Xəbərlər
26.10.2025, 03:52
Yaddaşımda xatirələr - FOTO
ARİF MUSA
Şair-publisist
Şair-publisist
Zaman keçib, dil açacaq
Yaddaşımda xatirələr.
Çiçəklənib gül açacaq
Yaddaşımda xatirələr.
Niyə oldu, nədən oldu?
Gah boşaldı, gah da doldu.
Keçən günlər xəyal oldu,
Yaddaşımda xatirələr.
Unudulan söz qalmadı,
Doğru, əyri, düz qalmadı.
Bilinməyən iz qalmadı,
Yaddaşımda xatirələr.
Bu sevgimiz can alacaq,
Olan onsuz da olacaq.
Arif Musa, bil, qalacaq
Yaddaşımda xatirələr.
Yaddaşımda xatirələr.
Çiçəklənib gül açacaq
Yaddaşımda xatirələr.
Niyə oldu, nədən oldu?
Gah boşaldı, gah da doldu.
Keçən günlər xəyal oldu,
Yaddaşımda xatirələr.
Unudulan söz qalmadı,
Doğru, əyri, düz qalmadı.
Bilinməyən iz qalmadı,
Yaddaşımda xatirələr.
Bu sevgimiz can alacaq,
Olan onsuz da olacaq.
Arif Musa, bil, qalacaq
Yaddaşımda xatirələr.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













