PÜSTƏ RƏVAN: ÜRƏYİM  (poema) - FOTO

ÜRƏYİM
(poema)

Ucundan tutub sözün,
getmirəm ucuzluğa,
Dəb düşüb ulduz olmaq,
gedirlər ulduzluğa.
İstedadlı gedənmir,
Düçardı pulsuzluğa.
Kölgədə qalıb sənət,
cılızlaşa ürəyim!

Olayları zamanın,
bəlkə ağrıdır səni?
Yalanın harayları,
bəlkə ağrıdır səni?
Ağın qara sayları,
bəlkə ağrıdır səni?
Hamı hazırca yeyən,
kim çalışa ürəyim!

Sürətlə gedir yalan,
yeriyir inam ilə.
Yeriyə bilmir doğru,
qalıbdır güman ilə.
Görünmür daha dağlar,
basılıb duman ilə.
Suyun axıb bulanmış,
durulaşa ürəyim!

Yetişən meyvələrin,
üstünə qar ələnib.
Qışın oğlan çağında,
Ağac var çiçəklənir.
Çəkilib başa kimlər,
kim ayaqda əylənir.
Tuş gəlmişik görəsən,
Nə qarğışa ürəyim?

İcazə alır böyük,
kiçikdən danışmağa,
İxtiyarı yox onun,
hər işə danışmağa,
Pünhan edib dərd-qəmi,
başladın alışmağa.
Sakit olub, dincələk,
dərd sovuşa ürəyim!

Bilirsən ki, sevirəm,
şeiriyyat aləmin.
Səhərin sübh çağın,
güllərin şəbnəmini.
Qüvvə ver, silə bilim,
gözlərimin nəmini.
Səhərə görə gələn,
Kaş barışa ürəyim!

Başım üstə bu gecə,
qoyma şimşəklər çaxa,
Məni sular aparar,
ömrümə yağış yağar.
Dodağımdan, dilimdən,
sözlər su kimi axar,
Hisslərimə, duyğuma,
Bir qovuşa ürəyim!

Bədən donub üşüyür,
sən atəş ola - ola,
Nəyimə lazım gövhər,
gözə yaş dola-dola.
Gül-çiçəklər açmasın,
xəzanda sola-sola.
Lopa-lopa qar töküb,
qışa dönmə ürəyim!

Sinəmdə bəlkə qəfəs,
təklikdən darıxırsazan.
Etməkçin göydə pərvaz,
axtarıb yol çıxırsan.
Viran edib könlümü,
divan tutub sıxırsan.
Ola bilmərəm razı,
bu duruşa ürəyim!

Hara uça bilərsən
bağlığır pəncərə.
İçimi doğrayırsan,
dönüb iti xəncərə.
Pərvanə tək dolandım,
başına neçə kərə.
Dönə bilinməyəcəksən,
uçan quşa ürəyim!

Çox yerindən yaralı,
ceyran şəməndən keçib.
İtirmişik yolları,
dumandan-çəndən keçib.
Dəyişib zamanı dövran,
məndən bu həyat keçib,
Deyərək mənə körpəm,
Al ağuşa üreyim!

Çox günahı səninlə,
yuyub ipə sərmişik.
Tikanların içindən,
qönçə gülü dərmişik.
Sözləşərək bir zaman,
qəti qərar vermişik.
Siravi əskər kimi,
Çağrışa gəl ürəyim.

Edib təvazökarlıq,
hər yerdə dalda qaldım,
Uzaq durub sevincdən,
qəmi kədəri aldım.
Yaltağa, yalançıya,
hər yerdə düşmən oldum.
Kim sənə yaxın gələ,
kim yovuşa ürəyim!

Nəfəsidir baharın,
gələn nəfəsin sənin,
Səsidir ülviliyin,
ucalan səsin sənin,
Nəğmələrim şeirim var,
olmasın kəsin səsin.
Hər tərəfə layıqsən,
hər alqışa ürəyim.

Dəyişilə bilmətəm,
varam sənin qayəndə.
Uduzan, udan vaxtım,
olub sənin sayəndə.
Müqəddəs yola düşüb,
gedirəm himayəndə.
Qol-boyun olub mənlə,
ay sarışa ürəyim!

Ancaq sən öyrətmisən,
insanlıq, düzlük dərsi.
Qabağımda maneə,
ruhdan salır həvəsi.
Səni təmiz saxlayır,
vicdanının pak səsi.
Nabələd yola düşmə,
toz bulaşa ürəyim!

Göz edərək mən səni,
vidalaşdım gözümlə.
Ovutdum çox indanı,
qəlbimdəki közümlə.
Dərman oldum dərdlərə,
Şirin-şəkər sözümlə,
Düşmənə acı olub,
turş turşlaşa ürəyim!

Bu aləmdə yaranır,
təptəzə sözlü şeir.
Oxuduqca hey oxu,
qurtarmaz özlü şeir.
Heç zaman yormaz səni,
məzəli, duzlu şeir.
Mən səni əridərəm,
daş duzlaşa ürəyim!

Bir gecə də poema,
yaza bilmişəm sənə.
Şeyriyyat dünyasını,
sən öyrətmisən mənə.
Dəyanətini yenə,
sübuta yetirsənə.
Baxıb bu poemama,
qürurlaşa ürəyim!


PÜSTƏ RƏVAN
15.03 2023

PÜSTƏ RƏVAN: ÜRƏYİM  (poema) - FOTO
PÜSTƏ RƏVAN: ÜRƏYİM  (poema) - FOTO
PÜSTƏ RƏVAN: ÜRƏYİM  (poema) - FOTO

Son xəbərlər

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

Qeysəriyyə əməliyyatından halı pisləşən 31 yaşlı qadın öldü

“Moskva bizi sınağa çəkir”

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

"Veliaht"dan sonra bu seriala çəkilir - FOTO

Kipr Latviyaya qalib gəldi

İlon Mask yenidən trilyonçu oldu

Ruhun Poeziyası: Püstə Sahibqızının Yaradıcılıq Cığırı

MÜƏLLİM – GƏLƏCƏYİ YETİŞDİRƏN BÖYÜK MİSSİYANIN DAŞIYICISI

TƏNHA ÇİNARIN NAĞILI

İlham Əliyevə dil uzadanlar bilməlidir ki... - Asəf Rzayev

1 ilə 20 kiloqram arıqladı - Foto

“Altın çocuk” 90 yaşında vəfat etdi

30 ildən 44 günə... - Fotolar

Yapon uzun ömürlülərinin sayı 100 min nəfəri keçib - sirri nədir?

Hər gün kitab oxuyan insanlarda bu 5 xüsusiyyət inkişaf edə bilər

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Məktəbin ruhuna çevrilən rəhbər – Rübabə Dadaşovanın səmimi təhsil yolu

Daşdəmir Əjdəroğlu : BİR KÖNÜL SINDIRMIŞAM...

"Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı "Şahənşah" restoranında keçirildi - FOTOLAR

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB

Rubio ABŞ-ın Kiyevdəki səfirliyinin fəaliyyətinin dayandırılmasını istisna etməyib

Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH

Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031