GÜLMƏYƏCƏKLƏR

Nankordan etibar, sədaqət umma,
Satqının, yaltağın yanında durma.
Özünü incitmə, özünü yorma,
Onsuz da qədrini bilməyəcəklər!

Qədirbilməz üçün vermə canını,
Çünki donduracaq isti qanını.
Gözünün yaşının axan anını,
Gülərək seyr edib, silməyəcəklər!

Hər şeyi yüz ölçüb, bir dəfə biçin,
Yaxşını yamandan ayırın, seçin.
Yıxıldığın anda qaldırmaq üçün,
Namərdlər yaxına gəlməyəcəklər!

Ruzidir ağacın meyvəsi, barı,
Zəhmətlə çiçəkdən bal çəkir arı.
Acgözün olsa da dövləti-varı,
Kasıbla, yoxsulla bölməyəcəklər!

Əlində duz yoxsa, öldürmə özün,
Tikantək batacaq ,,can" desən sözün.
Sevincdən yaşarıb, dolanda gözün,
Vallah yasa batıb, gülməyəcəklər!

04.06.2026

SALAMIN ÇATDIRIN ZƏNGİBASARA

Ay Günəş, səhərlər boylan üfüqdən,
Bax, o qəriblikdə, qalan diyara.
Pıçılda yurdumun ,,qulaqlarına",
Soruş, insanların gediblər hara?

Ulduzlar, göz vurun doğma ellərə,
Bir baxın, orada varmı bahar-yaz?
Görün əvvəlkitək hər bir küçədə,
Görünür toy-düyün, çalır kaman-saz?

Həsrətli buludlar, yağdır yağışın,
İslansın elimin torpağı, daşı.
Vətən bir üzüksə, yağılar bilsin,
Bizik o üzüyün qiymətli qaşı.

Doğan Ay, göylərdən nəzarət eylə,
Səmada uçanlar qartalmı, sarmı?
İlk gün bədirlənib doğduğun zaman,
Üzünə salavat çəkənin varmı?

Bulud, Ulduz, Ay və, bir də sən Günəş,
Ürək sözlərimi yetirin ora!
Vətənhəsrətlisi, bu şair qızın,
Salamın çatdırın, Zəngibasara!

25.04.2026.

BORCLUYAM

Qədirbilən xəlbirimdən ələnməz,
Yaxşı insan ürəyimdən silinməz!
,,Dost"sözüdür hecalara bölünməz,
Ələyimdə qalanlara borcluyam.

Söyləmişəm hər an sözün düzünü,
Namərdlərin ələmişəm yüzünü.
Acı olan həqiqətin üzünü,
Şirin olan yalanlara borcluyam.

Allah, yağdır yağışını, dolunu,
İslat bir az ağacını, kolunu.
Az da olsa yaxşıların yolunu,
Ürəyimə salanlara borcluyam.

Çəkən varsa gözəllərin nazını,
Sevən varsa baharını, yazını.
Ruhu ilə kamanını,sazını,
Dilləndirib, çalanlara borcluyam.

Gəlməsinlər min bir hiylə, kələklə,
Danışsınlar xoş arzuyla, diləklə.
Qohum, qardaş- kim olursa, ürəklə,
Salamımı alanlara borcluyam.

Yaxşılıqlar yaddaşlarda kaş qala,
Unutmayan xatirinə bir sala.
Bela deyir, dərin-dərin xəyala,
Kövrələrək dalanlara borcluyam.

BELA ZINGİBASARLI
28.05. 2026 Yığcam



Son xəbərlər

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31