Xəbərlər
17.06.2026, 01:13
QADIN YARADAN, YAŞADAN VƏ QORUYANDIR... - FOTOLAR
TƏBRİK EDİRİK!
Qadın ilahi qüvvə, müqəddəs varlıqdır, alilik, ülvilik timsalıdır. Qadın yaradan, yaşadan və qoruyandır, bəşəriyyətə zinət, insanlığa şöhrətdir. Qadın gözlərə işıq, qəlblərə yaraşıqdır. O, bəşər tarixinin qızıl sətirləri, şah əsəridir. Ana Vətən, Vətən isə Ana deməkdir.
Qadınları, adətən, kişilərin “zəif yarısı” adlandırırlar. Doğrudur, bu fikrin nə dərəcədə həqiqətə uyğun olması mübahisəlidir. Amma müasir dövrdə bu deyim artıq öz əhəmiyyətini itirib. Onlar zərifdirlər, amma zəif deyillər. İctimai həyatda fəal mövqe tutan qadınlar bu gün iqtisadi, siyasi, sosial və mədəni sahədə aparıcı rol oynayırlar. Faktlar göstərir ki, əslində, zərif və zəif məxluq adlandırılan qadınlar heç də kişilərdən zəif deyillər. Gül-çiçək ətirli, mehriban, gülərüz qadın və qızlarımız bütün sahələrdə kişilərlə bərabər səviyyədə fəaliyyət göstərməyə qadirdirlər. Belə qadınlardan biri də mənim həmkarım, iş yoldaşım Arzu Kazımovadır. O, həyatda da fəaldır, qaynayıb-daşandır, yorulmazdır. Çalışdığı bu neçə ildə mənim xatirimdə o, ağıllı, hazırcavab, gözəl müsahib kimi qalıb. Onun dəqiq, sərrast fikirləri adama toxunmaya bilmir. Onun, ümumiyyətlə, çağdaş jurnalistikamızın problemlərindən danışarkən söhbətlərində böyük müşahidəçiliyin, dəqiq mühakimələrin olduğunu hiss etmək olar. O, qəzetimizin üslub və korrektura səhvlərinin həllində çox qətiyyətlidir. Bu gün də həmin prinsipləri gözləyir, korrekturaya verilən tələb və şərtlərin uğurlu həllində mübarizə aparır. Həyatda, yaradıcılığında, işində gur yanan məşəl kimidir.
Qadın üçün yaş göstərməzlər. Amma bu elə yaş həddidir ki, ondan yan keçmək olmur. Bəli, özü də bizimlə söhbətində 60 ilin neçə gəlib keçdiyini, 60 ili necə tamamladığını hiss etmədiyini bildirdi. Hər kəs ömrünü bir cür yaşayır. Talelər bir-birinə oxşamır. Elə onun da taleyi kimsənin taleyinə bənzəmir. Həyatında çox hadisə yaşayıb. Çətinliklər onu yonaraq mətinləşdirib. Heç vaxt ədalət hissini itirməyib. Dəfələrlə Uca Allah imkan verərsə, yaşadıqca indən sonra da haqqı nahaqqa verməyəcəyini qeyd edib.
Arzu xanımı taleyin sevimlisi də adlandırırlar, amma, məncə, bu, heç də belə deyil. O, taleyini özü yaradıb, onu görünməz, lakin möhkəm iplərlə - doğma vətəninə, doğma xalqına, mətbuata olan dərin məhəbbətlə sanki nağıl xalçası kimi toxuyib, əvəzində həyat da onu qədərincə mükafatlandırıb. Onun taleyi bənzərsiz vətəndaş, böyük insan taleyidir. Arzu Kazımova... Bu adın səslənməsi xüsusi sehrə malikdir, sanki əzəmətli major akkordudur. O, qələmlə, kağızla yaşayır, qəzet də onun daxilində yaşayaraq bütün fikirlərini, hisslərini bürüyüb. Onu qəzetsiz, hərflərsiz, sözsüz,sadaladıqlarımı da onsuz təsəvvür etmək mümkünsüzdür.
Onun ilk dəfə korrekturaya əvvəlcə oxucu, sonradan isə korrektor kimi gəlişini yaxşı xatırlayıram. Son 7-8 aydır ki, birlikdə iş növbəsində oluruq. Hər dəfə işə başlamazdan əvvəl böyük həyəcan keçirdiyini müşahidə etmişəm. Bu da onun həm işə olan həvəsindən, həm də dərin məsuliyyətindən irəli gəlir. Onu da yaxşı xatırlayıram ki, Arzu xanım özünəməxsus emosionallıqla deyirdi ki,qəzetdə iş növbəsinə çıxmazdan, işə başlamazdan çox qabaq qəzet, hərflər, sözlər, söz birləşmələri artıq onun daxilində yetişib qaynayır və səslənir, o, bütün varlığı ilə bunu hiss edir. Mənə görə Arzu xanım heç dəyişməyib, sanki zaman ona hakim çıxmayıb.
