BU GÜN SƏNİ TANIYAN HƏR KƏSİN QƏLBİNDƏ XALİQ UCALIĞI, XALİQ MƏTİNLİYİ YAŞAYIR

Basqallı İlham Ənivər oğlu Qasımovla illərin dostuyuq, yerliyik, bir az da qohumluğu çatır – böyük yeznəmizin xalası oğludur. Demək olar ki, qohumluq əlaqələri adlı düstura tam əməl edən bir kişinin oğludur. Onunla tanışlığımdam, dostluğumdan həmişə məmnun olmuşam. Daim fəxr etmişəm ki, belə bir eloğlum var, elə bil qiymətli xəzinə tapmışam. Dünyanın ən varlısı, ən güclüsü sanıram özümü. Onun kimi dostu olanın dünyada nə dərdi olar ki? Üzümü hansı tərəfə çevirsəm, səni qiblə kimi görürəm...
Ailəsi nümunəvidir, iki oğlu, bir qızı var. Var deyəndə ki, kiçik oğlu Xaliq bir neçə gün əvvəl qəfil dünyasını dəyişdi. Elə bil İlhamın da, ailəsinin də, bizim də - Xaliqi, bu ailəni sevənlərin də dünyaları birdən-birə qarışdı. Bir neçə gündür dünyanın kimsiz-kimsəsiz bir bəndəsinə çevrilmiş, ləli-gövhərini itirib küçələrdə hər kəsdən bircə xoş kəlməni də qənimət bilib, təsəlli üçün onu eşitməyə gözü dodaqlarda, sözü varaqlarda qalan tənha bir yalqıza dönmüşük. İlk dəfə sənin “ölüm” xəbərini eşidəndə ölümün nə rəngdə olduğunu bildim. Dünya gözümə sönmüş, çökmüş, bomboz “ölüm” rəngində görünür. Həmin gün hər şey - ot da, gül də, ağac da, daş da gözümdə “ölüm” rəngində idi. Hər şey ağlayırdı mənim könlümdə, dədə, ağac da, gül də, çiçək də, quş da... bütün dilsizlər dil açmışdı mənim içimdə...


Yayın üzü soyuqdu,
Payız tələsdi yaman,
Bir xəbərin yerinə,
At oynatdı ah-aman.


Çilik-çilik sükutun,
Səsi könül qanatdı.
Bu ağrının havası,
İçimizdə don atdı.


Uçunmaq uçmaq deyil,
Qan sızdı dan yerinə.
Ölümünü geyindi,
Agaclar don yerinə...


Bu şeir parçası da cansız əşya kimi dillənir. Bu misralar səslənəndə elə bil ürəyimin qanı tökülür bu şeirə. Dünyanın yaraşığı səniydinmi ki, ay Allah adamı? Səniydinmi bəzəyi, naxışı bu nimdaş dünyanın? Yoxsa niyə solurdu bu dünya bu qədər, ay dədə... İlk dəfə sən öləndən sonra bildim dost itkisi nədir. Axı yaş fərqimizə baxmayaraq biz həm də dost idik. Harada görüşürdüksə, görünürdünsə, irəli çıxıb ilk əl uzadan sən olurdun. İndi başa düşdüm ki, sən bir neçə il əvvəl ölümü sənin ölümünə bənzər dayı İlhamın adı gələndə niyə için-için ağlayırmışsan, bibin Tünzalə xanımın həyat yoldaşı, hamımızın sevimlisi olmuş Vidadi Zeynalovdan danışanda səni niyə boğan qəhərdən danışa bilmirmişsən. İlk dəfə sən öləndən sonra bildim dost ölümü nə dadır... Nə acı, nə şirin dərdmiş, ay dədər?!.
Sən öləndən sonra ölümü də sevməyə başladım... Səni çox ağladım, çox üzüldüm, Allahımdan səbir diləmədim özümə, bildim bu işim heç Tanrıma da acıq getməz, çünki sənin ölümün sıradan birinin ölümü kimi adi deyildi ki, məni yandırmaya... Ağladıqca sevdim səni, yandıqca gəzdim səni, göynədikcə gözlədim səni... Gözüm yollarda, qulagım səsdə qalıb neçə gündü, ay dədə, sən isə gəlmirsən... Gəlmirsən, səsin gəlmir... Sən ki bu qədər daş ürəkli, insafsız deyildin, bəs atana, anana, bacı-qardaşına, dayına, bibilərinə, səni sevən dostlarına necə qıydın?.. Necə qıydın onların göz yaşlarına, ay dədə... Bu neçə gündə hamıdan gizlicə xəlvətə çəkilib səni ağlayanları bilirmisən?.. Sənə çox sevdiyin qardaşın Şahinin dilindən bir ağı yollasam eşidərsənmi?..
Sən həyatının hələ romantik illərini yaşayırdın. Çox xəyalın pişvazına çıxmış, arzulardan çələng hörmüşdün. Xətir-hörmətin də ata yurdun Basqalda da, yaşadığın ərazidə də, çalışdığın kollektivdə də çox idi. Sən əsl insana xas olan mənəvi dəyərlərə, əxlaqi keyfiyyətlərə malik bir gənc idin. İş yerində səni kimdən soruşsan, ağızdolusu haqqında tərif deyər. Belə oğlandı, belə insandı. Sənin haqqında yalnız bu cür xoş sözlər, səmimi fikirlər eşitmək olar. Nə qədər ağrılı-acılı olsa da, biz bu sözləri yalnız keçmiş zamanda işlədirik. Halbuki sən ömrünün ən gözəl gənclik illərini yaşayırdın. Gözəl arzuların var idi, gözəl fikirlərin var idi. Bu arzular da, bu fikirlər də, bu diləklər də yarımçıq qaldı.
Sən isə zavallı qardaşımız bütün bunları özünlə bərabər haqq dünyasına apardın. Həmişə yaxşı insanlardan, qeyrətli oğullarımızdan söz düşəndə, təbii ki, sən də bu siyahıda ən önəmli yerlərdən birini tutacaqsan.
Ölümsüzlük zirvəsi! Səni bizi tərk etməyindən 3 gün keçir. 3 gündür ki, aramızda yoxsan. Sənin dəfninə Bakıdan doğma kəndin Basqala gedən dostlarının sayı-hesabı yox idi. Böüyk izdiham var idi dəfn günü. Bu, həmin adamların sənə olan insanların hörmət və ehtiramının, dost məhəbbətinin ifadəsi idi. Bu gün səni tanıyan hər kəsin qəlbində Xaliq ucalığı, Xaliq mətinliyi yaşayır. Bu ucalıq ən yüksək zirvədir. Bu zirvədən sən elinə, obana baxır, ədəbiyaşarlıq qazanırsan. Bütün bunlar sənin xatirənin şərəfinə edilib.
Bəli, bu da bir ömürdü yaşadın. Yaşadın, şərəfli, dəyanətli bir gənc ömrü. Bu yerdə ulu Cavidimizin müdrik bir misrası yadıma düşdü: “Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli”. Amma bizim Xaliq İlham oğlu Qasımov çox dəyərli, çox önəmli, Vətənə xidmətli bir ömür yaşadı. Və haqq dünyasına qovuşdu.
Allah rəhmət eləsin!


Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31