Xəbərlər
17.10.2026, 00:31
Gözlədim qisməti, boyun olmadı - FOTO
Hicran Fuad Əhmədli
GÖZLƏDİM
Gözümün içində yollar uzandı,
Bükdüm ətəyinə yolu ümidin.
Kim dartdı bu yolu görən yol boyu,
Gözlədin uzana qolu ümidin.
Gecələr dad edir, mənim əlimdən...
Boşalıb kəhkəşan, zülmətə dönüb.
Ay qısır, doğmayır günəşi daha,
Sabahın gözləri dünəndən sönüb.
Alıb qənşərimə boyat günləri,
Ələkdən keçirtdim, günüm qalmadı.
Anam da doğmayıb günümü mənim,
Taleyim neyləsin, nisyə almadı.
Tanrının özündən sordum min kərə,
İtkin qismətimə gözü dolmadı.
Əlimi üzmədim dualarımda,
Gözlədim qisməti, boyun olmadı.
GÖZLƏDİM
Gözümün içində yollar uzandı,
Bükdüm ətəyinə yolu ümidin.
Kim dartdı bu yolu görən yol boyu,
Gözlədin uzana qolu ümidin.
Gecələr dad edir, mənim əlimdən...
Boşalıb kəhkəşan, zülmətə dönüb.
Ay qısır, doğmayır günəşi daha,
Sabahın gözləri dünəndən sönüb.
Alıb qənşərimə boyat günləri,
Ələkdən keçirtdim, günüm qalmadı.
Anam da doğmayıb günümü mənim,
Taleyim neyləsin, nisyə almadı.
Tanrının özündən sordum min kərə,
İtkin qismətimə gözü dolmadı.
Əlimi üzmədim dualarımda,
Gözlədim qisməti, boyun olmadı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



