Xəbərlər
18.10.2026, 01:00
Atlaz Rzayi : Getmək istəsən - FOTO

Getmək istəsən,
Ürəyin seçən yolu tutub gedərsən.
Yaxşı ki, ayrılığı dərd saymayırsan,
Bu son gedişi
Bir qurtum su kimi udub gedərsən.
Köhnə xatirlər kimə gərəkdir?!
Çətir deyil ki, yağış yağanda,
Tutasan başının üstündə onu.
Bir tikə müqəddəs çörək deyil ki,
Öpüb qoyasan
Gözünün, qaşının üstünə onu.
Getmək istəsən,
Çıxıb gedərsən.
Bu gediş dünyanın sonu deyil ki,
Hələ görüləcək işlərimiz var,
Ayrı - ayrı yaşanan
Neçə xeyir - şərimiz var.
Uzağı bir müddət danışacaqlar,
Sonra unudacaq bizi adamlar.
Getmək istəsən
Gir ağuşuna
Öz istəyinin, arzularının,
İnsan ki insanın məhkumu deyil,
Sənin azadlığındır sənin qərarın.
Salyan - 17.10.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



