Turaztv.az » Xəbərlər » “Qarabağ”ın sabiq hücumçusu Türkiyə klubunda
Xəbərlər

“Qarabağ”ın sabiq hücumçusu Türkiyə klubunda

04.01.2023, 01:20 413
“Qarabağ”ın sabiq hücumçusu Türkiyə klubunda
Ağdamın "Qarabağ" klubunun sabiq futbolçusu Dino Ndlovu Türkiyə komandasında çıxış edəcək.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu Türkiyə Birinci liqasında mübarizə aparan "Boluspor" klubu ilə razılığa gəlib.

Qeyd edək ki, hücumçu 2016-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, 2021/2022-ci il mövsümündə Türkiyənin "Kocaelispor" klubunda oynayıb.

Oxşar xəbərlər