Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur.

Bir iri yumurtanın tərkibində təxminən 6,2 qram zülal, 5 qram yağ və cəmi 0,5 qram karbohidrat var. Yağın əsas hissəsi yumurta sarısında yerləşir. Bu qida maddələrinin birləşməsi enerjinin daha uzun müddət sabit qalmasına və qan şəkərində kəskin dəyişikliklərin azalmasına kömək edir.

Mütəxəssis Reyçel Zimliç bildirir ki, yumurtada karbohidrat azdır, əsas makronutrientlər isə zülal və yağdır. Buna görə də yumurta qəbulundan sonra qlükozanın sürətlə yüksəlməsi və ardınca enerjinin kəskin azalması adətən müşahidə edilmir. Orqanizm qida ilə qəbul edilən maddələri əsas enerji mənbəyi olan qlükozaya çevirir. Lakin müxtəlif qidalar qanda şəkərin səviyyəsinə fərqli təsir göstərir.

Mütəxəssisin sözlərinə görə, sadə karbohidrat və şəkəri az olan qidalar qlükoza səviyyəsinin daha sabit qalmasına kömək edə bilər. Yumurta da bu məhsullara daxildir. Şirniyyat və karbohidratla zəngin qidalar isə qan şəkərinin daha sürətlə yüksəlməsinə səbəb ola bilər. Belə yüksəlişdən sonra qlükozanın azalması enerji səviyyəsində də enmə yarada bilər.

Yumurta digər faydalı qida maddələri ilə də zəngindir. Xüsusilə yumurta sarısında C vitaminindən başqa demək olar ki, bütün əsas vitaminlər mövcuddur. Bundan əlavə, yumurtanın tərkibində omeqa-3 yağ turşuları da var. Gündə iki yumurta qəbul etmək insanın vitaminlərə olan gündəlik ehtiyacının təxminən 10-30 faizini ödəyə bilər.

Digər tədqiqatlarda yumurta istehlakı ilə acqarına qlükoza səviyyəsi arasındakı mümkün əlaqə də araşdırılıb. Diabetli insanlar da yumurta yeyə bilər. Çünki yumurtada karbohidrat azdır və adətən qan şəkərinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olmur. Bununla belə, diabet zamanı qidalanma fərdi xüsusiyyətlər və yanaşı xəstəliklər nəzərə alınmaqla planlaşdırılmalıdır. Mütəxəssis xüsusilə əlavə sağlamlıq problemləri olan diabet xəstələrinə qidalanma rejimini həkim və ya diabet üzrə mütəxəssislə müzakirə etməyi tövsiyə edir.

Son xəbərlər

Dünya dağılır, yoxsa biz?

Nişanlısı “ya anan, ya mən” deyibmiş - Məşhur aktyorun intiharının pərdəarxası

Türkiyəyə səs salan qətllə bağlı qərar - Aleyna bəraət aldı

BU VƏTƏN SƏNİN, MƏNİM, ONUN VƏ HAMIMIZINDIR - FOTO

MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATININ LƏYAQƏT DƏSGAHI VƏ MƏNƏVİ ZİYADARLIQ TƏMƏLİ:

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Gözlədim qisməti, boyun olmadı - FOTO

Kimlərə qaldı? Söhbət kəlağayı sənətindən gedir - FOTO

Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü

Yer kürəsində 9 ekoloji sərhəddən 7-si aşılıb - XƏBƏRDARLIQ

"Əhmədli" metrosundan Türkan və Hövsana yeni avtobus marşrutu açıldı

Yumurta qan şəkərinə necə təsir edir?

Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının “Mədəniyyət”ərazi partiya təşkilatında tədbir keçirilmişdir. - FOTOLAR

Rauf dostum ("Həkəri" qəzetinin redaktoru, şair-publisist, yaxın dostum Rauf İlyasoğluna)

Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb

Avtomobil TIR-la toqquşdu - Ölən və yaralananlar var

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

KƏLAĞAYI: XANIMLARIMIZIN MİLLİ BAŞ TACI...

DÜŞMƏNİMİN DOSTU MƏNİM DƏ DÜŞMƏNİMDİR - FOTO

Ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı qanun layihəsi I oxunuşda təsdiqlənib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031