Xəbərlər
16.06.2026, 22:53
Haqqın qulu olmuşlara Rəhman kömək etmir - QƏZƏL
LİLPAR CƏMŞİDQIZI.
QƏZƏL
Mən zari- dili xəstəyə dərman kömək etmir,
Hər gün deyirəm dərdimi, loğman kömək etmir.
Qış fəsli gəlib, ömrümə qar yağdıra həsrət,
Qəmdən saralan çöhrəmə əlvan, kömək etmir.
Vəslin budağından tökülən barı qurutdum,
Cəhd eyləmə, əhvalıma hicran kömək etmir.
Sahib çıxa bilmir vurulan könlümə bir yar,
Xanəmdə dağılmışlara, səhman kömək etmir.
Gül bağını xar aldı, qəfəsdən sona bülbül,
Fəryad eləyir hər gecə, əfqan kömək etmir.
Bir dərdü bəla məhkum edəndən yorulub can,
Aləmdə cəfakeşlərə zindan kömək etmir.
Ruhum ilə cismim qoruyur qəddimi hər dəm,
Can ağrısa, Canan kimi idman kömək etmir.
Göz yaşı könül çeşməsinin zəmzəmidir, yar,
Şəbnəm toxunan könlümə leysan kömək etmir.
Yol gəzdi, cığırdan dolanıb tez çıxa Lilpar,
Haqqın qulu olmuşlara Rəhman kömək etmir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay