QƏZƏL

Məni, ey vəfasız aşiq, nədən imtəhan edirsən?
Bu qaranlıq ömrü hərdən tutulanda dan edirsən.

Mənə sən cəfa verərkən, bu həyata bağlayıbsan,
Külək əssə, xanədanım dağılar, güman edirsən.

Yol açılsa dar qəfəsdən, ürəyim sıxılmaz, ancaq,
Bu cəvan yaşımda qəddim əyilib, kəman edirsən.

O qədər odun- közün var, əriyir könül qəmindən,
Alıb eşqin atəşindən yenə qəlbi qan edirsən.

Bu nəva haçandı bitmir, elə hey sızıldayır can,
Töküləndə seyli- çeşmim, onu İsfəhan edirsən.

Açılanda gül cəmalım, tutulur gözündə pərdən,
Yolun açmamışdan artıq, yenə çən- duman edirsən.

Yenə yelləyir bir ümman, bu qızın qayıq həyatın,
Çəkinəndə dalğalardan, ürəyin liman edirsən.

İşıq istəmir ki, səndən, özü nurlu bir mələkdir,
Çoxunun çırağı sönmür, elə kəhkəşan edirsən.

Çətin eyləsən də ömrün, yaşayır şükür ki, Lilpar,
Qəzəl aləmində hər dəm nə yazır, rəvan edirsən.

Son xəbərlər

XATİRƏ İSMAYILOVA : Deyəcəyəm - FOTO

“Eşref Rüya”nın aktyoru yeni serialda

TUBU İMANOVA : TALEHİN BƏD OYUNU (Hekayə) - FOTO

“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi

Zelenski Putinə açıq məktub ünvanladı

LİLPAR CƏMŞİDQIZI : Qəzəl aləmində hər dəm nə yazır, rəvan edirsən - FOTO

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub

6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar

"Kuruluş Osman"ın aktyoru yeni serialda - FOTO

50-dən çox rusiyalı sənətçi Azərbaycana gələcək

“Friends”in aktrisası serialı illər sonra izləyib

Tarantinodan Hollivuda ağır sözlər - “Ora artıq dadsız sosiska fabrikidir”

Çəkiliş meydançasında xəstəxanalıq oldu - Foto

Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI

Pişikləri tez-tez qucaqlamaq təhlükəlidir - Mütəxəssis

Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik edib

"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib

Ölkə üzrə 300 mindən çox şagirdin bilikləri ilk dəfə açıq tipli sualların olduğu monitorinqlə yoxlanılacaq

NASA Mars atmosferini müşahidə etmək üçün yaradılan ilk missiyanı sona çatdırıb

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Telnaz Abıyevanın 70 illik yubileyi qeyd olunmuşdur - FOTOLAR

“Park Yasamal”da hazır 2 otaq studiya mənzillər - Ev axtaranlara şad xəbər! (FOTOLAR)

“Sabah” kapitanı və rekordçusu ilə yollarını ayırdı

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi - Foto

Sabah 32 dərəcə isti olacaq

40 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq

Şuşada yağış və çirkab sularının təmizlənməsi qurğusu gələn il istifadəyə veriləcək

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930