MƏNSƏ ARPA YEYİRƏM ( təmsil ) Pivəxana yanından Eşşək bir gün keçirdi. Adamlar əyləşmişdi, Sərin pivə içirdi. Eşşək onlara baxıb Cin atına mindi. Sonra xeyli düşünüb, Bir az danışdı, dindi. Eh, onlara gülürəm, Həm də avam deyirəm. Onlar suyunu içir, Mənsə arpa yeyirəm. 16.06.2026.