KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ

Deyirlər ki, bu dünya bir nənnidi, insanlar isə onun içində yırğalanan körpələr. Bu nənnini tərpədən Allah hərdən əlini atıb, göydən bir ovuc ulduz götürür, atır nənniyə. Üstünə ulduz düşənlər dünyanın ən xoşbəxt insanlarıdır. Onların ömür yolu daim nurlu olur, bu ulduzun şölələrindən.
Xanlar Tapdıq oğlu Ağayev də ömür yolunda ulduzlar sayrışan adamlardandır. Öz əməlləri ilə bu gün cəmiyyətdə bir yol açıb – Xanlar Ağayev yolu. Bu yolun yolçusu olmaq üçün onun kimi cəsarətli, təmənnasız, prinsipial, haqqı, ədaləti müdafiə edən insan olasan gərək. Xanlar müəllim kimi yaşayasan, Əli müəllim kimi yaradasan, Əli müəllim kimi işləyəsən.
Hansı sahədə çalışmasından asılı olmayaraq bu prinsipləri özü üçün kredo seçdi, onu tanıyanların hörmətini, hüsn-rəğbətini qazandı Xanlar müəllim. Qapısını döyənləri gülər üzlə qarşıladı, diləyə gələni əliboş qaytarmadı. Bakıda da, Qəbələdə də özünü adamlardan seçmədi, xeyir-şərdən qalmadı.
Xanlar Ağayev başqa dövrün adamıdır.

Onunla “Bilgəh” sanatoriyasında bir neçə il əvvəl tanış olmuşduq. Çörək kəsməmişdik, sadəcə otaqlarımız yanaşı idi. Sanatoriyanın dəhlizilərində rastlaşırdıq. Otaq yoldaşım, dostum Cəmil Zəbhullaoğlu onu şirin söhbətə tutur, arada da zarafatlar da edirdi. Bir sözlə, bizim adam idi. Və bu gün də əlaqələrimiz davam edir, bu gün də deyə bilərəm ki, bizim adamdır.
Onunla söhbət elədikcə sezirdik ki, hər halda dünənin hadisələrinin, münasi-ətlərinin, insanlarının və dəyərlərinin axarında о özünü daha rahat hiss edir.
Bu gün düşünürəm ki, yəqin ömrün müdriklik çağında Qəbələyə - doğulub boya başa çatdığı doğma yurda, onun bağ-bağçasına, göz açdığı həyətlərinə sığınması, günlərini, saatlarını ya onunla danışa bilən ağaclarla, gül-çiçəkləriylə, ya da başına toplaşan insanlarla – elliləri ilə keçirməsi elə daim onunçün əziz olan aləmdə, vaxtın artıq onun öz içərisində cərəyan edən kəsiyində yaşamaq istəyindəndir.
Xanlar Ağayev köhnə kişilərdəndir. Heç yaş mənasında demirəm. Ondan yaşlı olub “köhnə kişi” adlana bilməyəcəklər nə qədər desən var. Ancaq hər sözündə, hər hərəkətində sanbal, ağır oturub-batman gəlməklik, daxildən qaynayan kübarlıq olan, bütün ədalarıyla keçmişlə indinin körpüsü sayılası, vücudundan ağayanalıq yağan, əsl mənada ağsaqqal adlanası örnək kişilər, heyflər ki, azdır. Bəlkə, elə “köhnə kişilər” ifadəsi də onları dünəndə, keçmişdə daha çox tapa bildiyimizdən yaranıb?!
Xanlar Ağayev köhnə kişilərdəndir. Camaatımızın ekranlardan tanıdığı “Böyük dayaq”dakı Rüstəm kişi, “Dəli kür”dəki Cahandar ağa kimi kişilərin bizim də personajı olduğumuz, içərisində yaşadığımız həyat filmindəki canlı görüntüsüdür Xanlar müəllim.
Öz sözüdür, deyir: “Bəzən ürəyimin yağını yavanlıq edib heç kəsə əyilməmişəm”. Əyilməyib, düz deyir, tanıyanlar hamısı təsdiqləyir.
Sözü bütövdür. Haqqı nahaqqa verməyir. İmkanı olan yerdə yaxşılığını əsirgəməyir. Bu xüsusiyyətləri ilə yanaşı şəxsiyyəti ilə də özünə və deməli, eyni zamanda geniş mənada, ailəsinə, el-obasına ehtiramlı, hörmət-izzətli münasibətə nail olub.
Bu, sadə iş deyil. Nə keçmişdə asan iş olub, nə indi asandır. Keçmişə də boylansanız, bu günü də araşdırsanız, bəs deyincə yaxşı insanlar olub. Amma Xanlar Ağayev tamam başqa kişilərdəndir.
Xanlar Ağayev üçün dünya göz açdığı yurddan başlayıb. Onun düşüncələrində Azərbaycan kəndi, о kəndin adamı, о adamın danışığı, oturuşu-duruşu, ədəbi-ərkanı səni dünənə alıb aparır və başlayır ürəyinin başı göynəməyə...
Dünəni, dünənin içərisindəki vərdişləri unudandan sonra biz torpaq qədri bilərikmi?! Amma o, unutqan deyil, uşaqlıq dövründəki hər bir hadisə yaddaşına hopub. Bu gün o olayları ehtiramla xatırlayır Xanlar Ağayev. Əgər O. qələm götürüb ürəyini kağıza köçürməyə, yaddaş kitabları yazmağa cəhd eləsə, torpaq nigaranlığına, torpaq dilinin unudulması hürküsünə daha çox yer verər.
Bu kiçik yazı ilə ömrünün 82-ci baharını yola salan Xanlar müəllimin ad gününü təbrik etmək istədim. Və həmin istəklə də bilgisayara ürəyimdən keçənləri diqtə edərkən ağsaqqal qələm sahibləri, dostlarım olan Cəmil Zəbhullaoğlu, Arif Həsənov, Akif Rzayev, Rahib Kərimli, Vidadi və Emilin, başda Şəhla Xəlilqızı olmaqla Qəbələdə yaşayıb yaradan “Qəbələ-Oğuz” Ədəbi Yazarlar Birliyinin üzvlərinin bir müddət əvvəl səbəbkarla bağlı söylədikləri fikirləri, sözləri xatırladım. Ürək yaxınlığı güc gəldi və içimdən keçən bir ərklə onların da adından Xanlar Ağayevi – polis orqanlarında uzun müddət can qoymuş polis polkovnikini təbrik etmək istədim. Məhz həmin istəklə də yazdım:
– Ad gününüz mübarək, Xanlar müəllim! 73 yaşınızda görüşərik, inşallah!

