SÜBHAN KAMALOĞLU: YAŞA,SƏN YAŞA - FOTO
YAŞA,SƏN YAŞA

Həmişə sözünün üstündə duran,
Ali Baş Komandan,yaşa,Sən yaşa!
Düşmənin başına alov yağdıran,
Ali Baş Komandan,yaşa,Sən yaşa!

Yazıldı tarixə qəhrəmanların,
Ellərə görk oldu əhdin, ilqarın.
Ulu Öndərimin mərdyadigarı,
Ali Baş Komandan,yaşa,Sən yaşa!

Yağını kül kimi göyə sovurduq,
Çaldı qələbəni o “Dəmir Yumruq”.
Elliklə həmişə arxanda varıq,
Ali Baş Komandan,yaşa,Sən yaşa!

Düşmənin boynuna töküb vəbalı,
Şuşada yandırdın Novruz tonqalı.
Son qoydun,məhv etdin bu qalmaqalı.
Ali Baş Komandan,yaşa,Sən yaşa!

Xalqına ürəkdən yanana heyran,
Mətləbləri duyub, qanana heyran.
Sadiq əsgərindir daima Sübhan,
Ali Baş Komandan,yaşa,Sən yaşa!

OLSUN

İlahi arzumdur, Vətən torpağı
Gözəl güllər açsın, bir gülşən olsun.
Hər yanı görəydim toylu-büsatlı,
Hamı xoş gün görsün,ömrü şən olsun.

Toy bayram keçirsin kəndlər,şəhərlər,
Yarış meydanında seçilsin ərlər.
Xoş müjdə yetirsin gələn səhərlər,
Zəmilər yetişsin,sünbül dən olsun.

Yaxşılıq qalacaq – elin sözüdür,
Məsəl var; “Tərəzi elin gözüdür.”
Haqq deyənin biri Sübhan özüdür,
Kişinin ürəyi gərək gen olsun.

VƏTƏNİN

Arzum,istəyimdir deyim,İlahi,
Həmişə bol olsun varı Vətənin.
Zəmisi, bostanı, malı, dövləti,
Bərəkətli olsun barı Vətənin.

Fəsilləri olsun toylu-büsatlı,
Əsgəri, zabiti qartal qanadlı.
Halal nemətləri, bəhrəsi dadlı,
Göz oxşayır laləzarı Vətənin.

Gör nələr yetirir insan əlləri,
Alqışlaram tikib-quran elləri.
Tarixə zəfərlə yazır illəri,
Şadlıq olur intizarı Vətənin.

Məst oluram turacların səsindən,
Büllur bulaqların zümzüməsindən.
Sübhan ruhlandıqca söz həvəsindən,
İlham verir düz ilqarı Vətənin.

SÜBHAN KAMALOĞLU: YAŞA,SƏN YAŞA - FOTO
SÜBHAN KAMALOĞLU: YAŞA,SƏN YAŞA - FOTO
SÜBHAN KAMALOĞLU: YAŞA,SƏN YAŞA - FOTO

Son xəbərlər

Qəlbimizdə həmişəlik yaşayacaqsan...

Mədəni gözəlliyi əsəblər məhv etməsin...

"QOŞMA"DA QAZİ GÖRÜŞÜ - FOTOLAR

NƏ YAXŞI Kİ... - FOTO

Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır

Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub

İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

"Harmoniya" sənədli filmi bu gün Romada təqdim olunacaq

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək

Portuqaliya Ronaldosuz qalib gəldi

İlham Əliyev Zəfər parkında olub - FOTOLAR

Afiq Göyçəli : Yol ölçürsən paxıllığın taxtına - FOTO

İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"

Bakının bu ərazilərində işıq olmayacaq

Meloni İlham Əliyevə təşəkkür etdi

Murad Adıgözəlzadə baba oldu - FOTO

Xəlil Mirzə : Beş dəlikli kaftar yuvası. (Müqəddəs Zəfər: 10-cu hekayə)

Adilə Aslanova : QALİB QƏHRƏMAN - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib

Ronaldo mühüm matçda oynamayacaq

Qaradağda Şəhidlərin xatirəsi yad edildi - FOTOLAR

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

İnsan beyni haqqında çoxlarının inandığı əsas miflər

Şakiranın 20 il sonrakı səfəri bu ölkədə bahalaşmaya səbəb oldu

"Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq" - Ərdoğan

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930