Kamran Ağayevin əbədi köçü

Həyatın dərk edilməsi ən çətin, qəbul edilməsi ən ağır və sızıltılı tərəfi bir gəncin bu dünyadan qəfil, vaxtsız köçüdür. Ölüm hər yaşda soyuq və acıdır, lakin bir gəncin qapısını döyəndə təbiətin və həyatın əbədi qanunauyğunluğu alt-üst olur. Gənclik – ümidlərin tumurcuqladığı, arzuların asimana pərvaz etdiyi, gələcəyə doğru böyük inamla addımların atıldığı bir bahar çağıdır. Bu baharın qəfil bir fırtına ilə yarımçıq qalması, yaşanmalı olan onlarla illik bir ömür dastanının bir saniyənin içində nöqtələnməsi arxada qalanlar üçün dözülməz bir mənəvi dağa çevrilir.
Həyatın ən acı, ən dözülməz həqiqətlərindən biri hər gün keşməkeşli həyat cığırlarında birgə addımladığın, daxili təmizliyinə, səmimiyyətinə və təmizliyinə güvəndiyin bir insanın, yaxın qohumun qəfil yoxluğu ilə barışmaq məcburiyyətidir. Əslən basqallı Kamran Mirzəağa oğlu Ağayevin bu fani dünyadan vaxtsız və zamansız köçü onu tanıyanlarını, qohumlarını, xətrini istəyənləri dərin, sızıltılı bir kədərə qərq etdi. Onun gedişi ilə ağ vərəqlər də, əlimdəki qələm də, hətta kompüterin düymələri də dondu, cümlələrim boynu bükük, sətirlərim isə yetim qaldı.

Kamran Ağayev mənsub olduğu Mirzəağa ocağının nəcabətini, Ağayev soyadının şərəfini hər zaman uca tutan, mənəvi asimanı pak bir adam idi. Böyük qardaşı Fəxrəddin Birinci Qarabağ savaşında döyüşmüş, hünər göstərmişdi. Sağlamlığını bu torpağın, Vətənin yolunda itirmişdi. Döyüşlərdən əlil kimi qayıtmışdı. Rəhmətlik valideynləri Mirzağa ilə Aləmzər addımbaadım onu izləyir, bir dəqiqə olsun belə gözdən qoymurdular, onu nazını çəkirdilər. Ən böyük ağrı, ən böyük dərd övladın ata çiynində axirət dünyasına getməsidir. O anlarda rəhmətlik Mirzağanın göz yaşlarını görsəydiniz... Aləmzər xanımın tükürpədici bala fəyadı bu gün də qulaqlarımda səslənir. Fəxrəddinin dərdinə dözməyən ata. Az sonra da ana gözlərini əbədiyyətə yumdu. İndi isə növbə Kamrana çatdı... Xalasının nəvəsi, İlhamın oğlu Xaliqin 40-ı çıxmamış (onun 3-ü mərasimində sən də var idin...) özünü ona çatdırdı. Bu da bir qismətdir, bir taledir...
O, harada çalışmışdısa, kollektivin hörmətini qazanmışdı. Kollektiv daxilində və dostlar cameəsində Kamran Ağayev özünün təmkinli xisləti, xeyirxahlığı və sədaqəti ilə seçilmişdi. O, ətrafındakı insanlara işıq paylamaq üçün ömrünü yanan bir şam kimi əridi, lakin heç vaxt iddialı olmadı, mənəvi ucalığı hər şeydən üstün tuturdu. Həyatda qazandıqlarını təmənnasız bölüşmək onun böyük ürəyinin fədakarlığı idi. Onun üçün ən ali mükafat adının ləkəsiz qalması və dostlarının, yaxınlarının səmimi hörməti idi.
Kamranın ölümü, sadəcə, fərdi bir insanın gedişi deyil, o, həm də yaşanmamış yaşam sevinclərinin, qurulmamış səmimi ailə ocaqlarının və gerçəkləşməyən işıqlı xəyalların əbədi sükuta qərq olmasıdır. Hər bir gənc öz mənsub olduğu ocağın, atasının, anasının gələcəyə baxan gözü, qəlbinin ən böyük döyüntüsüdür. Kamran da belə tərbiyə almış insanlardan biriydi. Onun yandırdığı işığın vaxtından tez sönməsi doğmalarının ürəyinə sönməz bir od saldı, doğma yurdu və dostlar camiəsini sarsıdıcı bir kədərlə baş-başa qoydu. İnsanların gözlərində hər zaman həyat dolu, müsbət enerjili və vətənpərvər bir sima kimi qalan Kamran bu gedişi ilə hər kəsə həyatın nə qədər kövrək və fani olduğunu xatırlatdı.
Ömürlərinin bu çağında fani dünyadan köçənlər ətraflarına nur saçan, lakin vaxtından tez əriyib bitən fədakar bir şama bənzəyirlər. Onlar bəlkə də bu dünyada uzun illər yaşaya bilmirlər, lakin qısa ömürlərinə sığdırdıqları dürüstlük, səmimiyyət və uca əxlaq ilə ətrafdakıların yaddaşında dərin, silinməz mənəvi bir möhür qoyub gedirlər. Onları tanıyanlar üçün hər bir xatirə, səmimi bir gülüş və ya birgə atılan addımlar artıq ağrılı, həm də çox xoş təəssüratlarla dolu bir xəzinəyə çevrilir.
Bu gün bu dünyadan bir Kamran Ağayev keçdi... Onun vaxtsız vəfatı bizə həyatın nə qədər kövrək və fani olduğunu bir daha xatırlatdı. Ölüm onun cismini bizdən aparsa da, arxasında qoyduğu şərəfli ömrü, təmiz, ləyaqətli adı və insanların yaddaşlarına hopmuş ruhu heç vaxt unudulmayacaq. O, bizim qəlbimizdə əbədi yaşayacaq.
Ölüm Ağayevlər nəslinin Kamran adlı övladını bu dünyadan qoparıb aparsa da, onun qoyduğu təmiz adı, səmimi xislətini və ruhunu heç vaxt silə bilməyəcək. Vaxtsız itirilən hər bir gənc, doğmalarının və dostlarının qəlbində hər zaman elə gənc, elə nurlu və əbədi olaraq yaşamağa davam edir. Uca Tanrıdan arzuları ürəyində qalan, ömür nərdivanın 50-ci pilləsində bu dünyaya əlvida deyən Kamran Ağayevin səmimi ruhuna rəhmət, kədərli ailəsinə, dayılarına, bacılarına bu sızıltılı ağrı qarşısında sarsılmaz bir səbr və dözüm diləyirik.
Və sonda...

Sükutun bağrında bir imzadır ömür...

Ağ vərəqlər donub, sətirlər yetim,
Ağayevlər nəslində səssiz sükut var.
Bir qəfil gidişlə qırıldı xəyal,
Kamran köç elədi, dildə fəryad var.

Mirzəağa ocağının nəcabət payı,
Ağayev soyadı – bir şərəf yolu.
Hər kəsə səmimi, hər kəsə doğma,
Qəlbi insanlıqla, sevgiylə dolu.

Fəxrəddin deyirdi, Basqal deyirdi,
Qardaş istəyiylə döyündü ürək.
Oğul tək ucaldı haqqın yolunda,
Fədakar bir şam tək əridi demək.

Son xəbərlər

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31