"Döyüşlərdə qadınlar da fəal iştirak edib" - Zakir Həsənov


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edib.

Təbrik mətnini təqdim edir:

"Əziz xanımlar!

Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı bildirirəm.
Azərbaycan qadını tarix boyu şərəfli və müqəddəs ana adını uca tutmaqla müdrikliyi, idarəetmə strukturlarında işgüzarlığı, saflığı və mübarizliyi ilə keçmişimizə ən parlaq səhifələr yazmışdır. Respublikamızın ictimai-siyasi, mədəni həyatında, cəmiyyətdə fəal iştirak edərək Vətənin müdafiəsində və dövlət quruculuğunda xüsusi bacarıq, istedad nümayiş etdirməklə yanaşı, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə cəsarət və qorxmazlığı ilə seçilmişdir.
Dövlətçilik tariximizin şərəfli səhifəsi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri - qadınlara seçmək və seçilmək hüququnun verilməsi, cəmiyyətdə onların xüsusi hörmətə və nüfuza malik olduqlarını bir daha xarakterizə edir.

Respublikamız dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra da Azərbaycan qadınının cəmiyyətdə əvəzsiz rolu bir daha təsdiqləndi. Milli dövlət quruculuğu prosesində, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasında fəal iştirakı Azərbaycan qadınının dünyagörüşünün zənginliyinin, intellektual səviyyəsinin yüksək olmasının bariz nümunəsidir.

Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qadınlar da fəal iştirak edib, qəhrəmanlıq, fədakarlıq nümunələri göstəriblər. Vətənimizin azadlığı uğrunda və müqəddəs amal naminə neçə qadın şəhid olub, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Azərbaycan qadını gənc nəslin Vətənə, Dövlətə sevgi, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunmasına öz böyük töhfələrini verib və onların xalqa, cəmiyyətə layiqli övlad kimi formalaşmasında əsl vətəndaş, əsl ana kimi əməyini əsirgəməyib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizə, humanizm ideyalarına xidmət edən və ənənələrimizi qoruyub yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunmasında, eləcə də ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycan qadını bu gün yaxından iştirak edir. Mərhəməti, humanistliyi, xeyirxahlığı, müdrikliyi və zəngin dünyagörüşü ilə fərqlənən qadınlarımız ordu quruculuğunda da yaxından iştirak edirlər. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən yüzlərlə qadın Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirir. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.

Azərbaycanın müstəqilliyi, suverenliyi, torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın əziz xatirəsini ehtiramla yad edir, şəhid analarına, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarına, əsgər analarına səmimi bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı bildirirəm.
İnanıram ki, bütün qadınlar kimi, Azərbaycan Ordusunda xidmət edən hərbi və mülki işlərdə çalışan qadınlar da bundan sonra da ölkə rəhbərliyinin etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya layiqli cavab olaraq Vətənə, Xalqa, Dövlətə sədaqət göstərəcəklər.

Bayramınız mübarək, əziz xanımlar!".

Son xəbərlər

Mbappe Peleni geridə qoydu

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

Fransa mundiala qələbə ilə başladı

QADIN YARADAN, YAŞADAN VƏ QORUYANDIR... - FOTOLAR

NATO müdafiə sistemlərini Türkiyəyə köçürür

Cennifer ilk dəfə boşanmasından yazdı

Əsəd Cahangir - 60 TƏBRİK EDİRİK!

Haqqın qulu olmuşlara Rəhman kömək etmir - QƏZƏL

"Şakir Paşa ailəsi"ndən sonra ünvanı bu serial oldu - FOTO

Məşhur cütlüyün serialı ləğv edildi

Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar

Fərhad Mehdiyevin qızı faciəvi şəkildə öldü

Aİ azərbaycanlı iş adamına və Sumqayıt şirkətinə sanksiya qoydu

"Bereketli topraklar"ın aktrisası yeni serialda - FOTO

Mütəxəssislərdən xəbərdarlıq - mətbəxdəki bu əşya yanğına səbəb ola bilər

Xırdalanda 3300 metr yeni kanalizasiya kollektoru inşa edilir

Həbs müddəti azaldıldı

Ecenin öldüyü gecə yaşananları - Anası açıqladı

25 il sonra doğulduğu evə getdi - Foto

44 yaşlı usta emalatxanada öldü

24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı

Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi oldu

Hakan Fidan və Lavrov nələri müzakirə edəcəklər?

"Şəfa"da yeni müqavilə

Müəllimlər vahid geyim formasına keçəcək?

“AzərEnerji”də qanvermə aksiyası keçirildi - Fotolar

Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir - Fotolar

Gündüz mürgüləməsi təhlükəli ola bilər

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930