Xəbərlər
17.10.2026, 04:52
Nüşabə Şirin Qafanlı : Son bahara qoşul gəl.... - FOTO

Payız da gəldi getdi,
Gözü yolda qalmışam,
Son bahara qoşul, gəl.
Quşlar səmada ucar,
Bağ - bağçalar gül açar.
Ceyranlar dağa qaçar,
Son bahara qoşul,gəl.
Ürəyim al qan oldu,
Qəlbim də talan oldu.
Könlümsə viran oldu,
Son bahara qoşul,gəl.
Dağlarımın qarı ol,
Bağlarının barı ol.
Nüşabənin yarı ol,
Son bahara qoşul,gəl.
Təşəkkürlər, Kərimzadə ,M
16.10.26
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



