Xəbərlər
21.06.2026, 00:37
HƏSƏNXAN ƏSƏDOV : Xatırlasan özün gəl - FOTO
Ürəyinin soyuğun
Koynək biçdin əynimə.
Yaxasını dar edib,
Yaraşdırdın geymimə.
Düşdüyü çuxurunda
Yenə inam sızlayır
Hirsli, kor düşüncədə
Eşqim inamsızlayır.
Əl izimi əllərin
Unuda bilməyəcək.
Mən tək heç kim könlünü
Ovuda bilməyəcək.
İslanmasa ürəyin
İnamın yağışıyla
Daşıyaram gözyaşın
Üzüyümün qaşıyla.
Baxışları qısılmış,
Kədərli oxumusan?
Üşüyən bulud olub,
İçimə toxunmusan.
Həyat eyni axarmı?
Bir anla sən düzün, gəl...
Mən gəlməyi gözləmə,
Xatırlasan, özün gəl.
19.06.2026
Koynək biçdin əynimə.
Yaxasını dar edib,
Yaraşdırdın geymimə.
Düşdüyü çuxurunda
Yenə inam sızlayır
Hirsli, kor düşüncədə
Eşqim inamsızlayır.
Əl izimi əllərin
Unuda bilməyəcək.
Mən tək heç kim könlünü
Ovuda bilməyəcək.
İslanmasa ürəyin
İnamın yağışıyla
Daşıyaram gözyaşın
Üzüyümün qaşıyla.
Baxışları qısılmış,
Kədərli oxumusan?
Üşüyən bulud olub,
İçimə toxunmusan.
Həyat eyni axarmı?
Bir anla sən düzün, gəl...
Mən gəlməyi gözləmə,
Xatırlasan, özün gəl.
19.06.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













