
Xəbərlər
7.11.2025, 13:11
QƏŞƏM NƏCƏFZADƏ : Sənli xatirələr çıxır aradan - FOTO

Sənli xatirələr çıxır aradan,
Şəhərin üzünə üz çəkilib, üz...
Şəhər qımıldanır bir anın altdan,
Bir xəyal altında çırpınır dəniz.
Qanımda şəkərim saatdı indi,
Təzyiqim əqrəb tək atılıb düşər..
Gözümün işığı azalıb bir az,
Deməli, saatım axşama işlər.
Ayrıldı toyuna getdiklərimiz,
Silindi xatirən oğul-uşaqnan.
Köhnə şəhərini dəfn elədilər,
Üzünə çəkilən yar-yaraşıqnan.
Tərif elədiyin o Məcnun oğlan,
Bir çölün düzündə atdı yarını.
Ölmüş sevgisini daşıyır insan,
Quşlar da qırılmış qanadlarını.
Əllərim havanı yaralayır bax,
Hava parça-parça qalır havada.
Hardadı əllərin dəymir əlimə?
Səndən bir tikə də qalmayıb burda.
Şəhərin üzünə üz çəkilib, üz...
Şəhər qımıldanır bir anın altdan,
Bir xəyal altında çırpınır dəniz.
Qanımda şəkərim saatdı indi,
Təzyiqim əqrəb tək atılıb düşər..
Gözümün işığı azalıb bir az,
Deməli, saatım axşama işlər.
Ayrıldı toyuna getdiklərimiz,
Silindi xatirən oğul-uşaqnan.
Köhnə şəhərini dəfn elədilər,
Üzünə çəkilən yar-yaraşıqnan.
Tərif elədiyin o Məcnun oğlan,
Bir çölün düzündə atdı yarını.
Ölmüş sevgisini daşıyır insan,
Quşlar da qırılmış qanadlarını.
Əllərim havanı yaralayır bax,
Hava parça-parça qalır havada.
Hardadı əllərin dəymir əlimə?
Səndən bir tikə də qalmayıb burda.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













