Xəbərlər
15.06.2026, 16:19
Vahid Çəmənli : Boylanır - FOTO
Bu dünyanın zirvəsindən
Nə qədər yaxşı boylanır.
Zülmətindən üz çevirir,
İşığa qarşı boylanır.
Həddim nədir, susam bir an,
Dinləyirsə məni cahan.
Gözlərimə baxır hər an,
Nə qədər naşı boylanır.
Bülbül uçdu hara bağdan?
Ayrı düşüb aran dağdan,
Səda gəlir Qarabağdan,
Yurdumun daşı boylanır.
Namərd düşmən əzilsə də,
Hər gün fitnə, hər gün hədə.
Marığa yatıb bəlkə də,
Ağzında dişi boylanır.
Əlbət, Vahid ədəblidir,
Yurddaşıyla həmdərdlidir.
Düşməninə qəzəblidir,
Çatılan qaşı boylanır.
Nə qədər yaxşı boylanır.
Zülmətindən üz çevirir,
İşığa qarşı boylanır.
Həddim nədir, susam bir an,
Dinləyirsə məni cahan.
Gözlərimə baxır hər an,
Nə qədər naşı boylanır.
Bülbül uçdu hara bağdan?
Ayrı düşüb aran dağdan,
Səda gəlir Qarabağdan,
Yurdumun daşı boylanır.
Namərd düşmən əzilsə də,
Hər gün fitnə, hər gün hədə.
Marığa yatıb bəlkə də,
Ağzında dişi boylanır.
Əlbət, Vahid ədəblidir,
Yurddaşıyla həmdərdlidir.
Düşməninə qəzəblidir,
Çatılan qaşı boylanır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













