaş kimi yetişmişdir. İkisi həkimdir. Bir qızı Pedaqoji İnstitutu, oğlu isə Politexnik İnstitutunu qurtarıb. O, övladlarına, nəvələrinə qarşı mehriban, qayğıkeş, səmimiydi. Həm də duz-çörəyin qədrini bilən insan idi. Onun süfrəsində olan işıq, nur çeşməsi qarşısındakı adama xoş təbəssüm bəxş edirdi...
Sən səni tanıyanların qəlbində həmişəlik yaşayacaqsan...
Allah rəhmət eləsin, qəbri nurla dolsun. Yeri behişt olsun! Nur içində uyusun!
BİR GÖZƏL İNSAN DA BU DÜNYADAN KÖÇDÜ...
Elçin NƏSİB

Son xəbərlər

QIZBƏS QƏBƏLƏ : OXU,ELNARƏ - ANA MUĞAMI - FOTO

BƏXTİYAR ƏMİRASLANOV – MƏZARSIZ QƏHRƏMANIN ŞƏRƏFLİ ÖMÜR YOLU

Hacıməmməd Məmmədov : Tərifdən uca duran insan - Sərkar Mərdanov-73

Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama

Ayda nəhəng yaşayış məntəqəsi qurulacaq: Evlər belə olacaq

Süni intellektin böyük təhlükəsi: 10 il ərzində insanlıq məhv ola bilər

Azərbaycanda əməyin təhlükəsizliyi üzrə yeni dövət standartları qəbul edildi

Bir neçə gün yatmamaq ölümə səbəb ola bilər - Həkimdən dəhşətli xəbərdarlıq

Bir bahar gecəsi.

BİR GÖZƏL İNSAN DA BU DÜNYADAN KÖÇDÜ...

Sizi sevən bütün ürəklərin sevgisi daim Sizinlə olsun - FOTO

Tələbəlik illərindən başlayan ömür yolu

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Nazir: Təhsilin keyfiyyəti aşağı olan kənd məktəblərinin bağlanması məsələsinə baxılır

Şeyxülislam: İslamdaxili dialoq olduqca aktual və zəruridir

KİV: Rusiyanın 51-ci ordusunun komandanı Sergey Milçakov öldürülüb

Azərbaycanın AİB ilə əməkdaşlığı üzrə 5,6 mlrd. dollarlıq maliyyələşmə həyata keçirilib

ÖMRÜN İŞIQLI TƏRƏFİ

“XATİRƏLƏR YAŞADIR MƏNİ” – YADDAŞIN, AĞRININ VƏ VƏTƏN BORCUNUN KİTABI

İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

"Bilik günü" Azərbaycanda 34 dərəcə isti olacaq

MM cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokolu təsdiqləyəcək

İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb

Allahşükür Paşazadə: Qarabağda bərpa-quruculuq işlərində TDT-yə üzv dövlətlər dəstəklərini əsirgəməyiblər

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930