Xəbərlər
26.08.2026, 21:38
Professor və gənc pedaqoqun yanlış və düzgün tərbiyə problemlərinə dair kitabı nəşr olunmuşdur.
Pedaqoji elmər doktoru, Əməkdar müəllim, prof. Rüfət Hüseynzadə və gənc pedaqoq-müəllim, şəxsi inkişaf mütəxəssisi Muxtar Muradovun “Füyüzat” nəşriyyatı tərəfindən yeni nəşr edilmiş kitabı “ Övladınızı yanlış tərbiyə edirsiniz” adlanır. Bu kitabın redaktoru ADPU-nun Ümumi Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Fəridə Xudiyeva, rəyçiləri isə SDU- nun Pedaqogika və Psixologiya kafedrasının müdiri dos.Aytəkin Məmmədova və ADU - nun Psixologiya və Pedaqogika kafedrasının müdiri, dos. İranə Məmmədlidir.
Kitab klassik alman pedaqoqu K.Q.Salzmanın övlad tərbiyəsinə dair yazdığı kiçik hekayələrdən ibarətdir ki, bu hekayələr bir çox dünya dillərinə tərcümə edilmişdir. Kitabın ana dilimizə tərcüməsi ilk dəfədir və bu dəyərli pedaqoji əsərə müəlliflər pedaqoji şərhlər və izahlar yazmış, yanlış tərbiyənin səbəbləri araşdırılmış, təhlil edilmiş və düzgün tərbiyə yolları göstərilmişdir.
Müəlliflər Salzmanın əsas ideyalarını müasir oxucu üçün daha anlaşıqlı etmək, klassik pedaqoji fikir ilə müasir tərbiyə anlayışı arasında əlaqə qurmaq, oxucunu mövzu üzərində daha dərindən düşünməyə sövq etmək və tərbiyə işində yanlışlıqların səbəb və nəticələrini göstərməyə səy göstərmişlər. Kitabın maraqlı cəhətlərindən biri budur ki, tərbiyə prosesindəki problemlər həm nəzəri, həm də praktik müstəvidə izah edilir. Oxucu əvvəlcə müxtəlif yanlış tərbiyə nümunələri və onların nəticələri ilə hekayələr vasitəsilə tanış olur, daha sonra isə həmin davranışların niyə yanlış olduğu və onların əvəzinə hansı yanaşmaların tətbiq edilməsinin daha məqsədəuyğun olduğu barədə elmi cəhətdən əsaslandırılmış izahlarla qarşılaşır. Bu yanaşma kitabı həm oxunaqlı, həm maraqlı və həm də praktik baxımdan faydalı edir.
Kitabda əvvəlcə müəlliflərin ön sözü, sonra alman pedaqoqu Salzmanın bir neçə dəfə təkrar nəşr edilmiş kitablarına ön sözü, daha sonra isə kitabın çox diqqətçəkici bölmələri - “Uşağı yalançı etməyin yolları”, “Uşaqları paxıl etməyin yolları” , “Uşağı acgöz etməyin yolları”, ”Uşaqların gözündən düşməyin yolları”, “Uşaqların yanında etibarınızı itirməyin yolları”, Uşaqlarda insan sevgisini məhv etməyin yolları”, “Uşaqları inadkar etməyin yolları”, “Uşaqları qisasçı etməyin yolları” və s. bu kimi bölmələrə uyğun kiçik hekayələr verilir ki, bu hekayələrdə valideynlərin uşaqlarla ünsiyyət və münasibətində yanlış davranışları göstərilir. Müəliflər isə bu hekayələrə dəyərli şərhlər yazmış, tərbiyə işində yol verilən yanlışlıqları göstərmiş və düzgün tərbiyə yollarını göstərmişlər.
Salzmanın bu kitabı Almaniyada klassik pedaqogikanın əsas əsərlərindən olaraq, bu gün də pedaqogika tarixi dərslərində öyrənilən mühüm mənbələrdən biri sayılır.
Bu əsərdə klassik alman pedaqoji irsi ilə müasir Azərbaycan pedaqoji düşüncəsi sintez edilir. Təcrübəli professor Rüfət Hüseynzadənin uzun illər ərzində formalaşmış pedaqoji təcrübəsi ilə gənc pedaqoq Muxtar Muradovun yanaşmaları bir araya gətirilərək mövzuya həm klassik, həm də müasir baxış təqdim edilmişdir.
Kitab ilk növbədə valideynlər, müəllimlər, pedaqoqlar, psixologiya və təhsil sahəsində çalışan mütəxəssislər, eləcə də övlad tərbiyəsi mövzusuna maraq göstərən bütün oxucular üçün nəzərdə tutulmuşdur. Ümid edirik ki, bu kitab oxucular üçün yanlış və düzgün tərbiyə haqqında düşünməyə, mövcud yanaşmaları yenidən nəzərdən keçirməyə və sağlam nəsil yetişdirilməsi istiqamətində faydalı nəticələr əldə etməyə imkan verən dəyərli bir mənbə olacaqdır.
Turaztv.az

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay