Sənubər Səhər

Dünya fəlakətlər, müharibələr, qırğınlar, qorxu burulğanında. Kainat hədsiz təlatümdə. Aclıqdan, istidən, xəstəlikdən, münaqişələrdən ölənlər son həddə çatıb. Dövrün nəbzi də dəyişir. İnsanları da süni intellekt və robotlar əvəz edir. Varlıların, milyarderlərin yaşam səviyyəsi isə superyüksəliş həddində.
Gözəl məkanların, restoranların sayı günbəgün artır.Qiymətlərin artımı varlını da, yoxsulu da daha da çoxaldır. Artıq cənnət də, cəhənnəm də bu dünyaya köçüb, deyəsən. Bəlkə də elə buradaymış. İnamlar da silkələnir, bəlkə də silkələndirilir. Yaşam qaydaları isə hələ ki, dəyişmir.
İllərlə bizə zərərli olanların indi xeyirli olduğunu sübut etməyə çalışsalar da. Yatırıq, dururuq, nə tapırıq yeyirik, içirik, geyinirik, gəzirik.Xəstəliklərimizə də ya çarə tapırıq, ya da ölürük.Dərdlər, zərbələr, xəbərlər, yaratımlar, dağıntılar qəlbimizin, ağlımızın gücünə tam qalib gələ bilmir.
Düşünürük, çarə axtarırıq, işləyirik... Hələ ki...
Ümid, səbr, dözüm ömür boyu bizi tərk etmir.
Şükür etmək də hər kəsə nəsib olsun. Pisliklərdən qaçmaq da, pisliklə yaxşılığı ayıra bilmək də.
Oxuduqlarımıza, eşitdiklərimizə, gördüklərimizə düzgün qiymət vermək bacarığı necə?
Onu da həyat öyrədir.
Həyatlar da fərqlidir axı. Demək ki, düşüncələrimiz də...
Dünyada baş verənlər kimini ağladır, kimini sevindirir, kimini düşündürür. Həyatımızı ağlımıza, düşüncələrimizə uyğun qura bilməsək də, yaşam qurğusuna xitam verilmir.
Ömrün yaşam qurğusuna bacarıqlarımızı fəda etməkdən başqa çarə yoxdur və bu bacarıqların inkişafını ləngitməməliyik.
Kimə inanaq, nəyə inanaq, nə edək, niyə inanaq suallarına ağıl nə yol göstərəcəksə, o yolla yürüyəcəyik.
Qaça bilən də olur.
Burada da yaranış və yaşam nümunələrinin fərqli obrazları rol oynayır. Bəli, insanlar eyni olmayıb, olmayacaq da, yaşam da, çəkintilər də...
İndi dünyanın sonu gəldiyinə inanaq, yoxsa möhtəşəm dəyişiklik dövrünə?Hər bir təlatümün qurbanlarla müşayiət olunduğunu həyat boyu görmüşük.
Bu dəfə qurbanların pisliklər olacağına ümid edək, arzu edək. Pislik olmadan da həyatı dərk etmək olmur. Əsas odur ki, pislik yaxşılıqdan çox olmasın.
Dünya dağılmasın...
Dünya dağılır, yoxsa biz?





Son xəbərlər

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 6 il ötür

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 35 il ötür

Müstəqil Azərbaycan 35 yaşında!

İran da Məkkə Sazişinə qoşulur?

Bu serial da final edir

Bu məhəllədə hamının soyadı eynidir

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

İNSANLARIN BƏZİLƏRİNƏ NİYƏ İNAM YOXDUR? YAXUD ONLARDA İNAMSIZLIQ HARADAN QAYNAQLANIR?

Atlaz Rzayi : Getmək istəsən - FOTO

AY QARDAŞIM BU GÜN SƏNİN DOĞUM GÜNÜNDÜR... - FOTO

20 dəqiqəyə ölüm hökmü verilən məşhur alim – “Bizim küçələr”

Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma

Hicran Fuad Əhmədlinin "Qapımı döyən səs" adlı şeir kitabının və "Zülmətdən işığa doğru", "Qan qoxu" adlı hekayə kitablarının təqdimat mərasimi keçirildi - FOTOLAR

Pərvanə Zalamlı : Mənə sadiq yol yoldaşı ol ,ömrüm! - FOTO

Günel Bədəlova Federasiyanın vitse-prezidenti seçildi

Ərindən sonra qızını da itirdi - FOTOLAR

Eyni serialda baş rolu oynayacaqlar

AYDIN MEHRƏLİYEV – 80

Qızbəs QƏBƏLƏ : VAĞZALLAR ( Hekayə)

Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031