Hər hansı bir xatirə bizə hər zaman insanın surətini subyektiv olaraq xatırlayan şəxsin düşüncə prizmasından təsvir edir: onlar tam dolğun və sözsüz ki, tamamilə doğru ola bilməz. Xatirələr həm də donmuş şəkillər seriyası olmadığına görə də bəzən xatırlamaq çətinlik yaradır. Bu daha çox haqqında bəhs etdiyim sevimli iş yoldaşımız, tez bir zamanda həm kollektivin hörmətini qazanmış, həm də katibliyin etimadını doğrultmuş Arzu Kazımovanın sevdiyi sənəti ilə davam edən və zəifləməyən, qarşısında ölümün belə aciz qaldığı daxili əlaqədir.
Onun fəaliyyətinin sirri böyükdür. Bir çoxu bu sənətə elə belə baxır. Korrekturaya, sadəcə, texniki tərəfdən yanaşır. Halbuki korrektor qəzet
əməkdaşlarının yazdıqlarının ilk oxucusuna çevrilir, onların buraxdıqları səhvlərin üstündən yan keçmir, öz vicdani münasibətlərini ortaya qoyur, oxuduğu səhifələrin, müxtəlif səpkili yazıların üstündə əsir.. O, təkcə həmkarlarının yox, əməkdaşlıq etdiyimiz dövlət agentliyinin də səhvlərini tutur, lazımi anlarda onların nəzərinə çatdırır.
Arzu xanım üçün həyat təbiətin bizə bəxş etdiyi əvəzsiz nemətdir: “Bəlkə də biz onu günlərlə, aylarla, illərlə ölçməyə adət etmişik. Ancaq bu ölçü çox aldadıcıdır. Ömür var ki, qum dənələri kimi barmaqların arasından axıb tökülür. Heç bir iz qoymadan ötüb keçir. Səndən sonra gələnlər bu dünyada yaşadığına dair heç bir dəlil-sübut tapmırlar. Varlığınla yoxluğun bilinmir. Ömür də var ki, özü başa çatsa da, izi, sorağı aylarda, illərdə qalır. Xalqın tarixinə, yaddaşına köçür. Yetişdirdiyi, tərbiyə etdiyi adamların taleyinə çevrilir, onların həyatında yenidən yaşanır. Əsl insan ömrü də, xoşbəxtlik də mənim üçün budur…”
Ümumiyyətlə, yazmaq, yaratmaq, ağ vərəqələri mənalı, könül oxşayan, üzdə təbəssüm və qəlbdə rahatlıq yaradan sətirlərlə bəzəmək əsl istedaddır. Sevinc də , kədər də, qüssə də, qəm də hamısı insan üçündür. Kimisi bu hissləri içində saxlayır, kimisi də bunları başqaları ilə bölüşür. Bu, ilahidən gələn bir vəhydir. Hər kəsin istəsə də sahib ola bilməyəcəyi bir istedaddır. Eşitmişəm ki, Arzu xanım hərdən şeirlər yazır. Bu da onun bu sahəyə dərin istəyindən gələn cəhətdir.
Zəngin dünyagörüşü, jurnalist peşəkarlığı, səmimi, mehriban davranışı olan Arzu Kazımovanın Samir və Sevda adlı iki övladı var. O, Əzizə və Emil adlı nəvələri ilə fəxr edir. Əzizə balamız daha çox rəssamlığa meylini salıb, gözəl əsərlər yaradır. Arzu xanımın sevimli nəvəsinin əl işlərinin sosial şəbəkədə paylaşdığının dəfələrlə şahidi olmuşam.
Qeyd etdiyimiz kimi, Arzu xanımın yubiley yaşıdır. Və onu da xüsusi vurğulamalıyıq ki, özü də bu peşəni özü seçməyib, mətbuat özü onu seçib. Qarşıdakı illərdə ona cansağlığı və həyat yollarında ona uğurlar arzulayıram! Yubiley yaşın mübarək, Arzu xanım! Əlinə götürdüyün qələmin hər zaman iti, sözün kəsərli, canın sağ olsun!
Hörmət və səmimiyyətlə;
Daşdəmir ƏJDƏROĞLU
ZƏNGİN DÜNYAGÖRÜŞÜ, JURNALİST PEŞƏKARLIĞI, SƏMİMİ, MEHRİBAN DAVRANIŞI OLAN ARZU KAZIMOVANIN 60 İLLİK YUBİLEYİNƏ DOST HƏDİYYƏSİ

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay