Xəbərlər
44 yaşlı usta emalatxanada öldü
Bakıda usta işlədiyi emalatxanada ölüb.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə iyunun 15-də saat 16 radələrində Binəqədinin Xocəsən qəsəbəsində yerləşən taxta emalatxanasında qeydə alınıb.
Orada çalışan 1982-ci il təvəllüdlü Ağsu sakini – Balakişi Hacıyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
İlkin ehtimala görə, o, ürək çatışmazlığından vəfat edib.
Faktla bağlı araşdırmalar aparılır.