
Xəbərlər
16.10.2026, 13:03
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının yeni sədri seçilib.
Qurultay çərçivəsində baş tutan səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib.
Bundan başqa, səsvermənin nəticələrinə əsasən, Mətbuat Şurasının 14 jurnalistdən və 9 ictimaiyyət nümayəndəsindən ibarət olmaqla, 23 nəfərlik İdarə Heyəti formalaşıb.
İdarə Heyətinin jurnalistlər arasından seçilən üzvləri Hacıbəy Heydərli (“Azxeber.com”), Orxan Amaşov (AnewZ), Səadət Məmmədova (ATV), Nurşən Quliyev (APA), Vüqar Rəhimzadə (“İki sahil” qəzeti), Elşad Eyvazlı (Modern Media Qrupu), Seyfəddin Hüseynli (“525-ci qəzet”), Qalib İbrahimoğlu (“Bakivaxti.az”), Fərid Şahbazlı (“Editor.az”), Elçin Alıoğlu (“Trend” İA), Anar Tahirov (“Bizim.media”), Vəfa Həmzəyeva (Real TV), Elmira Musayeva (CBC), Hümbət Musayevdir (“Xalq qəzeti”nin baş redaktorunun birinci müavini).
İdarə Heyətinin ictimaiyyət nümayəndələri üzrə seçilən üzvləri isə Vüqar Zifəroğlu (BDU, Jurnalistika fakültəsi), Müşfiq Ələsgərli (Jurnalistlərin Həmkarlar İttifaqı), Əminə Yusifqızı (veteran jurnalist), Bəhruz Məmmədzadə (“Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyi), Ayaz Mirzəyev (Azərbaycan Jurnalistləri Şəbəkəsi İctimai Birliyi), Fərid Pərdəşünas (Technote Media Şirkəti), Könül Niftəliyeva (BDU, Jurnalistika fakültəsi), Azər Həsrət (Bayraqdar Media), Yeganə Hacıyevadır (Gənc Demokratlar İnstitutu).
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