Sizə böyük hörmət və sevgilərlə,
dostlarının adından Daşdəmir ƏJDƏROĞLU

KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR

P.S. Qəbələdən xəbər tutduq ki, Xanlar müəllimin qudası respublikanın qabaqcıl müəllimi Fazil Bədəl oğlu Atakişiyevin də ad günü bu günə təsadüf edir. Amma illər başqadır. Elə bu xəbəri isti-itsi dostlarla bölüşmək istədik. Bir daha hər iki əziz, sevimli insanı ad günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər ikisinə də möhkəm cansağlığı, gümrahlıq, övladları, nəvələri, bir sözlə, ailə üzvləri ilə birlikdə sevincli-fərəhli günləri yaşamağı arzulayırıq.
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR
KÖHNƏ KİŞİNİN KİŞİ ÖMRÜ - FOTOLAR

Son xəbərlər

Bu il “Avroviziya”nın 2-ci yarımfinalında çıxış edəcəyik - Fotolar

“Teşkilat”ın aktyoru vəfat etdi - Fotolar

İran pulu “sıfır”a düşdü - Tarixi çöküş - Fotolar

Özünü “şah” elan etmişdi - İndi 100 günə demokratiya vədi verir - Fotolar

NATO patrul xidməti üçün Türkiyədən F-16-ları vaxtından əvvəl təqdim etməyi xahiş edib

G7 ölkələri Çindən nadir torpaq elementlərindən asılılığın azaldılması barədə razılığa gəliblər

Super varlılar ilin ilk 10 günündə rekord qırdılar

Valyuta endi, səslər yüksəldi... - Fotolar

ABŞ Nümayəndələr Palatasında Qrenlandiyanın ilhaqı ilə bağlı qanun layihəsi təqdim edilib

İranla əməkdaşlıq edən ölkələrə 25 faiz rüsum tətbiq etdi

50 yaşdan yuxarı qadınlara - Xəbərdarlıq

ŞƏHİD MƏZARINA QAR YAĞAN ZAMAN - FOTO

Zelenski: Rusiya Ukrayna ərazisinə yeni kütləvi hücum hazırlayır

Pezeşkian etirazçıların nümayəndələri ilə görüşdü

Onlar ən yaraşıqlı kişi ulduzlar seçildi - Fotolar

Futbolçular istəklidirlər, özlərinə gəliblər - Qurban Qurbanov

Abşeronun su problemi necə həll ediləcək? - Prezident açıqladı

Medvedevin Trampla Qrenlandiya zarafatı - "Rusiyanın olacaq"

"Wednesday" nə vaxt yayımlanacaq?

Yenidən xəstəxanaya yerləşdirildi

Stokholmda Azərbaycanın zəngin mədəniyyəti haqqında təqdimat olub

İnama arxalan, qalma gümanla - FOTO

Pəhləvi yenə Trampa səsləndi - “Onları tək qoymayın”

İranda 96 saatdır ki, internet yoxdur

Əraqçi britaniyalı həmkarı ilə danışdı

Azərbaycan "Avroviziya 2026"nın ikinci yarımfinalında çıxış edəcək

“Beşiktaş” onu heyətinə qatdı

“Nə qızıl, nə platin, nə də neft...” - Əsas bu ikihərfli söz

Bütün xəbərlər
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031