
Xəbərlər
28.01.2023, 21:02
Həsənxan Əsədov: QARABAĞ (nəğmə) - FOTO
QARABAĞ (nəğmə)
Məğrur dağların yarı,
Şuşa onun vüqarı,
Yurdun cənnət diyarı,
Canım, gözüm Qarabağ,
Şirin sözüm Qarabağ.
Açıldı yolun, izin,
Bəzənib çölün, düzün,
Ağdamın baxan gözün,
Qurban özüm Qarabağ,
Şirin sözüm Qarabağ.
Oxuyanda Cabbarı,
Dinə Bəhrəmin tarı,
Qanad salır quşları,
Bahar, yazım Qarabağ,
Şirin sözüm Qarabağ.
Üzeyir bəstəsisən,
Bülbülün nəfəsisən,
Xanın şikəstəsisən,
Xoş avazım Qarabağ,
Şirin sözüm Qarabağ.
Olub illərdən bəri
Xankəndi ocaq, piri,
Millətin qürur yeri
Tarım, sazım Qarabağ,
Şirin sözüm Qarabağ.
Şuşa onun vüqarı,
Yurdun cənnət diyarı,
Canım, gözüm Qarabağ,
Şirin sözüm Qarabağ.
Açıldı yolun, izin,
Bəzənib çölün, düzün,
Ağdamın baxan gözün,
Qurban özüm Qarabağ,
Şirin sözüm Qarabağ.
Oxuyanda Cabbarı,
Dinə Bəhrəmin tarı,
Qanad salır quşları,
Bahar, yazım Qarabağ,
Şirin sözüm Qarabağ.
Üzeyir bəstəsisən,
Bülbülün nəfəsisən,
Xanın şikəstəsisən,
Xoş avazım Qarabağ,
Şirin sözüm Qarabağ.
Olub illərdən bəri
Xankəndi ocaq, piri,
Millətin qürur yeri
Tarım, sazım Qarabağ,
Şirin sözüm Qarabağ.
27.01.2023
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













